FED pul siyasətində davamlı dəyişikliklər etsə də...
14.06.2024 [11:10]
Azərbaycan manatına təzyiq imkanları məhduddur
ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) 2024-cü ildə dördüncü dəfə uçot faiz dərəcəsinə dair qərar verib və iqtisadçıların konsensus proqnozuna uyğun olaraq faizləri sabit səviyyədə (5.5 faiz) saxlanılıb. Bu, hazırkı dövr üçün uçot siyasətinin sərtləşməsi deyil, yumşaq diapazonda saxlanılması kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildən etibarən uçot dərəcələrini davamlı olaraq artıran ABŞ-ın FED-i bu müddətdə 3 faiz artıma qərar verib. 2022-ci ildə 2,5 faiz təşkil edən uçot dərəcəsi 2023-cü ilin sonunda 5,5 faizə çatdırılıb. Bu artım Amerikanın pul siyasəti ilə bağlıdır və FED faiz paramterlərinə dəyişikliklər edərkən ölkədəki inflyasiyanı nəzərə alaraq qərar qəbul edir. Yəni faizlərin artırılmasında əsas məqsəd inflyasiyanı cilovlamaqdır. Hazırda sabit uçot siyasəti onu göstərir ki, inflyasiya hökumət üçün qənaətbəxş hesab edilir. Ancaq qiymət indeksinin artması halında uçot dərəcəsinin də artırılacağı istisna deyil.
FED-in qərarları qlobal bazar üçün hansı dəyişikliklərə səbəb olur?
ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması dünya maliyyə bazarlarında da əhəmiyyətli dəyişikliklərə gətirib çıxarır, açıq bazar əməliyyatlarında və valyuta bazarlarında əksər ölkələrin milli valyutalarının ABŞ puluna nisbətən ucuzlaşması baş verir. Məsələn, 2022-ci ildə Avropa Birliyinin (AB) vahid valyutası olan avronun FED-in artım qərarlarından sonra 10 faiz-bənd ucuzlaşması da bunu təsdiq edir. Hazırda FED uçot dərəcəsini sabit saxladığından avro da dollar qarşısında sabitliyini saxlamaqdadır.
ABŞ-nin uçot dərəcəsinə dəyişikliklər etməsi Böyük Britaniya funtuna da təsir edir, ingilis pulu dəyər itirir. 2022-ci ildə Böyük Britaniyanın rəsmi valyutasının son 37 ildə ilk dəfə dəyər itirməsi də məhz FED-in qərarından qaynaqlanan maliyyə zəifləməsi idi.
Bütün bu ssenarilər onu göstərir ki, ABŞ-nin Federal Ehtiyatlar Sistemi, yəni Mərkəzi Bankı faiz dərəcələrini növbəti aylarda artırsa, dünya maliyyə sistemində, ələlxsus da pul-valyuta bazarlarında ciddi narahatlıqlar da meydana çıxacaq. Bu siyasətin Azərbaycana təsirlərinə gəlincə, ölkəmizin beynəlxalq pul-maliyyə bazarları ilə daha sıx olmaması təsirlərin ötürücülüyünü azaldır. Ən əsası isə FED-in ötən dövrlərdə uçot stavkasını artırması zamanı, xüsusilə də 2022-ci ildə ən mürəkkəb şəraitdə Azərbaycanın valyuta sektoruna bu cür təsirlər hiss olunmadığından yeni uçot siyasətinin də mənfi fəsadları gözlənilən deyil.
İlk növbədə onu nəzərə almaq lazımdır ki, manatın məzənnəsini ölkəyə daxil olan valyutanın həcmi, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği və digər amillər müəyyən edir. Hazırda ölkəmizə daxil olan xarici valyutanın həcmini təmin edən dayanıqlı resurslar mövcuddur. Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları 58 milyard dollardan artıqdır. Mərkəzi Bankın valyuta ehtiyatları təkcə son bir ildə 27,7 faiz artaraq 11 milyard 713 milyon dolları ötüb. Ümumilikdə, Azərbaycanın 70 milyard dolar həcmində təhlükəsizlik yastığı mövcuddur.
Həmçinin Azərbaycanın tədiyyə balansı və xarici ticarəti ilə bağlı göstəricilər kifayət qədər yaxşıdır, 2024-ci ilin yanvar-aprel aylarında ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 13,9 milyard dollar təşkil edib ki, ticarət dövriyyəsinin 8,5 milyard dolları ixrac, 5,4 milyard dolları isə idxaldır. Beləliklə, əmtəə dövriyyəsində 3 milyard dollardan çox müsbət saldo yaranıb ki, bu da tədiyyə balansının cari vəziyyətinin qənaətbəxş olduğunu göstərir.
Göründüyü kimi bir çox ölkələrin mərkəzi bankları öz pul siyasətində davamlı dəyişikliklər edərək uçot və faiz dərəcələrini artırsalar da manata təzyiq imkanları müşahidə edilmir. Əhalinin milli valyutaya olan inamı sabitdir, üstəlik, Azərbaycanda xarici valyutalarla nisbətən, manatla yığım əmanətlərinin həcmi artır. 2024-ci ilin yanvar-aprel aylarında fiziki şəxslər tərəfindən banklara manatla qoyulmuş əmanətlərin həcmi 20 faiz artıb ki, bu da milli valyutaya inamın nəticəsidir.
Beləliklə, mövcud qlobal maliyyə və valyuta konyukturası onu deməyə əsas verir ki, ABŞ və Avropada uçot siyasətələrindəki dəyişkənliklər Azərbaycana təsiredici xarakter daşımır, manata heç bir təzyiq yoxdur.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

