Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan para-atletləri Qran-pridə iştirak edəcəklər

Azərbaycan para-atletləri Qran-pridə iştirak edəcəklər

22.02.2023 [17:26]

Azərbaycan para-atletləri Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Qran-pridə iştirak etmək üçün Dubaya yola düşüblər.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yarışda Elvin Astanov, Elçin Muradov və Lamiyə Həsənova mübarizə aparacaq.

Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran Qran-pridən öncə Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş para-atletlər yarışda iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, Qran-pri fevral 22-də başlayacaq və martın 2-dək davam edəcək.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30