Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirdi
31.05.2018 [15:59]
Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşən Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı
Mayın 28-də Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il ötür. Şübhəsiz ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.
Cümhuriyyətin yaranmasından bir əsr ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Məhz Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. 1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib".
Uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirdi
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı yerinə yetirmiş oldu. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Səmərəli xarici siyasətin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu xarici siyasəti həm də region ölkələri ilə səmərəli əlaqələrin formalaşmasına mühüm töhfələr verdi. Xüsusilə də, bu, mürəkkəb tarixi mərhələdə bölgədə etibarlı əməkdaşlığın yaranması baxımından olduqca önəmli idi. Həmin dövrdə AXC regional həmrəyliyin yaranması və bölgədə manevr imkanlarının artırılması baxımından Gürcüstanla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-cu il iyunun 16-da iki dövlət arasında üç il müddətinə hərbi-müdafiə paktının imzalanması Azərbaycan Xalq Cümhuriyyətinin mühüm diplomatik addımı kimi qiymətləndirilir. Bu sazişə görə, hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təhdid, yaxud təcavüz olduğu halda onlar bir-birinə hərbi yardım göstərmək öhdəliyinə malikdirlər. Həmin müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təsdiq edildi. Tarixçilər bunu həmin dövrdə Ümumqafqaz həmrəyliyinin yaradılması istiqamətində mühüm təşəbbüs və addım kimi qiymətləndirirlər.
Regional münasibətlərin inkişafı baxımından həmin dövrdə İranla əlaqələrin genişləndirilməsi də mühüm əhəmiyyətə malik idi. 1919-cu ildə yaradılan birgə Azərbaycan-İran komissiyasının gərgin işi nəticəsində iki dövlət arasında münasibətlərin bir sıra tərəflərini əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayının 20-də iki dövlət arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Osmanlı dövləti (Türkiyə) ilə münasibətlər də uğurla inkişaf etdi. Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. 4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Bu sənədlər həm hərbi, həm də iqtisadi əməkdaşlıq imkanlarını artırırdı.
Bütövlükdə, səmərəli xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirdi.
Xarici iqtisadi əlaqələrin inkişafı istiqamətində atılan addımlar səmərəli nəticələrlə yadda qaldı
Uğurlu xarici siyasətin fonunda Xalq Cümhuriyyətinin səmərəli beynəlxalq iqtisadi əlaqələri də formalaşdırıldı. İlk növbədə, əmtəə mübadiləsi üçün uğurlu ikitərəfli və çoxtərəfli əlaqələr yaradıldı. Ərzaq Nazirliyi digər ölkə və vilayətlərdən ərzaq məhsullarının alınması və tədarükü üçün öz nümayəndələrini Ukraynaya və Kubana göndərməyi qərara aldı. Ərzaq Nazirliyinin nümayəndələri yerli ərzaq təşkilatları və kooperasiyalar ilə əmtəə mübadiləsinin yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə ezam edildilər, həmin ölkə və vilayətlərlə AXC arasında səmərəli və faydalı münasibətlər formalaşdı.
Əmtəə mübadiləsinin səmərəliliyini təmin etmək üçün müvafiq qərar və qanunlar da qəbul edildi. Belə ki, 23 iyun 1918-ci il tarixli qərar ilə əmtəə mübadiləsi bürosunun təşkil edilməsi ticarət və sənaye nazirinə tapşırıldı. Daha dəqiq desək, digər ölkə və regionlarla əmtəə mübadiləsinin təşkili, əmtəə mübadiləsinin norma və qaydalarının müəyyən edilməsi üzrə müvafiq qərarların qəbul edilməsi üzrə Ticarət və Sənaye Nazirliyi nəzdində "Xarici dövlət və qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi" təsis edildi. "Əmtəə mübadiləsi komitəsi" haqqında əsasnamə hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə təsdiq edildi. Ehtiyac duyulan məhsulların xarici ölkələrdən və qonşu vilayətlərdən idxal edilməsi, neft və neft məhsullarının isə həmin ölkə və vilayətlərə ixracına dair məsələlərlə "Əmtəə mübadiləsi komitəsi" məşğul olurdu. Komitədə əmtəə mallarının Azərbaycandan ixracı və Azərbaycana idxalı ilə bağlı ərizələrə baxılır və müvafiq qərarlar qəbul edilirdi. "Əmtəə mübadiləsi üzrə komitə"nin tərkibinə bir sıra hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən Ticarət, Sənaye və Ərzaq Nazirliyi, Maliyyə Nazirliyi, Əkinçilik və Dövlət Əmlakı, Rabitə Yolları, Dövlət Nəzarəti nazirliklərinin, eləcə də Neft Sənayeçilərinin Qurultay Şurasının və Bakı Şəhər İdarəsinin nümayəndələri daxil idi.
Bunlarla yanaşı, xarici dövlətlərlə əmtəə mübadiləsini qaydaya salmaq üçün ağır maliyyə vəziyyəti şəraitində 20 milyon manatlıq fond yaradıldı və hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyatlar üçün 10 milyon manat həcmində kredit buraxılması qərara alındı. Eyni zamanda, neft və neft məhsullarının satışı ilə əlaqədar xarici şirkətlərlə, xüsusən ingilis, italyan, amerikan şirkətləri ilə iqtisadi sazişlər, ticarət kontraktlarının bağlanması istiqamətində müəyyən addımlar atıldı.
Bütövlükdə, xarici iqtisadi əlaqələrin inkişafı istiqamətində atılan addımlar səmərəli nəticələrlə yadda qaldı. Xalq Cümhuriyyətinin beynəlxalq iqtisadi münasibətlərini tədqiq edən tarixçilər qeyd edirlər ki, xarici əlaqələr maliyyə və iqtisadi vəziyyətin yaxşılaşmasına xidmət etməklə yanaşı, ölkə daxilində islahatların aparılmasında mühüm rol oynayıb.
Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Eyni zamanda, ölkəmiz dünya iqtisadiyyatına uğurlu inteqrasiya olunur və yüksək beynəlxalq nüfuza malikdir. Başqa sözlə, Azərbaycanın inkişafı beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir.
Nəticə etibarilə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Azərbaycan heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Respublikamız xarici siyasi və iqtisadi əlaqələrini, müxtəlif sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü müəyyənləşdirir. Azərbaycan bir çox sahələri əhatə edən əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Azərbaycan reallaşdırılan bütün strateji əhəmiyyətli lahiyələrdə öz müstəqil siyasi iradəsi əsasında – milli mənafelərə müvafiq olaraq təmsil olunur və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər mütləq mənada Azərbaycanın maraqlarını nəzərə alırlar. Bütün bunların qanunauyğun nəticəsidir ki, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.
Nurlan QƏLƏNDƏRLİ
“Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

