Azərbaycan idmanının inkişafı kompleks şəkildə həyata keçirilir
28.08.2010 [11:10]
Məlum olduğu kimi, Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına rəsmən yekun vurulub. 205 ölkədən 3600 idmançının qatıldığı yarış Azərbaycan yığması üçün uğurla başa çatıb. Belə ki, 12 nəfərlə Olimpiadada iştirak edən komandamız medal qazanan ölkələrin siyahısında 11-ci yeri tutaraq, ABŞ, Almaniya, Böyük Britaniya və digər aparıcı idman ölkələrini qabaqlamağı bacarıb. Müqayisə üçün bildirək ki, yığmamız keçmiş SSRİ ölkələrindən yalnız Rusiya və Ukraynadan geri qalıb. Ermənistan isə yarışda çempionluq sevinci yaşamayıb. Onlar 1 gümüş və 3 bürünc medalla 68-ci olublar. Komandamız Avropa ölkələri arasında isə 6-cı nəticəni göstərib. İdmançılarımızı Rusiya, Ukrayna, İtaliya, Macarıstan və Fransa milliləri qabaqlayıblar. Medal qazanan ölkələr arasında 1-ci yeri çin atletləri tutublar. Onlar 30 qızıl, 16 gümüş və 5 bürünc medala sahib olublar. 45 medal (19 qızıl, 15 gümüş və 11 bürünc) qazanan Rusiya ikinci, 20 dəfə fəxri kürsüyə yüksələn (11 qızıl, 5 gümüş və 4 bürünc) Cənubi Koreya yığması isə üçüncü olub.
Bir sözlə, Yeniyetmələrin I Yay Olimpiya Oyunları, eyni zamanda, Azərbaycan üçün uğurlu idman yarışı kimi tarixə düşdü. Belə ki, turnirə qatılan 12 idmançımız vətənə 8 medalla qayıdır. Həmin medalların 5-i qızıl, 3 əyarı isə gümüşdür. Qeyd etmək yerinə düşər ki, bu Azərbaycan üçün böyük uğur kimi dəyərləndirilir. O mənada ki, Azərbaycandan dəfələrlə böyük dövlətlərin bir qismi heç bu nəticəyə yaxın belə düşə bilmədilər. Azərbaycan idmançıları isə ölkəmizin idman şərəfini layiqincə qoruyaraq üçrəngli bayrağımızın Sinqapurda ucaldılmasını təmin etdilər.
Azərbaycan idmançılarının Sinqapurdakı çıxışı BOK prezidenti Jaq Roqqenin də diqqətini cəlb edib və qurum rəhbəri idmançılarımızın çıxışını izlədiyini, onların gələcəkdə daha böyük uğur əldə edəcəyini söyləyib. Bu qeydləri BOK rəhbərinin Azərbaycan idmanına verdiyi qiymət kimi qəbul etmək olar. Yeri gəlmişkən bir məqamı da vurğulayaq ki, elə Jaq Roqqenin özü dəfələrlə mötəbər tədbirlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini digər dövlətlərin müvafiq qurumları üçün nümunə göstərib.
Bütün bunları xatırlatmaqla yanaşı, onu da bildirmək yerinə düşər ki, idmançılarımızın Sinqapurda əldə etdiyi uğurlu nəticə Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. ölkəmizdə idman infrastrukturunun demək olar ki, yenidən qurulması, yeni-yeni idman obyektlərinin, Olimpiya İdman Komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Məhz bu amilə diqqət ayıran dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin tapşırığı ilə demək olar ki, ölkəmizin bütün bölgələrində müasir səviyyəli idman infrastrukturu formalaşdırılıb. Bundan başqa, idmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, onların bütün problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi idmançılarımızın beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməsini təmin edir. Azərbaycan Prezidenti İlham Əliyev daim idmanın inkişafını diqqətdə saxlayır, idman obyektlərinin açılışında iştirak edərək, idmançılarımıza xeyir-dua verir, daim onlara dəstəyini ifadə edir. Bu amil həm idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğuru şərtləndirir, həm də idmanın təbliğini, gənclər və yeniyetmələr arasında idmana olan marağı artırmaqla, idmanın kütləviliyini təmin edir. Dövlətin həyata keçirdiyi idman siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu tanınmanın arxasında isə nəhəng idman infrastrukturu, gərgin iş və zəhmət dayanır. Bir daha qeyd edək ki, biz bu zəhmətin və həyata keçirilən işin daha bir nəticəsini Sinqapurda gördük.
Belə ki, Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yeniyetmə idmançılarımız 8 medal qazanmaqla ölkəmizin nə qədər böyük idman potensialına malik olduğunu bir daha ortaya qoydu. Yəni, növbəti dəfə təsdiq edildi ki, ölkəmizdə idmanın inkişafı kompleks şəklində həyata keçirilir, gələcəyə hesablanmış siyasət sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bu gün Sinqapurda 8 medal qazanan idmançılarımız iki il sonra London Olimpiadasında ölkəmizin daha böyük uğur qazanacağının xəbərçiləridir.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Siyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35

