İsmayıllı sürətli sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir
29.10.2014 [10:00]
Rayonda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib
İsmayıllı rayon İcra Hakimiyyətində 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov geniş məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə rayonda müqayisəli qiymətlərlə 122 milyon 506 min manat məbləğində ümumi məhsul istehsal olunub. Sənaye sahəsində 2,5 faiz, kənd təsərrüfatında 3,1 faiz, nəqliyyatda 3,7 faiz, rabitə sahəsində 1,3 faiz və ticarətdə 37,3 faiz artım əldə edilib. Qeyd edilib ki, rayon büdcəsinin gəlir hissəsi 15 milyon 472 min 402 manata qarşı 15 milyon 748 min 987 manat icra olunub. Büdcə gəlirlərinin icrası 101,8 faiz yerinə yetirilib.
M.Sadıqov bildirib ki, cari ildə rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilib. Heydər Əliyev adına Mədəniyyət Sarayı, rayon Mərkəzi Xəstəxanası yenidən qurulub, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının və uşaq əyləncə və istirahət parkının tikintisi başa çatdırılıb. Həmin obyektlərin açılışı sentyabrın 22-də Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. İsmayıllı bələdiyyəsinin inzibati binasının, rayon Təhsil Şöbəsinin binasının əsaslı təmiri isə artıq yekunlaşıb. Bundan başqa, rayonda bir sıra yaşayış binasında əsaslı təmir işləri aparılıb.
Vurğulanıb ki, İsmayıllı rayonunda hesabat dövründə istehsal olunan ümumi məhsulun 51,5 faizi kənd təsərrüfatının payına düşür. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 897 min manat artıb.
Bildirilib ki, BMT-nin İnkişaf Proqramı əsasında icra edilən “Azərbaycanın Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması” və “Fermerlərin imkanlarının yerli innovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihələri çərçivəsində rayonun Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar yaradılıb və həmin sahələrdə tərəvəz məhsulları istehsal edilib. “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası” layihəsinə uyğun olaraq rayonun Topçu kəndində “Fermer mağazası” açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixində İsmayıllıya səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündəki çıxışında “Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam” sözlərini xatırladan M.Sadıqov deyib ki, məhz bu diqqət və qayğının müntəzəmliyinin, ardıcıllığının, yeni maliyyə dəstəkləri ilə möhkəmlənməsinin nəticəsində İsmayıllı sürətli sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.
Hesabat məruzəsinin müzakirəsi zamanı əmək veteranı Cümşüd Hacıyev, şəhər inzibati ərazi dairəsi üzrə RİH başçısının nümayəndəsi Məhərrəm Əhmədov, ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müdiri Əlirza Əliyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov və başqaları çıxış ediblər. Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

