Azərbaycanda 2019-cu ildə yüksək idman nəticələri əldə olunub
27.12.2019 [10:26]
Prezident İlham Əliyev: Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir
Azərbaycanda ilin idman yekunlarının müzakirə olunması artıq gözəl bir ənənəyə çevrilib. Adət üzrə hər ilin sonunda Prezident İlham Əliyevin, Milli Olimpiya Komitəsinin (MOK) rəhbər şəxslərinin, idmançıların iştirakı ilə tədbir keçirilərək idman nailiyyətləri dəyərləndirilir, görüləcək işlər, perspektiv planlar müəyyənləşdirilir, uğurlara imza atan idmançılar, veteranlar mükafatlandırılırlar. Bütün bunlar, təbii ki, respublikamızda idmanın inkişafına güclü impuls verir və ölkəmizdə idmanın inkişafı ardıcıl xarakter alır.
Deyilənlər baxımından 2019-cu il də istisna təşkil etməyib. Dekabrın 25-də Milli Olimpiya Komitəsində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirakı ilə 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlətimizin başçısı tədbirdəki nitqində idmançılarımızın mötəbər beynəlxalq yarışlarda inamlı qələbələr qazanaraq dünyanın müxtəlif arenalarında himnimizi səsləndirmələrindən, bayrağımızı yüksəltmələrindən məmnunluğunu bildirib. “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İdmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər
Azərbaycanın beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunun artmasını şərtləndirən amillər sırasında idmançılarımızın mötəbər yarışlarda əzmlə çıxış edərək yüksək nəticələr qazanmalarının önəmini xüsusi vurğulaya bilərik. İdmançılarımızın son illərdə ayrı-ayrı mötəbər turnirlərdə qazandıqları nəticələr olduqca sevindiricidir. 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunları bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Respublikamızda 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının idman nəticələri də ölkəmiz üçün çox qürurvericidir. İdmançılarımız arenalarda yüksək peşəkarlıq nümayiş etdirərək növbəti tarixi uğura imza atdılar. Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanan Azərbaycan komanda hesabında İslamiadanın birincisi oldu.
Deyilənlər baxımından müstəqillik illərində Azərbaycan idmançılarının olimpiadalarda uğurlu çıxışlarını xüsusi vurğulamaq lazımdır. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiadasında idmançılarımız medalların sayını daha da artırıblar. Belə ki, Braziliyanın paytaxtında keçirilən son Olimpiadada 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Son Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı uğuru tarixi qələbə kimi səciyyələndirən Prezident İlham Əliyev “Bizim idman sahəsində ən böyük nailiyyətimiz keçən Yay Olimpiya Oyunlarında qazanılmış qələbədir. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülmüşdür. Bu, tarixi qələbədir və bu, təsadüfi qələbə deyil”, - deyə vurğulayıb.
Əlamətdar haldır ki, Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlardakı qələbələr seriyasını artıq sona çatmaqda olan 2019-cu ildə də inamla davam etdiriblər. Çıxışında bu məqama toxunan dövlətimizin başçısı vurğulayıb: “Görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar”.
Cari ilin idman nailiyyətləri arasında şahmatçılarımızın uğurlarını xüsusi qeyd edə bilərik. Azərbaycanın görkəmli şahmatçısı Teymur Rəcəbov 2019-cu ildə Dünya Kubokunun qalibi oldu. Bundan başqa, on altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi adına layiq görülüb. Şahmatda qazanılan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan gəncləri yalnız fiziki cəhətdən güclü deyillər, eyni zamanda, onların intellektual potensialı da kifayət qədər yüksəkdir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə idmanın dinamik və hərtərəfli inkişafı 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlayıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi.
Azərbaycanda idmanın daha yüksək səviyyədə kütləviliyinin təmin olunması üçün maarifləndirmə işində veteran idmançılar, KİV ön sıralarda yer tutmalıdır
Azərbaycanda idmanın inkişafı ilə bağlı qarşıya qoyulan əsas məqsədlərdən biri ölkədə bu sahənin kütləviliyini getdikcə daha da artırmaqdan ibarətdir. Yəni ölkə miqyasında elə çoxşaxəli tədbirlər görülməlidir ki, daha çox gənc, digər yaş qruplarından olan insanlar idmana maraq göstərsinlər və vaxtlarının bir hissəsini idmanla müntəzəm məşğul olmağa ayırsınlar. Prezident İlham Əliyev bu xüsusda fikirlərini ifadə edərək deyib: “İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, ancaq buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaqdır”.
Qeyd etmək yerinə düşər ki, indiyədək görülən işlər, reallaşdırılan çoxsaylı tədbirlər ölkəmizdə müxtəlif idman növlərinin populyarlığının artmasına, daha çox sayda gəncin öz həyatını idmanla bağlamasına müsbət təsir göstərir. Son illərdə respublikamızda, nüfuzlu beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. Qürurverici haldır ki, Azərbaycan ev sahibliyini üzərinə götürdüyü beynəlxalq səviyyəli turnirlərin təşkilində bir qayda olaraq özünün yüksək standartlarını müəyyən edir. Belə tədbirlər həmçinin cəmiyyətimizdə yüksək əhval-ruhiyyə yaradır, insanlara xoş ovqat bəxş edir. Sevindirici haldır ki, gənclərimiz belə mötəbər yarışların təşkilində könüllü kimi iştirak etməyə böyük həvəs göstərirlər və təbii ki, onların idmana marağı da artır.
Eyni zamanda, son illərdə respublikamızda yaradılan güclü idman infrastrukturu da idmanın kütləviliyinin artması baxımından böyük əhəmiyyət daşıyır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür. Son illərdə respublikanın ölkə üzrə müasir Olimpiya İdman Mərkəzləri tikilərək istifadəyə verilir. Artıq yalnız regionlarda belə idman qurğularının sayı 45-ə çatıb. Cari ildə yeni bir mərkəz Beyləqan şəhərində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yardımlı və Tərtər rayonlarında inşa olunan daha iki Olimpiya İdman Mərkəzi də açılışa tam hazırdır. Hazırda Goranboy və Neftçala şəhərlərində iki Olimpiya Mərkəzinin tikintisi davam etdirilir. Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirmə işləri başa çatıb və yaxın zamanlarda onun da inşasına başlanacaq. Dövlət başçısı bildirib ki, beləliklə, biz demək olar ki, hər bir rayonda müasir idman kompleksi istifadəyə verərək idmançılar üçün şərait yaratdıq. Bu, həm gənc idmançıların idman bölmələrində hazırlıq keçmələri, həm də şəhər və rayon sakinləri üçün gözəl imkandır.
Son vaxtlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə paytaxt Bakıda və digər şəhərlərdə ictimai istirahət zonalarının yaradılması geniş vüsət alıb. Eyni zamanda indi “Abad həyət” proqramı icra edilir. Həm ictimai istirahət zonalarında, həm də “Abad həyət”lərdə hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar yaradılıb. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, kütləvi xarakter almalıdır.
Azərbaycanın dövlət başçısı bəhs olunan nitqində həyata keçirilən tədbirlərin, yaradılan güclü infrastrukturun respublikamızda idmanın kütləviliyinin təmin olunmasına güclü zəmin yaratdığından məmnunluğunu bildirməklə yanaşı, bu sahədə daha yaxşı nəticələrə nail olmaq üçün bir sıra mesajlarını da diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, ölkəmizdə idmanın kütləviliyinin daha da artırılmasını təmin etmək üçün maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir. Ələlxüsus da, məşhur idmançılar, kütləvi informasiya vasitələri maarifləndirmə işində ön sıralarda yer tutmalıdırlar. Prezident İlham Əliyev məşhur veteran idmançılara üz tutaraq onları bu işə dəvət edib. Dövlət başçısı həmçinin çağırış edərək vurğulayıb ki, bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13

