Bakı ilə Moskvanı yeni hava körpüsü birləşdirir
27.10.2015 [09:32]
Oktyabrın 25-də Rusiya paytaxtının “Vnukovo” hava limanında “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Moskva aşağı büdcəli reysi (“lou-kost”) üzrə ilk uçuş həyata keçirən təyyarənin təntənəli qarşılanma mərasimi olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı vaxtı ilə saat 15:00-da havaya qalxan təyyarə “Vnukovo” hava limanına yerli vaxtla 17:10-da enib. Həmin gün təyyarə Moskvadan 18:10-da havaya qalxaraq yerli vaxtla 21:30-da Bakıya qayıdıb. Bu tip reyslərdə “biznes” sinfi ilə uçuş nəzərdə tutulmadığından ilk reyslə “ekonom” sinfində Moskvaya 167 sərnişin gəlib.
Təntənəli mərasimi “Vnukovo” hava limanı baş direktorunun müavini Vladimir Buryak açaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yeni aşağı büdcəli reyslərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, “Vnukovo” hava limanı Azərbaycan aviaşirkəti ilə əməkdaşlıqdan məmnundur. V.Buryak deyib: “Yeni reysin açılması ilə sərnişinlərimizin Azərbaycana səfər etmək imkanları daha da genişlənir. Yeni tərəfdaşımız “Azərbaycan Hava Yolları” şirkətinə uğurlar və təmiz səma arzulayırıq”.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev yeni aşağı büdcəli reyslərin Prezident İlham Əliyevin tapşırığı ilə açıldığını vurğulayıb. O deyib ki, Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlıq sürətlə inkişaf edir. Yeni reyslərin açılması bu əməkdaşlığın sürətlənməsinə misaldır.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, AZAL şirkətinin nümayəndəsi Rahib İsayev yeni reysin açılması münasibətilə sərnişinləri təbrik ediblər.
“Vnukovo” hava limanı ilk qeydiyyatdan keçən sərnişin Samirə Məmmədovaya AZAL aviaşirkətinin istənilən istiqamətdə uçuşlarından birinə iki bilet hədiyyə edib. Moskvada özəl klinikalardan birində həkim-pediatr kimi çalışan Samirə Məmmədova AZƏRTAC-a müsahibəsində Bakı-Moskva marşrutu ilə aşağı büdcəli reyslərin xəttə buraxılmasından məmnunluğunu ifadə edərək bildirib ki, ailəsi ilə birlikdə rahat və sərfəli qiymətlə doğma Vətəninə gedib-gəlmək imkanı qazanıb.
“Vnukovo”nun mətbuat katibi Yelena Krılova AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, hava limanı “Azərbaycan Hava Yolları” QSC-nin reysləri üçün yüksək səviyyəli xidmət təqdim edir və hər bir sərnişinin rahatlığının qayğısına qalır. Y.Krılova yerüstü xidmətlər üçün aviaşirkətin “UTG aviation services” tərəfdaşını seçdiyini diqqətə çatdırıb.
Aşağı büdcəli reyslərin uçuşu həftənin bütün günləri “Arbus-A320” təyyarəsi ilə həyata keçirilir. Tələbat çox olacağı təqdirdə daha çox sərnişin yerinə malik təyyarələrin reysə buraxılması mümkündür. Bakı-Moskva-Bakı istiqamətində bir tərəfə aviabiletin qiyməti bütün rüsumlar daxil olmaqla 99 avrodur. Sərnişinlər 55x35x20 santimetr ölçülərdə 8 kiloqramdan artıq olmayan əl yükünü pulsuz keçirə bilərlər. Marşrut üzrə hər ayrıca baqaj üçün (23 kiloqramdan artıq olmayan) ödəniş nəzərdə tutulur.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev aviabiletlərin qiymətlərinə yenidən baxılması və qiymətlərin azaldılması ilə bağlı konkret tapşırıq vermişdi. Dövlət başçısının tapşırığına uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib.
Prezidentin aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30 faiz arasında endirim tətbiq olunmasına qərar verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48

