Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının lokomotivi kimi
19.01.2016 [10:07]
Neftin dünya bazar qiymətinin kəskin azalması, qlobal və regional çətinliklər və eləcə də əsas ticarət tərəfdaşlarımızda milli valyutaların kəskin devalvasiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Qlobal enerji bazarında müşahidə edilən qiymət azalmaları Azərbaycanın neft satışından dövlət gəlirlərinin 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Bu isə MDB-nin bütün enerji dövlətlərində olduğu kimi, bizim ölkəmizə daxil olan valyutanın həcminin azalmasına səbəb olub ki, bu da milli valyutamıza təzyiqi artırıb.
Bu il yanvarın 18-də keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumət qarşısında konkret hədəflər müəyyənləşdirmişdir. Ölkə Prezidentinin vurğuladığı məsələlərdə 2015-ci ildə ölkədə yaşanan iqtisadi çətinliklər, dünyada baş verən bir sıra iqtisadi proseslərin Azərbaycana təsirinin yaratdığı amillər, 2016-cı il üçün qarşıda duran prioritetlərin dövlət qurumları qarşısında həll ediləcək məsələ kimi qoyulması əsas yer tutmuşdur. Azərbaycan Prezidenti bəyan etmişdir ki, ölkəmiz nefti unutmalı və inkişafı məhz qeyri-neft sektoru üzərində qurmalıdır. Qeyri-neft sektorunun inkişafı birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasına və böhrana dayanıqlı iqtisadi sistemin formalaşmasına imkan verəcək.
Azərbaycan Prezidenti struktur islahatlarının genişləndirilməsi ilə bağlı öz tapşırıqlarını vermişdir. Qlobal dünyada baş verən iqtisadi proseslər, xüsusilə dünya neft bazarında nəzərəçarpan qiymət enmələri Azərbaycanın dövlət büdcəsinə də təsirsiz ötüşməmişdir. Büdcədə olan maliyyə vəsaitlərinin səmərəli xərclənməsi, dövlət vəsaitlərinə qənaət etmək və o cümlədən hazırkı durumda bir sıra dövlət qurumlarının ləğv olunması aktualdır. Hazırda ölkədə 19 nazirlik, 11 dövlət komitəsi, 8 komissiya, 9 mərkəz və şura, 8 dövlət agentliyi fəaliyyət göstərir. Artıq Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvini ölkədə yaxın müddətdə reallaşdırılacaq digər struktur islahatlarının başlanğıcı və təkanı kimi qiymətləndirmək mümkündür. Sözügedən agentliyin ləğvi həm büdcə ayırmalarına qənaət imkanı yaradacaq, həm də tenderlərin keçirilməsi ilə bağlı proseduraların sadələşdirilməsinə imkan verəcək.
Qeyd olunan dəyişiklik təkcə dövlət vəsaitlərinin qənaəti kimi deyil, passiv idarəetmə sistemindən çevik idarəetmə sisteminə keçid kimi müəyyənləşdirilə bilər və o cümlədən qarşıda həyata keçiriləcək iqtisadi islahatların idarə olunmasına dəstək göstərəcək. Azərbaycan Respublikası Prezidentinin struktur islahatlarının olması ilə bağlı verdiyi mesaj bu yöndə proqnozlaşdırılan islahatların reallaşacağına əsas yaradır.
Ölkə Prezidenti sahibkarlığın inkişafının dövlətimizin qarşısında dayanan əsas məqsəd olduğunu bildirmişdir. Sahibkarlığın inkişafı baxımından hal-hazırda Prezidentin qarşıya qoyduğu məsələ idxal-ixrac prosesinin şəffaflaşdırılması, ölkəyə xarici investisiyanın, xüsusilə qeyri-neft sektoruna xarici kapitalın qoyulmasıdır. Dünya praktikasını nəzərə alaraq qeyd etmək istəyirik ki, yalnız məhsulların qeydiyyatında elektronlanlaşma olarsa və bu sistem ölkədə şəffalıq, keyfiyyətli xidmət reputasiyasını özündə birləşdirən “ASAN xidmət”ə verilərsə, qarşıdakı müddətdə müəyyən nəticələr almaq olar. Sahibkarlıq subyektlərinin qarşısında dayanan süni baryerlərdən sayılan lisenziya verilmə xidməti sahəsində aparılan islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin qarşısından bürokratik amilləri aradan qaldırdı. Yəni, sahibkar bir dəfə lisenziya alacaq və lisenziya müddətsiz olaraq veriləcək. Əvvəlki qaydalara görə isə, sahibkarlar hər 5 ildən bir lisenziya almalı olurdular və hər 5 ildən bir ödəniş etməli olurdular.
“Elektron lisenziya” portalının formalaşması lisenziya və xüsusi icazələrin verilməsi proseslərinin tamamən elektronlaşmasına gətirib çıxaracaq ki, bu da kifayət qədər sadə və lisenziyaların alınması üçün elektron müraciət formasının tətbiq edilməsi deməkdir. Yeni qanuna əsasən lisenziyanın alınması üçün bütün sənədlər təqdim ediləndən sonra lisenziya 2 gün ərzində sahibkara təqdim ediləcək. Bu lisenziyaların verilməsi sahəsində pozitiv inqilabi islahat kimi qiymətləndirilməlidir. Azərbaycan lisenziyaların alınması üçün tələb edilən günlərin sayı inkişaf etmiş ölkələrin cəmləşdiyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə orta göstəricidən 3 dəfədən çox azdır. Bu isə o deməkdir ki, ölkəmiz lisenziyaların verilməsi üçün tələb edilən günlərin sayına görə hətta inkişaf etmiş dövlətlərdən belə öndə olacaq. Yeni qaydalar isə sahibkara imkan verəcək ki, yalnız bir ödəniş etməklə müddətsiz lisenziya ala bilsin. Eyni zamanda, regionlarda fəaliyyət göstərən sahibkarlar lisenziyanı 50% güzəştlə alacaqlar. Bütün bunlar sahibkarların xərclərində azalmalara səbəb olacaq. Bu isə regionlarda lisenziya və xüsusi icazə tələb edən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından olduqca vacib addımdır. Yuxarıda sadalananlar, müvafiq olaraq idxal-ixrac inhisarçılığının ləğvi və əməliyyatların elektronlaşması sahibkarın xərclərini azaldacaq və bazara daha ucuz məhsulların çıxarılmasına şərait yaradacaqdır.
İnhisarçılığın ləğvi və əməliyyatların elektronlaşması nəinki yerli sahibkarların fəallığını artıracaq, həm də xarici investorların da ölkəyə gəlməsini sürətləndirəcək. Nəzərə alsaq ki, hazırda pul-kredit siyasətinə əsasən ölkəyə təxirəsalınmaz şəkildə xarici valyuta ehtiyatları lazımdır, qeyd olunan tədbirlər xarici investorların ölkəyə gəlməsini stimullaşdıracaq.
Yanvarın 18-də Prezidentin keçirdiyi müşavirədə də müzakirə edilən ən önəmli məsələ qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi idi. Son müşavirənin də verdiyi mesaj bundan ibarətdir ki, neftdən olan asılılıq, həmçinin Dövlət Neft Fondunun transfertlərinin qarşıdakı illər ərzində azaldılması qarşıya qoyulan əsas prioritetdir. Azərbaycan Prezidenti eyni zamanda bildirdi ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər.
Bu il Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 250 milyon manat güzəştli kreditlər veriləcək. Sahibkarların öz maliyyə resurslarını da nəzərə alsaq, regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağı gözlənilir. Bu isə o deməkdir ki, ölkəmiz xarici valyuta cəlb etməklə cari tələbləri ödəmək, genişmiqyaslı islahatlar yolu ilə isə qeyri-neft sektorunun ixrac qabiliyyətinin yüksəlməsi ilə valyuta daxilolmalarını artıra biləcək.
Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara təkan verildi. Bu prioritetlərin reallaşması birmənalı şəkildə ölkəmizdə diversifikasiya edilmiş iqtisadi inkişafa nail olmağa imkan yaratmaqla məşğulluq sferasında, istehlak və valyuta bazarında stabilliyin formalaşmasına səbəb olacaq.
Vüqar Bayramov,
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin rəhbəri
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

