Ekspert: Azərbaycanda metal istehlakı 2035-ci ilədək davam edəcək
14.08.2026 [18:10]
Azərbaycanda ümumi metal istehlakı 1,7-1,8 milyon ton olaraq qiymətləndirilir və bu rəqəmin 2035-ci ilə qədər davamlı artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Metals & Mining Industrial and Technical Consulting” (MMITC) şirkətinin bazar analitiki və layihə meneceri Pavel Serov Rusiyanın “Metal Supply and Sales” jurnalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda tədqiq edilən sort və fason prokatının istehlakı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artımla 600 min tonu keçib. Tədqiqat armatur, məftil çubuğu, katanka və kiçik növlü prokatı əhatə edib. 2024-cü ildə ölkədə daxili armatur istehsalı idxal istisna olmaqla 440 min ton təşkil edib.
Baza proqnozuna görə, müəyyən bazar seqmentlərində orta illik artım tempi 2035-ci ilə qədər 4 faizi keçə bilər. Bu, genişmiqyaslı tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi, sənayenin inkişafı, bərpaolunan enerji və şəbəkənin modernləşdirilməsi ilə əlaqədardır.
Proqnozda Bakı Metropoliteninin genişləndirilməsi, yol və digər infrastruktur obyektlərinin tikintisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı terminalının modernləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri və enerji layihələri nəzərə alınıb.
Ən sürətli artım katanka və xüsusi tikinti prokat məhsulları seqmentlərində gözlənilir.
P.Serov qeyd edib ki, “Baku Steel Company” Azərbaycan bu məhsulların bazarında ən böyük iştirakçıdır. O, Rusiya, İran və Türkiyəni Azərbaycana idxal olunan metal məhsullarının əsas təchizatçıları arasında qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

