Yeni qaydalar əsasında...
13.07.2024 [10:20]
Hərbçilərin pensiyası artırılır
Nazirlər Kabineti (NK) “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında qərarı təsdiqləyib. Qərara əsasən, bəzi kateqoriyalar üzrə hərbçilərin pensiyaları yeni qaydalar əsasında hesablanacaq. Belə ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minən “Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, hərbçilərin pensiyaya çıxma müddəti 20 ildən 25 ilə qaldırılıb və dəyişikliklər onların gələcək sosial təminatlarının daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Bu isə pensiya təminatı ilə bağlı sosial normaların əmsallarının artırılaraq hərbi qulluq stajına görə əlavənin faizinin 50-dən 65-ə qaldırılmasına imkan verəcək. Yəni, hərbçilər pensiyaya çıxanda qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz təşkil edir. Nəticədə indiki məbləğlə götürdükdə onun pensiyasında ən azı 250-300 manat fərq olacaq. Habelə, 25 ildən yuxarı hərbi xidmətin hər ilinə görə, təminat xərcinin əmsalı digər qurumlarda 2 faiz olmasına baxmayaraq, hərbi qulluqçular üçün 3 faiz əmsalla götürülür. Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da pensiyasına həmin dövrün hər ili üçün 1 faiz əlavə əmsal hesablanır.
Bundan başqa, dəyişikliklərə əsasən, 2024-cü il yanvarın 1-dək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilər 20 il tamam olduqda pensiyaya çıxa biləcəklər. Yəni, onların 25 il xidmət müddəti keçməsinə ehtiyac olmayacaq. Əgər onlar 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazanmaq istəsə, müvafiq qurumlar onların bu seçimini nəzərə alaraq əlavə xidmət keçməsinə də şərait yaradacaq.
Onu da nəzərə almaq lazımdır ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişikliklər, təkcə xidmət müddətinin artırılmasını nəzərdə tutmur, hərbçilərin sosial hüquqları ilə bağlı əlavə imtiyazları da özündə əks etdirir. Mövcud qanuna əsasən, ali təhsil müəssisələrində demək olar ki, qiyabi təhsil mövcud olmadığından Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçuları mülki ali təhsildən kənarda qalır, ancaq dəyişiklikdən sonra hərbi qulluqçular müvafiq icra hakimiyyəti oqranının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Dəyişikliklərə əsasən, 2024-cü il yanvarın 1-dək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etməyəcək.
Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılıb. Bu dəyişikliyin əsas məqsədi isə həmin hərbi qulluqçuların pensiyaya çıxmaq üçün onların xidmətkeçmə müddəti dövründə təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.
Yeni dəyişikliklər pro-aktiv, yəni elektron pensiya təminatının daha da gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Hərbçilərin pensiya təyinatı ilə bağlı elektron sistem üzərindən hansısa sənədləri tərtib etməsinə, müfaviq sənədlərlə bağlı arayışlar almasına heç bir ehtiyac və zərurət olmayacaq. E-sistem özü baza məlumatlarında onlar barəsində toplanmış bütün informasiyaları emal edərək adiyyatı qurumun hesabına inteqrasiya edir ki, hərbçilərin hansısa proseduraları doldurmasına ehtiyac qalmır. Bu isə təminatla bağlı proseslərin şəfaflığının təmin olunması, qısa zamanda pensiya təminatı üçün imkanlar deməkdir.
Hərbçilərin pensiya təminatının yaxşılaşdırılması dövlətin yürütdüyü sosial siyasətin əsas prioritetlərindən biridir və davamlı olaraq bu sosial kateqoriyanın rifahı üçün addımlar atılır. NK-nın qərarı bu siyasətin tərkib hissəsi olmaqla, sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlılığının artmasına xidmət edəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

