Vergidən yayınanlara qarşı tədbirlər daha da sərtləşdirilir
08.10.2015 [09:51]
“Nazirlər Kabinetinin 2015-ci il iyunun 13-də ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilmiş, 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqlar vergi orqanları qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Həmin tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyində geniş tərkibdə kollegiya iclası keçirilərək bir sıra mühüm qərarlar qəbul edilib, ölkə Prezidenti tərəfindən verilmiş tapşırıqların planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə vergilər naziri tərəfindən Tədbirlər Planı təsdiq olunub”.
Bunu Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə “Vergilər” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin strukturunda aparılmış son dəyişikliklər, ilk növbədə, bu tapşırıqların və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, vergi inzibatçılığı, xüsusilə vergi borclarının idarə olunması sahəsində yeni yanaşmaların müəyyən edilməsi ilə bağlıdır. Bu dəyişikliklər vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətində operativliyin artırılması, istintaq prosesinə nəzarətin gücləndirilməsi, nəticə etibarilə dövlət büdcəsinə vergi daxilolmalarının artırılması məqsədi daşıyır.
“Vergi borclarının alınması prosesində borclu ödəyicilərlə iş necə qurulur və aparılan tədbirlərin borclu ödəyicilərin məsuliyyət hissinin artırılmasına təsiri nə dərəcədədir?” sualına cavabında isə Zeynalabdin Məmmədzadə “Çalışırıq ki, borc yarandığı andan vergi ödəyicisi ilə dərhal və birbaşa əlaqə yaradaq. Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları borclu vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər imkanlar yaradıb”, - deyib.
“Vergi ödəyicilərinə yanaşmaya gəldikdə, demək olar ki, onları şərti olaraq bir neçə qrupa bölmək olar: vergi öhdəliklərini vaxtında icra edənlər, vergi öhdəliklərini icra etmək istəyən, lakin müəyyən maliyyə çətinlikləri olan və bilərəkdən vergi ödəməkdən yayınan vergi ödəyiciləri. Vergi orqanlarının əsas məqsədi birinci qrupa daxil olan ödəyicilərin sayının, yəni vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəldilməsidir. Vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etmələri üçün inzibatçılıq prosesləri sadələşdirilir, onların inzibati xərclərinin azaldılmasına və elektron xidmətlərdən daha geniş istifadə olunmasına çalışılır. İkinci qrupa daxil olan vergi ödəyicilərinə vergi öhdəliklərini icra etməyə köməklik göstərilir. Vergilər Nazirliyinin vergi borcları sahəsində fəaliyyət göstərən struktur vahidləri əsas gücünü məhz bu qrupa yönəldir ki, borcla bağlı onlarda məsuliyyət hissinin artırılmasına nail olunsun. Vergidən yayınmaq istəyən sonuncu qrup vergi ödəyicilərinə qarşı isə qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlər görülür. İlk növbədə, inzibati tədbirlər həyata keçirilir, bank hesablarına sərəncam qoyulur, sonra vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi borclu vergi ödəyicisinin əmlakı siyahıya alınır. 2015-ci ilin 8 ayı ərzində 1961 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borcu üzrə əmlakın siyahıya alınması barədə qərarlar açılıb və 42,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib”, - deyə Zeynalabdin Məmmədzadə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

