Qızıl sürətlə bahalaşır
22.04.2025 [10:04]
Əlvan metalın unsiyası 3500 dollara yaxınlaşır
Dünya birjalarında qızılın qiyməti yeni rekorda imza atıb. 2025-ci ilin aprel ayında qiymətli əlvan metalın bir troya unsiyası 3000 dolları ötüb. Dünyanın nüfuzlu birjalarında iyun ayı üzrə razılaşdırılmış yeni fyuçerslərin qiyməti tarixi maksimumunu yeniləyərək, bir troya unsiyası üçün 3350 dollardan yuxarı qalxıb. Nyu-Yorkun “Comex” birjasında qızılın bir unsiyası üçün növbəti 3 aylıq fevral fyuçerslərinin qiyməti 3300-3400 dollar ehtimal edilib. ABŞ-ın birja analitiklərinin fikrincə, qızılın qiyməti 2025-ci ilin ortalarına doğru artmaqda davam edəcək.
Trampın siyasəti, qlobal geosiyasi gərginliklər
Dünyanın aparıcı banklarının da qızılla bağlı gözləntiləri optimistdir. Danimarkanın aparıcı banklarından biri olan “Saxo Bank”ın proqnozuna əsasən, “cari il üçün qızılın qiyməti 3300-dən aşağı olmayacaq. Bankın əmtəə üzrə mütəxxəssisi Ole Hansen qızılın bahalaşmasını bir neçə əsas amillə əlaqələndirir. Onun fikrincə, ilk amil kimi qlobal səviyyədə artmaqda olan geosiyasi gərginliklər və ABŞ-ın idxal rüsumlarını yüksəltməsi təsiredici rol oynayır. ABŞ-da faiz dərəcələrinin ötən ilin sonlarında azaldılması və yenidən uçot stavkasında azalma gözləntiləri də qızılın qiymətinə təsir edir. Donald Trampın yeni maliyyə siyasəti ucuz dollar, bahalı qızıl investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl bahalaşır. Eləcə də virtual pulların bahalaşması stimullaşır, qiymətli metallar yeni dəyərlər qazanır.
Bundan başqa, Amerikada və digər inkişaf etmiş ölkələrdə dövlət borclarının sürətlə artması və iqtisadi qeyri-müəyyənlik qızılın daha da bahalaşmasına səbəb olur. Həmçinin beynəlxalq yığımlarda qızıla tələbin artması müşahidə edilir. Dünyanın aparıcı mərkəzi bankları, xüsusilə inkişaf etməkdə olan ölkələrdəki bank institutları ardıcıl olaraq hər il 1000 tondan çox qızıl alıblar. Nəticədə, qızıl dəyər qoruyucu vasitə kimi iqtisadi qurumların əsas portfel alətlərindən biri kimi möhkəmlənir.
Səhmdarlar və banklar sürətlə qızıl toplayır
Birjalarda qeydə alınan tendensiyalar fonunda investorlarda da qızıla meyillilk güclənir. Onların investisiya portfellərində yığımların transformasiyası müşahidə edilməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu, qızıla yönəldəcək. Analitiklərin fikrincə, daha güclü ABŞ dolları və artan ABŞ istiqraz faizləri ilin ilk yarısında qızıl üzərində təzyiq yarada bilər.
Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılır və hər il qızıl yığımlarının həcmi artır. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2024-cü ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 40 faizdən çox artaraq 800 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat isə 5 faizə yaxın artaraq 5 min tona yaxınlaşıb.
Baş verənlər qızıla həm investisiya kimi qlobal marağın artmasını, həm də bu sənaye sahəsinin investorlar üçün daha cəlbedici olmasını stimullaşdırır. Qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızıla investisiya qoymağı indi daha məqsəduyğun sayır, eləcə də dünyanın iri şirkətlləri, suveren fondları öz yığımlarını dollar və avro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesab edirlər. İnvestorların əvvəlki illə müqayisədə bu qiymətli metala tələbatı ən azı 20 faiz artıb.
Azərbaycan ən çox qızıl investisiya edən ölkələr qrupundadır
Dünya bazarında qızılın bahalaşması Azərbaycan üçün də mühüm rol oynayır. Qızıl iqtisadiyyatda çətin zamanların təhlükəsiz yastığı rolunu oynadığından bütün investorlar kimi azərbaycanlı bank və fondlar, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir. Ümumdünya Qızıl Şurasının məlumatına görə, Azərbaycan son 2 ildə qızıl investisiyalarını dayanıqlı şəkildə möhkəmləndirir. 2024-cü ildə ən çox qızıl almış ölkələr sırasında respublikamız da yer alır. Azərbaycan qızıl alışı üzrə beynəlxalq reytinqdə 5-ci yerdə qərarlaşıb.
Qızıl alışlarında Dövlət Neft Fondu (DNF) xüsusi fəallıq nümayiş etdirir. 2024-cü ilin əvvəlində qızıl ehtiyatlarının həcmi 101,8 ton olan Fondun portfelinə daha 63,5 ton əlvan metal toplanıb. Fond 2025-ci ilin ötən dövründə daha 18,7 tonluq qızıl alıb və qızılın bahalaşması rallisində DNF-nin portfelində qızıl ehtiyatlarının həcmi 165,3 tona yüksəlib. Nəticədə, 2025-ci ilin ilk rübündə DNF-nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşıb.
Beləliklə, qızılın dünya bazarlarında rekord artımları Azərbaycan üçün əlverişli və yeni investisiya bloku kimi xüsusi əhəmiyyət daşıyır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32

