Transxəzər layihəsi: Onu kim maliyyələşdirəcək?
25.07.2023 [10:52]
Dünyada enerji resursları ilə zəngin olan ölkələrin sayı çoxdur. Bununla belə, həmin ölkələrin heç də hamısı öz resurslarını optimal marşrutlarla xarici bazarlara çıxara bilmirlər. Buna görə də zaman-zaman yeni nəql marşrutlarının yaradılması ilə bağlı fikirlər səsləndirilir. Məsələn, uzun müddətdir ki, Xəzərin Şərq sahillərində yerləşən ölkələrin qaz ehtiyatlarının ixracı üçün Transxəzər Qaz Boru Kəmərinin inşası ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılır. Bununla belə, bəhs olunan ideya hələlik müzakirələr səviyyəsində qalmaqdadır və bu nəql marşrutunun yaradılması istiqamətində praktiki müstəvidə hansısa bir layihənin icrasına start verilməyib.
Azərbaycan Transxəzər layihəsini dəstəkləsə də...
Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan Transxəzər Qaz Boru Kəməri layihəsində Azərbaycan da mühüm məntəqələrdən biri kimi müəyyənləşdirilib. Belə ki, Xəzərdən sonra bəhs olunan marşrutun quru hissəsinin respublikamızın ərazisindən keçirilməsi planlaşdırılır. Prinsip etibarı ilə respublikamız bu layihəyə etiraz etmir və onun reallaşdırılmasına siyasi dəstək verir. Prezident İlham Əliyev ölkəmizin Transxəzər layihəsinə müsbət yanaşdığını müxtəlif auditoriyalarda dəfələrlə diqqətə çatdırıb. Dövlətimizin başçısı bu xüsusda növbəti dəfə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilmiş Şuşa Qlobal Media Forumunun açılış mərasimində danışıb. “O ki qaldı, Transxəzər layihəsinə, bu layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Eyni zamanda, Prezident İlham Əliyev respublikamızın indiyədək reallaşdırılmasına nail olduğu layihələrdən bəhs edib. Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkələrin resurslarına əsaslansın. Məsələn, Cənub Qaz Dəhlizi. “Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Bizim, sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ümidvaram ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”, - deyə dövlətimizin başçısı bildirib.
Cənub Qaz Dəhlizinin resurs mənbəyi qismində məhz Azərbaycan qazı çıxış edir. Qeyd edək ki, respublikamızın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Hələlik “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bununla belə, respublikamız Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyir. Bir qədər bundan əvvəl respublikamızda ən azı 300 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz yatağının ilk mərhələdə istismarına başlanıb. Buradakı ilk quyu “Şahdəniz”dəki bütün quyulardan daha məhsuldardır. Ölkəmizin istehsal və ixrac həcmlərini artıracağının anonsunu edən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan daha çox qaz istehsal edəcək və hər yeni il əvvəlki ildən daha çox istehsal edir. Məsələn,
2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır və cari ildə 24 olacaq”.
Hazırda Azərbaycan qaz istehsalının artmasına uyğun olaraq üç il bundan əvvəl inşa edilən Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə məşğuldur. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, genişləndirmə layihəsinə uyğun olaraq onun ötürücülük imkanları 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP-ın isə ötürücülük imkanları 16 milyard kubmetrdən 32 milyard kubmetrə çatdırılacaq.
Çağırışlar dəyişib
Hazırda investorlar neft-qaz sənayesinə böyük həcmlərdə sərmayələr yönəltməyə az maraq göstərirlər. Buna səbəb qlobal səviyyədə çağırışların dəyişməsidir. Cənub Qaz Dəhlizinin inşasında Azərbaycan layihə ətrafında vahid komanda formalaşdırmağa nail oldu. Belə ki, ölkəmiz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya
İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etdi. İndiki dönəmdə isə qlobal çağırışlar “yaşıl enerji” ilə bağlıdır. Avropanın gələcək planlarında təmiz enerjiyə keçid prioritet kimi müəyyənləşdirilib. Bu kimi reallıqlar fonunda sual yaranır: Transxəzər layihəsini kim maliyyələşdirəcək? “Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda, biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

