Avrozonada iqtisadi artım geriləyir...
17.05.2024 [10:33]
Ölkəmizə təsiri olacaqmı?
Avrozona iqtisadiyyatı 2024-cü ilin birinci rübündə cəmi 0,3 faiz artım nümayiş etdirib. Avropa Statistika İdarəsinin məlumatına əsasən, Avrozona ölkələri arasında ilk rübdə 0,7 faiz artımla ən güclü göstəriciyə malik ölkə İspaniya olub. Almaniya və Fransa iqtisadiyyatı 0,2 faiz, İtaliya isə 0,3 faiz böyüyüb. Ancaq buna baxmyaraq, Avrozonada iqtisadiyyatın əsas sütunu olan sənaye sektorunda istehsal həcmində enişlər qeydə alınıb. Mart ayında bu bölgədə illik ifadədə sənaye istehsalı 1 faiz azalıb. Eyni zamanda, uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş məhsulların istehsalı aylıq ifadədə Avrozonada 1,1 faiz, Aİ-də isə 1 faiz aşağı düşüb. Həmçinin qısamüddətli istifadə üçün nəzərdə tutulmuş istehlak məhsulların Avrozonada və Aİ-də istehsal həcmi 2,7 faiz azalıb. Avrozonada sənaye-texniki təyinatlı mallarının istehsalında ən çox azalma Sloveniya, Polşa və Danimarkada qeydə alınıb.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) bir müddət əvvəl 2024-cü ilin iqtisadi proqnozlarını da aşağı salmışdı. Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2024” hesabatında 2024-cü ildə 0,9 faiz, 2025-ci ildə 1,7 faiz, Avrozona iqtisadiyyatının 2024-cu ildə 0,4 faiz, 2025-ci ildə isə 0,8 faiz artacağı gözlənilir. Hesabata əsasən, Aİ-də inflyasiyanın 2,5 faiz, Avrozonada isə 2,2 faiz olacağı proqnozlaşdırılır. Aİ-də işsizlik səviyyəsi isə 6 faiz civarında gözlənilir.
Avropa İttifaqının iqtisadiyyatında baş verənlər onu göstərir ki, bu bölgə hələ də tam iqtisadi aktivlik fazasına daxil ola bilməyib və qlobal mürəkkəb proseslər fonunda iqtisadi göstəricilərin pisləşməsi gözləniləndir.
Gözləninən texnini tənəzzülün qaynağı iqtisadi amiillərlə yanaşı, geosiyasi proseslərlə də əlaqələndirilir. Belə ki, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gərginliyin artması, Rusiya və Ukraynada müharibə və digər faktorlar avrozona iqtisadiyyatı üçün riskin siyasi mənbəyini təşkil edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qlobal iqtisadi zəncirin pozulması, nəqliyyat-enerji-logistika təchizatlarındakı qırılmalar iqtisadi dayanıqlılığı ləngidir. Bundan başqa, Aİ zonasında alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələri fonunda kreditlərin azaltması, eləcə də investisiya təşviqinin zəifləməsi səbəbindən Avrozonada iqtisadi artım gözləntiləri də azalır.
Xatırladaq ki, “Bloomberg” nəşri də bir müddət əvvəl koronavirus pandemiyasından sonra ilk dəfə AB ölkələrində resessiyanın gözlənilməsinə dair ehtimallar irəli sürmüşdü. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) oktyabrın 4-də dərc olunmuş illik Ticarət və İnkişaf Hesabatında da sərt pul siyasəti fonunda Avropapa tənəzzül meyillərinin əlamətlərinin olmasına işarə edilib.
Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də qlobal iqtisadiyat barədə ilkin proqnozlarını irəli sürərkən 2024-cü ildə qlobal iqtisadi artımın zəifləyəcəyinə diqqət çəkib. “Fitch Ratings” bildirir ki, ötən il ölkə karbohidrogen (neft qaz) sektorundan asılılığın azalmasına baxmayaraq, dünya iqtisadiyyatı üçün sənaye bölmələrinin inkişafında əsas təchizat komponentlərində tarazlığın tam bərpa edilməməsi, xarici ticarət balanslarındakı qeyri-müəyyənliklər, tədiyyə balanslarında azalmalar ümumi artımın irəliləməsinə mane olur.
Avropa İttifaqında iqtisadi artımın zəifləməsi, ümumilikdə iqtisadi inkişafa yeni təhdidlərin meydana çıxması Azərbaycana da müəyyən təsirlər edə bilər. Xüsusilə də sənaye mal və xidmətlərinin, logistika xərclərinin bahalaşması xarici inflyasiya qorxusuna yol açmış olardı.
Xatırlatdıq ki, Avropa İttifaqı və Avrozaonada iqtisadi gerilmə əsas etibarilə qiymətli kağızlar və daşınmaz əmlak bazarlarına, investisiya alətlərinə daha çox təsir edir. Azərbaycan Avropanın daşınmaz əmlak və səhm, maliyyə sektoru ilə dərindən bağlı olmadığından ressesiyaların ölkəmizə təsirləri mümkün deyil.
Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ay dərc etdiyi “World Economic Outlook” adlı hesabatında qeyd edilir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri əvvəlki ilə nisbətdə daha da yaxşılaşacaq. Belə ki, Fondun ilin əvvəlindəki proqnozunda Azərbaycanda 2024-cü il üzrə iqtisadi artımı 2,5 faiz proqnozlaşdırıldığı halda, yeni proqnoz ssenarisində ümumi daxili məhsulun (ÜDM) artımı üzrə proqnoz 2,8 faiz səviyyəsinə yüksəldilib. 2025-ci ildə isə iqtisadi artımın 2,3 faiz təşkil edəcəyi ehtimal olunur.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi artım 4,3 faiz təşkil edib ki, bu da Avropa ölkələrinin göstəricisindən 10 dəfəyə yaxın çoxdur. Ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 7,1 olacağı proqnozlaşdırılır.
Ancaq Azərbaycan üçün əsas qayğı qlobal bazarlarda baş verən inflyasiya idxalını tam nəzarətdə salmaqdır. Xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şoklar bitməyib, Yaxın Şərqdə - İsrail və Fələstin arasında baş verən münaqişə də sona çatmayıb, bütün bunlar qlobal bazarlara mənfi təsirləri artıra bilər və qiymət dalğalanmalarına öz neqativ təzyiqini göstərməsi mümkündür. Bu baxımdan ölkədə mövcud birrəqəmli və aşağı inflyasiyanı məqbul səviyyədə saxlamaq hökumətin iqtisadi blokunun il ərzində qarşısında duran əsas tədbirlərdən biri olacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

