Dünya Bankının Azərbaycana “yaşıl maliyyə” dəstəyi
02.07.2025 [09:51]
Bankla ölkəmiz arasında dəyəri 173,5 milyon dollar olan kredit sazişi imzalanıb
Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində ümumi dəyəri 173,5 milyon dollar olan kredit sazişi imzalanıb. Sənədləri “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb. Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı isə 31,2 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğ əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə yönəldiləcək.
İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji”nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə bərpa olunan enerji mənbələrinin (BOEM) elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasını dəstəkləməkdir. Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan BOEM üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək. Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 km uzunluğunda 500 və 330 kV-luq dörd yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kV-luq Nəvahi yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir.
23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkət
Azərbaycanın xarici maliyyə institutları ilə apardığı səmərəli əməkdaşlığın növbəti fazası olan “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” quruculuğunda maliyyə axınlarını cəlb etmək strategiyası öz uğurlu nəticələrini verməkdədir. Son 3 ildə Azərbaycan Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalayıb. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə bərpa olunan enerji sektorunda layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər.
Xarici investorların bu sahəyə marağının daha da artırılmasını təmin etmək məqsədilə ölkəmizdə qüvvəyə minən “yaşıl vergi” güzəştləri isə sərmayə imkanlarını daha da artıracaq. Bu vergi stimullarının tətbiqi sayəsində qarşıdakı dövrdə “yaşıl enerji” strategiyası çərçivəsində ekoloji sahədə fəaliyyət göstərən, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpaolunan enerji mənbələrinin istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılmasına və investisiyaların stimullaşmasına səbəb olacaq.
Məqsəd ölkəmizi “yaşıl enerji” ixracatçısına çevirməkdir
Qiymətləndirmələrə əsasən, Azərbaycanda bərpa oluann enerji mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Təkcə Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Mövcud mənbələr isə ölkəmizin potensial “yaşıl ixrac” gücünü artırmağa imkan verəcək. Maliyyə naziri Sahil Babayevin imzalanma mərasimində vurğuladığı kimi Azərbaycan hökumətinin məqsədi ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda “yaşıl enerji” ixracatçısına çevirməkdir. Nazir vurğulayıb ki, COP29 sədrliyi çərçivəsində Azərbaycan “yaşıl enerji”gündəliyinə sadiq qalaraq enerji balansında bərpa olunan mənbələrin rolunun artması, ötürmə infrastrukturunun genişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinə fəal investisiyalar edir.
Beləliklə, DB və digər maliyyə institutları ilə imzalanan “yaşıl sazişlər” Azərbaycanın bərpa olunan enerji güclərinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” (“Qara dəniz kabeli”) ilə ixracının daha da tezləşməsində mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

