İqtisadi əməkdaşlığın yeni formatı...
12.07.2024 [10:20]
Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilib
Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.
Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir.
Bu günlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri zamanı iqtisadi sahədə birgə fəaliyyətin genişləndirilməsi məqsədilə yeni imkanlar nəzərdən keçirilib. Görüşdə ölkələrimiz arasında müxtəlif iqtisadi istiqamətlər üzrə yeni imkanlar nəzərdən keçirilib, bu məqsədlə birgə təşəbbüslərin artırılmasının önəmi qeyd olunub. Tərəflər sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpaolunan enerji, həmçinin karbonsuzlaşma sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın keçirilən 13-cü iclasında da ikitərəfli iqtisadi-ticari imkanların artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi, nəqliyyat-kommunikasiya dəhli?lərində birgə iştirakçılıq və digər məsələlərə toxunlub. Tərəflər mpvcud əmtəə dövriyyəsini artırmaq üçün əlavə ticari stimulların tətəbiqini vacib hesab etdiklərini diqqətə çatdırıb. 2023-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 180 milyon dollara yaxın olub, 2024-cü ilin 5 ayında isə bu göstərici təqribən 70 milyon dolları təşkil edib. Halbuki bu potensialı ən azı 3-4 dəfə artırmaq mümkündür.
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Özbəkistanın ölkəmizlə birgə iqtisadi layihə və proqrmlarda təmsil olunma potensialı bir daha bəyan edildi və iki qardaş ölkənin zəngin təbii resursları bu əlaqələrin daha çox səfərbər edilməsini aktuallaşdırır. Eyni zamanda, Şuşada imzalanan Qarabağ Bəyannaməsinə imza atan ölkələrdən biri kimi Özbəkistan türk dövlətlərinin vahid iqtisadi blokda birləşməsində məqam və niyyətini açıq əks etdirib. Qardaş ölkələr birgə investisiyaların artırılması üçün biznes icmaları və dövlətlərarası İnvestisiya Fondunun imkanlarının da yüksəldilməsinə çalışır. Bu məqsədə sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə fəaliyyət göstərən şirkətlərin vahid sərmayə proqramlarına cəlb edilməsi istisna olunmur. Eyni zamanda, hər iki ölkədə çalışan biznes icmasının sayının artırılması da təklif olunur. Hazırda Azərbaycanda 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib və onlar sənayedə birgə investisiya qoyuluşunda uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.
Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.
İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və “Uzbekneftegaz” ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər. Gələcəkdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Azərbaycan iri elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi öz ərazisindən elektrik enerjisinin tranziti üçün geniş imkanlar açır. 2024-cü ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.
Mərkəzi Asiya, Qafqaz, Aralıq və Qara dənizi birləşdirən nəqliyyat dəhlizlərində əsas coğrafi hüdudlardan biri kimi Özbəkistan yer tutur. Beynəlxalq Nəqliyyat Dəhlizində (Orta Dəhliz) Özbəkistan faktiki olaraq yer almaqdadır. Hazırda Qazaxıstan və digər türk dövlətləri bu qovşaqda sıx birləşmək niyyətlərini bəyan edib.
Özbəkistan və Azərbaycan arasında əlaqələrin digər mühüm şaxəsi “yaşıl enerji” dəhlizində əməkdaşlıqdır. Cari il mayın 1-də Daşkənddə keçirilən görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri tərəfindən “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədə əsasən, enerji səmərəliliyinin artırılması, “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıran inteqrasiya olunmuş regional şəbəkənin yaradılması nəzərdə tutulur ki, bu da gələcəkdə Orta Asiya-Xəzr-Avropa “yaşıl dəhliz”inin yaradılmasına səbəb olacaq. Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə proqnoizları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Özbəkistanın da geniş çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələrininölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır.
Özbəkistan Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində də yaxından iştirak edir, Füzulidə özbək hökumətinin maliyyə dəstəyi ilə ilk məktəb inşa edilib, hazırda Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə hazırlaşır. Məhz bu və digər amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Beləliklə, Azərbaycan və Özbəkistan arasında yeni siyasi-iqtisadi münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxması əlaqələrin dinamikasını daha da artırmış olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

