Azərbaycan özünü dünyaya nəhəng ehtiyatlara malik qaz ölkəsi kimi təqdim edir
02.06.2018 [10:02]
Prezident İlham Əliyev: Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır
Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və istehlakçı ölkələrə çatdırılması üçün zəruri infrastruktur qurulması istiqamətində növbəti böyük uğura imza atılıb. Bu günlərdə Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, həmçinin Avropa İttifaqının yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Təxminən 3500 kilometr məsafədə uzanaraq açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Respublikamızın zəngin “Şahdəniz” yatağından çıxarılacaq “mavi yanacaq” bu kəmərlə daşınaraq regiondakı və Avropadakı istehlakçılara çatdırılacaq.
Azərbaycanın “Şahdəniz” yatağı Avropa üçün yeni və etibarlı enerji mənbəyidir
Məlum olduğu kimi, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Müstəqillik illərində respublikamızda Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının uğurla reallaşdırılması ölkəmizə böyük dividendlər qazandırır. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidməti idi. Çünki həmin dövrdə xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu.
Qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır”, - deyə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki nitqində qeyd edib.
“Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. 1996-cı il 4 iyun tarixində ARDNŞ və xarici neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz Perspektiv Sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) imzaladılar. Həmin ilin 4 oktyabr tarixində isə Azərbaycan Parlamenti HPBS-i ratifikasiya etdi. Ötən dövrdə layihənin icrası dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində uğurla davam edib. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə istismar quyuları qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. Nəzərdə tutulan işlər tamamlandıqdan sonra Səngəçal terminalı dünyanın ən iri və müasir terminallarından birinə çevrilib.
“Əsrin müqaviləsi”ndən sonra “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi də Azərbaycanın dünyaya qaz ölkəsi kimi təqdim edilməsi baxımından tarixi hadisə idi. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Avropanın getdikcə artan tələbatını ödəmək üçün yeni enerji mənbələri lazımdır. Azərbaycan isə “qoca qitə”nin bu ehtiyacını qarşılamağa qadir ölkədir. O dövrdə müxtəlif variantlar müzakirə edilirdi. Azərbaycan reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Bununla belə, ölkəmiz güclü siyasi iradə ortaya qoydu və yeni layihəyə tərəfdaşlar cəlb etməyə nail oldu. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat - strateji enerji əməkdaşlığına dair memorandum imzalayıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılıb. Prezident İlham Əliyev yeni dəhlizin yaradılması ilə bağlı ilk mərhələdə böyük işlər görüldüyünü xatırladıb. “Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP - Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi”.
Azərbaycanın qlobal inteqrasiya proseslərinə verdiyi töhfələr dünya birliyi tərəfindən rəğbətlə qarşılanır
Azərbaycan davamlı olaraq həyata keçirilən məqsədyönlü siyasət sayəsində getdikcə artan beynəlxalq əlaqələri çərçivəsində, bir qayda olaraq, ölkələr arasında münasibətlərin qarşılıqlı faydalılıq prinsipi əsasında möhkəmlənməsinə hesablanan əməkdaşlıq platformalarından çıxış edir. Bunun da sayəsində hazırda respublikamızın işğalçı Ermənistan istisna olmaqla, region dövlətləri və Avropa İttifaqı məkanına daxil olan əksər ölkələrlə yaxşı münasibətləri formalaşıb. Ölkəmiz, eyni zamanda, əksər nüfuzlu beynəlxalq təsisatların üzvüdür və həmin qurumlarda qərarların qəbul olunmasında daim konstruktiv mövqedən çıxış edir. Bir sözlə, Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir.
Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri də ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir. Bu baxımdan Cənub Qaz Dəhlizi də istisna deyil. Yeni dəhlizin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olmuşdur. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin formalaşdırıb. Avropa bazarının Azərbaycan üçün kifayət qədər əlverişli bazar olduğuna diqqət çəkən Prezident İlham Əliyev deyib: “Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır”.
Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradacaq. Rəsmi açılış mərasimində bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksəksəviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi Cənub Qaz Dəhlizi layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir.
Qeyd etmək xoşdur ki, Cənub Qaz Dəhlizi layihəsi yeni regional və beynəlxalq əməkdaşlıq formatı yaradıb. Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsinə güclü impuls verib. O cümlədən Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Avropa İttifaqı önəmli rol oynayıb. “Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Cənub Qaz Dəhlizi çərçivəsində formalaşan yeni əməkdaşlıq formatının daha da genişlənəcəyi gözlənilir. Hazırda Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər.
Bütün bu deyilənlər Azərbaycanın regional və qlobal əməkdaşlığın dərinləşməsində rolunun getdikcə artmasını təsdiqləyir. Müasir dünyanın reallıqları elədir ki, müxtəlif istiqamətləri əhatə edən inteqrasiya prosesləri olmadan gələcək uğurlu inkişafı təsəvvür etmək mümkün deyil. Bu mənada Azərbaycanın tutduğu mövqe, həyata keçirdiyi ardıcıl siyasət təqdirəlayiqdir və dünya birliyi tərəfindən rəğbətlə qarşılanır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

