Avropanın xilas planı: Ümidlər doğrulacaqmı?
30.08.2022 [10:44]
Əvvəli ötən sayımızda...
Mübariz ABDULLAYEV
Təxminən 6 aydır ki, davam edən və sonu görünməyən Rusiya-Ukrayna müharibəsindən ən çox təsirlənən məkanlardan və sahələrdən biri Avrozona və onun enerji sektorudur. Toqquşan geosiyasi maraqlar fonunda təchizatçıların və istehlakçıların enerji amilindən bir-birilərinə qarşı siyasi təzyiq aləti kimi istifadə etmələri hər iki tərəfin ziyanına işləyir. Avropa İttifaqı (Aİ) ölkələrinin ən böyük neft-qaz təchizatçılarından olan Rusiya ona qarşı tətbiq olunan və karbohidrogen resurslarının satışını da əhatə edən sanksiyalar səbəbindən böyük həcmlərdə enerji gəlirlərini itirir. Rusiya Avropada itirdiyi bazarı digər ünvanlarda, məsələn, Çində, Hindistanda tapmağa çalışır. Bu ölkə köhnə - yeni müştərilərinə neft və qazı daha ucuz satmaq məcburiyyətində qalsa da, artan həcmlər hesabına itkilərini kompensasiya edir. “Qoca qitə”yə gəldikdə isə...
“Qoca qitə”də kritik durum
İstehlak tələbinin kəsirlə qarşılandığı Avropada mənzərə fərqlidir. Müharibə başlayanadək gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. “Qoca qitə”nin neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. İşlək infrastruktur qurulmuşdu, qiymətlər də əlçatan idi. Statistik məlumatlara görə müharibədən əvvəlki mərhələdə Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə “qoca qitə”nin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. İndi bu ölkədən Aİ məkanına enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb.
Bütövlükdə “qoca qitə”nin təbii qaza illik tələbatı təxminən 400 milyard kubmetrə bərabərdir. Bu həcmdə istehlakın 90 faizi idxal hesabına qarşılanır. Yeni reallıqlar şəraitində bu həcmin yarıya qədərini itirmək təhlükəsi və yaxud başqa mənbələrdən əvəzləmək məcburiyyəti qarşısında qalan “qoca qitə”nin ağır durumunu təsəvvür etmək çətin deyil. Digər mənbələrdən enerji məhsullarının tədarükü ilə bağlı danışıqlar aparılsa da, bunun üçün zəruri infrastruktur qurulmalıdır. Uzaq mənbələrdən daşıma xərclərinin artması digər bir problemdir.
Avropa Komissiyasının “REPowerEU” planı
Avropa İttifaqının perspektiv hədəfi Rusiyadan qaz asılılığından tam xilas olmaqdır. Bu məqsədlə Avropa Komissiyası “REPowerEU” planını hazırlayıb. Təqdim olunan bu plan enerji keçidi yolu ilə “qoca qitə”nin özünü enerji mənbəyinə çevirmək konseptinə əsaslanır. Plana əsasən Rusiyadan qaz asılılığının aradan qaldırılması 5 istiqamətdə reallaşdırılacaq tədbirlər sayəsində mümkün ola bilər. Bunlardan birincisi, enerjiyə qənaətdir. Sənəddə vurğulandığı kimi, orta və uzunmüddətli dövrdə enerji səmərəliliyinin artırılması, o cümlədən yaşayış binalarının isitmə sistemlərinin səmərəliliyinin yüksəldilməsi və qısamüddətli dövrdə əhali və bizneslərin davranışlarını qənaət yönündə dəyişməsi ilə enerji istehlakının azaldılması mümkündür. Plandakı hesablamalara əsasən əhali tərəfindən evlərdə enerjiyə qənaət 2022-ci ildə 15.5 milyard m3 təbii qazı əvəz edə bilər.
Sənəddə enerji mənbələrinin diversifikasiyası mühüm məqsədlərdən biri kimi dəyərləndirilir. Burada Aİ-nin enerji platforması vasitəsilə enerji tələbatının strukturunun müəyyənləşdirilməsi, qaz idxalı, saxlanılması və ötürülməsi infrastrukturunun optimallaşdırılması, ölkələrin tələbatının könüllü əsasda birgə ödənilməsi, etibarlı təchizatçıların tapılması və onlarla uzunmüddətli müqavilələrin imzalanması məsələlərinin əlaqələndirilməsi, LNG ticarəti ilə bağlı məsləhətçi qrupun yaradılmasının aktuallığı önə çəkilib.
“Avropanın xilası planı” kimi səciyyələndirilən sənəddə bərpa olunan enerjiyə sürətli keçidin təmin olunması nəzərdə tutulub. Hesab olunur ki, enerji transformasiyası yanacaq idxalının azalmasına və qiymətlərin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bu məqsədlə hidrogen və biometan istehsalının artırılması, müəyyən kateqoriyalı binalarda Günəş enerjisi panellərinin quraşdırılması, külək enerjisi sektorunun rəqabət qabiliyyətinin artırılması, Günəş, külək və termal enerji texnologiyaları üzrə dəyər zəncirlərinin gücləndirilməsi, icazə sisteminin sadələşdirilməsi və digər tədbirlər nəzərdə tutulur. Plandakı hesablamalara əsasən külək və Günəş enerjisindən istifadənin artırılması 2022-ci ildə 20 milyard m3 təbii qazı əvəz edə bilər.
Avropa Komissiyasının “REPowerEU” planının digər bir istiqaməti- “ağıllı” investisiyalar istiqaməti kimi dəyərləndirilir. Planın 2027-ci ilədək icrası üçün tələb olunan 210 milyard avro həcmində əlavə investisiyalar ümumi maraqlara xidmət edən layihələrin tamamlanmasına və tələb olunan yeni infrastrukturun yaradılmasına istiqamətləndirilməlidir. Avropa Komissiyasının nəzərdə tutduğu investisiya layihələrinin siyahısına, həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi də daxildir. İnvestisiyaların “ağıllı” yönəldilməsi planlarına, həmçinin enerji qiymətlərinin volatilliyinin azaldılmasına, qiymətlərin nəzarətdə saxlanılmasına, aşağı gəlirli əhaliyə və kiçik bizneslərə dəstək üçün vəsaitlərin ayrılması daxildir.
Sənəddə, həmçinin qışa hazırlığn gücləndirilməsi müddəası yer alıb. Bildirilir ki, müəyyən olunmuş müddətədək qaz saxlancı anbarlarının doldurulması təmin edilməli, enerji ötürücü sistemi tam hazır vəziyyətə gətirilməli, Aİ dövlətləri arasında ikitərəfli həmrəylik sazişləri imzalanmalı və sair tədbirlər reallaşdırılmalıdır. Enerjiyə qənaət rejiminin gücləndirilməsi qışa hazırlıq tədbirləri sırasında mühüm məqsədlərdən biri kimi nəzərdə tutulub.
Suya düşən ümidlər
Geniş əhatə dairəsinə malik olan plandır. Bu plan Avropanı qışda soyuqdan və artan qiymətlərdən tam xilas edə biləcəkmi? Təəssüf ki, buna inam azdır. “REPowerEU” planı may ayında təqdim olunsa da, hələlik “qoca qitə”nin enerji probleminin hansısa bir miqyasda yumşaldığı hiss olunmur. Aİ məkanının ayrı-ayrı ölkələrindən gələn həyəcanlı xəbərlərdən bəlli olur ki, qışqabağı “qoca qitə”nin enerji təhlükəsizliyinə təhdidlər nəinki səngimir, hətta daha da kəskinləşir.
Avrozona ölkələri çətinliklə də olsa, yay aylarını başa vurdular. Burada əvvəlki dövrdə tədarük olunan ehtiyatlar da köməyə gəldi. Qarşıdan isə yanacağa tələbatın artacağı qış gəlir. Buna görə də “qoca qitə”də enerji həyəcanı hər ötən gün daha da artır. Qiymətlər də, necə deyərlər, ceyran belinə çıxıb. Baş tutan son hərraclarda qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 3 200 ABŞ dollarına yaxınlaşıb. Belə ki, 25 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 3 194,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 6,8% çoxdur. Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib. Belə görünür ki, qış öncəsi bu rekordun təzələnməsi tam realdır.
Avrozonada elektrik enerjisinin də qiymətlərində kəskin bahalaşma müşahidə edilir. “Nord Pool” elektrik enerjisi birjasının məlumatlarına görə, bir sıra Avropa İttifaqı ölkələrində elektrik enerjisinin qiyməti 26 avqust tarixi üçün çatdırma şərti ilə bir MVt/saat üçün 700 avronu ötüb. O cümlədən Avstriyada qiymət bir MVt/saat üçün 707,23 avroya, Fransada - 706,32 avroya, Belçikada - 700,41 avroya çatıb, Almaniya, Niderland və Danimarkada isə 690 avronu üstələyib. Halbuki, cəmi bir neçə gün bundan əvvəl bu ölkələrdə elektrik enerjisinin orta qiyməti 630 avronu ötmürdü.
Avropanın digər ölkələrində də vəziyyət ürəkaçan deyil. Birləşmiş Krallığın elektrik enerjisi və qaz bazarlarının idarəçiliyini həyata keçirən qurum- Ofgem həyəcan təbili çalır. Bildirilir ki, oktyabr ayından etibarən Böyük Britaniyada elektrik enerjisinin qiyməti təxminən 80 faiz artaraq rekord səviyyəyə çatacaq. Bunun da nəticəsində ölkədə orta statistik təsərrüfatların illik xərcləri indiki vəziyyətlə müqayisədə 1578 fundan çox (1,86 min dollar) artacaq. Ekspertlər hesab edirlər ki, bu, son hədd deyil və qiymətlər 2023-cü ilin aprelinədək daha da yüksələcək. Ofgem belə alınacaqlı durumun yaranmasının günahını qaz təchizatını “asta-asta və məqsədyönlü şəkildə azaldan” Rusiyada görür.
“Hökumət tədbirlər görməsə, milyonlarla britaniyalının bu qışda istilik, qida əldə etməyə imkanı olmayacaq”. Rusiya mətbuatında dərc olunan məlumata görə bu barədə Londonun meri Sadiq Xan bildirib. “Bu, baş verməməlidir. Hökumət müdaxilə etməlidir ki, insanlar əsas ehtiyaclarını ödəyə bilsinlər”, - deyə Sadiq Xan vurğulayıb.
Bolqarıstan enerji böhranını özünəməxsus şəkildə keçirir. Bu ölkədə insanlar çətin durumda qalıblar. Məsələ burasındadır ki, qaz istehlakı yüksək qiymətlər səbəbindən aşağı düşüb. Ancaq bu, istehlakçılar üçün heç də yaxşı hal kimi dəyərləndirilmir. Çünki onlar nə qədər qaz işlədəcəkləri barədə öhdəlik götürüblər və bu müqavilələrlə rəsmiləşdirilib. Buna görə də büdcələrinə qənaət məqsədilə “mavi yanacaq”dan az istifadə etmək məcburiyyətində qalan istehlakçılar cərimələnə bilərlər. Bu barədə “Bolqarıstan radiosu” məlumat yayıb. “Bizdə qaz qıtlığı yoxdur. Problem ödəniş qiymətlərindədir”, - deyə Bolqarıstan Qaz Assosiasiyasının təmsilçisi Kiril Temelkov bildirib. O əlavə edib ki, ölkədə qaz istehlakının 15 faizədək azalması hər necə də olsa, baş verəcək. Çünki bu, Avropa Komissiyasının tələbidir. O da bildirilir ki, yaranan çətinliklər fonunda Bolqarıstan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə bu ölkəyə “mavi yanacaq” təchizatını bərpa etməklə bağlı danışıqlar aparmaq niyyətindədir.
Bütün bunlar “REPowerEU” planının Avropanı qışda soyuqdan qorumayacağı qənaətini möhkəmləndirir. Ekspertlər və şərhçilər acınacaqlı proqnozlar səsləndirirlər. Məsələn, nüfuzlu The Hill nəşrində dərc olunan təhlildə bildir?lir ki, Avropa Komissiyasının “yaşıl enerji”yə meyillənməsi qışda yüz minlərlə insanın həyatla vidalaşmasına gətirib çıxarda bilər. Hələlik tunelin ucunda işıq görünmür. Belə çıxır ki, “qoca qitə” enerji asılılığından qurtarmaq üçün hələ uzun yol qət eməli və çox gözləməlidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

