Elxan Bəşirov: Sahibkarlar hər il hesabat verməlidirlər
30.05.2018 [09:42]
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov Sahibkarlar Gününə həsr olunmuş konfransda maraqlı təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəmizdə 25 aprel tarixinin Sahibkarlar Günü kimi qeyd olunması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iş adamlarına böyük diqqətinin göstəricisidir. Sahibkarlar bu məsuliyyəti dərk etməlidirlər: “Mən istər İqtisadiyyat Nazirliyi, istərsə də assosiasiyaların saytlarında hesabat bölümünün yaradılmasını təklif edirəm. Sahibkarlar hər il 25 aprel tarixində öz fəaliyyətləri ilə bağlı hesabatları ora yerləşdirsinlər. Nəticədə hər şirkətin bir il ərzində Azərbaycan Respublikasının iqtisadiyyatına necə töhfə verdiyi məlum olacaq”.
Elxan Bəşirov çıxışında Azərbaycanda sahibkarlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünə diqqəti yönəldərək qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini bildirib: “Cənab Prezident Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha söylədi ki, 2018-ci ildə islahatlar davam etdiriləcək və bu il də qeyri-neft sektorunun inkişafı istiqamətində bütün məsələlər prioritetliyini qoruyub saxlayacaq”.
Elxan Bəşirov həmçinin qeyd edib ki, Prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə “investisiya təşviqi sənədi”nin verilməsi qaydalarını təsdiqlədikdən sonra müxtəlif sənaye sahələrinə milyardlarla manat dəyərində investisiya yatırılıb: “O cümlədən bizim “Mətanət A” şirkəti də cənab Prezidentin qarşısında 4 böyük zavodun tikintisini öz öhdəsinə götürüb və onların fəaliyyətini bir təşviq sənədi əsasında reallaşdırır, bununla da milyonlarla vəsaitə qənaət edir. Bu qənaət bizim zavodların rentabelli işləməsinə, eyni zamanda, götürdüyümüz kreditin geri qaytarılmasına öz töhfəsini verir”.
Elxan Bəşirov şirkətin son nailiyyətlərindən də söz açıb. Xüsusilə, tikintisi ötən il başa çatdırılan Qazax əhəng zavodunun fəaliyyətinə toxunaraq bu zavodun istehsal etdiyi əhəngin regiondakı rəqiblərini xeyli geridə qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, şirkətin yaxın perspektiv üçün də böyük ümidlər vəd edən planları var. “Biz 2019-cu ilin axırına mineral yun zavodunu istifadəyə verəcəyik. Artıq bununla bağlı Almaniyanın ən məşhur şirkətlərindən biri ilə müqavilə bağlamışıq. İlkin ödənişlər edilib, bütün texnologiyalar, avadanlıqlar sifariş verilib, vaxtında Azərbaycana gətiriləcək. Biz Hacıqabulda da maşınqayırma istiqamətli böyük bir layihə həyata keçirəcəyik. Bu layihə tikinti avadanlıqlarının istehsalını gerçəkləşdirəcək”, - deyə Elxan Bəşirov əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

