Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Sumqayıt” klubunun yeni baş məşqçisi Azərbaycana sabah gələcək

“Sumqayıt” klubunun yeni baş məşqçisi Azərbaycana sabah gələcək

05.01.2022 [14:58]

Futbol üzrə Azərbaycan çempionatında qış fasiləsinə 7-ci yerdə yollanan “Sumqayıt” məşqləri bərpa edir. Klubun mətbuat xidmətindən “Yeni Azərbaycan”a verilən məlumata görə, transfer fəaliyyətinə başlayan komanda öncə iki futbolçu ilə yollarını ayırıb. 

Belə ki, iranlı hücumçu Səid Rzanın ardınca, yarımmüdafiəçi Roman Hüseynov da komandadan göndərilib.  
 
“Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa isə komandaya sabah təqdim olunacaq. “Gənclik şəhəri” təmsilçisi 2,5 il müddətinə müqavilə bağladığı 40 yaşlı belaruslu mütəxəssisin iştirakı ilə yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır.

A.Baqa əvvəl işlədiyi klublarda köməkçisi olmuş ukraynalı mütəxəssis Vitali Tarasenkonu da özü ilə “Sumqayıt”a gətirəcək.

Paylaş:
Baxılıb: 809 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30