Sərt pul siyasəti: Qlobal inflyasiyanı cilovlamaq mümkün olacaqmı?
06.09.2023 [10:20]
Manatı heç bir təhlükə gözləmir
Ölkələrin mərkəzi bankları yaranan çağırışlara uyğun olaraq pul siyasətlərində zaman-zaman korrektələr edirlər . Bu zaman qlobal trendlər və ölkələrin hədəfləri əsas götürülərək pul siyasəti ya sərtləşdirilir, ya da ki, yumşaldılır. Əlbəttə ki, iqtisadi və maliyyə imkanları nəzərə alınmaqla. Son illərdə biz dünya üzrə pul siyasətinin sərtləşdirilməsi siyasətinə üstünlük verildiyinin şahidi oluruq. ABŞ, Qərb ölkələri, bizim regiona yaxın olan Türkiyə, Rusiya, həmçinin Azərbaycan bu istiqamətdə milli valyutalarının uçot dərəcəsinin artırılması ilə bağlı ardıcıl qərarlar veriblər.
Sərt pul siyasətini diqtə edən şərtlər
Ölkələrin sərt pul siyasətinə keçid etmələri təsadüfi xarakter daşımır, bunu diqtə edən bir sıra şərtlər var. Burada ilk növbədə qlobal iqtisadiyyat üçün ağır şərtlərin yaratdığı heç də münbit olmayan reallığı qeyd etmək lazımdır. Pandemiya şəraitində baş qaldıran böhrandan sonra qlobal iqtisadiyyat üçün şərtlər Rusiya-Ukrayna müharibəsi səbəbindən daha da ağırlaşdı. Bu reallıqdan çıxış edən analitiklər ötən ildəki arzuolunmaz iqtisadi proseslərin yaxın perspektivdə də səngiməyəcəyini bildirirlər. Hələlik ölkələrarası təchizat-satış zəncirində yaranan çətinliklər fonunda qlobal iqtisadiyyatın böyüməsi üçün münbit şəraitin yarandığı fikrini ifadə etmək mümkün deyil.
Arzuolunmaz iqtisadi şərtlər öz növbəsində yüksək inflyasiyanı diqtə edir. Rusiya-Ukrayna müharibəsinin başlaması dünya fyuçers bazarında neftin və digər enerji məhsullarının, bunun ardınca gündəlik tələbat mallarının, xidmətlərin qiymətini qaldıran əsas amil qismində çıxış edib. Neftin qiyməti 2022-ci ildə orta hesabla 1 barel üçün 110 dolların üzərində oldu. Bu vəziyyət neft ixrac edən ölkələrin iqtisadiyyatları üçün müsbət hal olsa da, neft idxal edən Qərb ölkələri üçün mənfi hala yol açdı. Belə ki, neft-qaz qiymətlərinin 2022-ci ildə artması Avropa İttifaqı ilə ABŞ-da son 40 ilin ən böyük inflyasiyasına səbəb oldu.
Belə bir şəraitdə ölkələr sərt pul siyasətinə keçid etməyə qərar veriblər. ABŞ və digər ölkələrin mərkəzi bankları inflyasiyanı cilovlamaq məqsədilə sərt pul siyasətinə keçid etdiklərini bildirirlər. Bunun fəlsəfəsi belədir: Valyutalar bahalaşdıqca alıcılıq qabiliyyəti aşağı düşür, mal və xidmətlərə tələbat azalır və prosesin məntiqi nəticəsi olaraq əmtəələrə yüksək qiymətlərin tətbiqi mümkünsüz hala gəlir. Qeyd olunanların təsdiqi olaraq bildirək ki, ABŞ əsas uçot dərəcəsini 0,25 faizdən - 5,25 faizə, Avropa İttifaqı isə 0 faizdən 4,25 faizə qədər artırıb. FED-in rəhbəri Jerome Paullein keçən həftədəki çıxışı onu göstərdi ki, ABŞ inflyasiya hədəflənən 2 faizlik səviyyəsinə enməyənə qədər uçot dərəcəsinin qaldırılması siyasətinə, yəni daraldıcı monetar siyasətə sadiqdir. Eyni zamanda, dünyanın ikinci böyük iqtisadiyyatı olan Çinlə bağlı xəbərlər ürəkaçan olmadığına görə rəsmi Pekin də uçot dərəcəsini artırıb. Bu tədbirlər ölkələrin iqtisadiyyatlarında resessiya riskini artırsa da, onlar hələlik bu tədbirləri yeganə çıxış yolu kimi görürlərər
Qonşu ölkələrdə vəziyyət
Oxşar tədbirlər, həmçinin qonşu Türkiyədə, Rusiyada və digər ölkələrdə də alınıb. Dünyada və ölkədə baş verən hadisələr fonunda Türkiyədə inflyasiyanın yüksək dinamika ilə artımı müşahidə olunur. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına əsasən, iyul ayında ölkədə inflyasiya 47,83%-ə kimi artıb. İyun ayında isə bu rəqəm 38,21% təşkil etmişdi.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının bazar iştirakçıları arasında keçirdiyi sorğuda inflyasiya proqnozları daha da yüksəlib. 2023-cü ilin avqust ayı üzrə Bazar İştirakçılarının Sorğusunda sualları real sektor, maliyyə sektorunun nümayəndələrindən və peşəkarlardan ibarət 40 iştirakçı cavablandırıb. Bildirilir ki, iştirakçıların cari ilin sonuna istehlak inflyasiyası üzrə proqnozu 59,46 faiz olub. Əvvəlki sorğuda proqnoz 43,82 faiz idi. Eləcə də, 12 aylıq inflyasiya gözləntisi əvvəlki sorğuda 33,21 faiz idisə, bu sorğuda 42,01 faizədək atıb. İnflyasiyanın belə artımı əhalinin gəlirlərinə böyük zərbədir. Izlənilən proseslər fonunda əməkhaqqı artımlarının səmərəsi hiss olunmur. Qardaş Türkiyədə ölkədə baş verən proseslər nəzərə alınmaqla sərt pul siyasəti davam etdirilir. Bir qədər bundan əvvəl Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb. Xatırladaq ki, TCMB-nin yeni heyəti iyun ayında işə başlayanda ölkədə uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi. Qardaş ölkədə uçot dərəcəsi əvvəlcə 15 faizə yüksəldildi, iyulun 20-də isə lirənin uçot dərəcəsi 17,5 faizə çatdırıldı.
Qonşu Rusiyada da bəlli səbəblərə görə rubl 2023-cü ilin əvvəlindən bəri 35 faizə yaxın ucuzlaşıb. Bu o deməkdir ki, bu il rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin 1/3-dən çoxunu itirib. Rublun ucuzlaşmasına qarşı Rusiya Mərkəzi Bankından fövqəladə tədbirlər görülüb. Belə ki, bank uçot dərəcəsini 8,50 faizdən 12 faizə qaldırıb. Bununla bağlı qətnamənin mətnində təcili faiz artımının qiymət sabitliyi risklərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.
Bununla belə, Rusiya qısa müddətdə Qərb bazarlarını uzaq Şərq bazarları ilə, yəni Hindistan və Çin bazarları ilə kompensasiya etməyi bacarıb. Verilən məlumatlara görə, 14 ayda - 2022-ci ilin fevralından 2023-cü ilin martına qədər Çinin Rusiya bank sektorunda payı dörd dəfə artıb. Rusiya banklarının əsas kreditorları Çin Sənaye və Kommersiya Bankı, Çin Bankı, Çin İnşaat Bankı və Çin Kənd Təsərrüfatı Bankıdır. Ötən ilin fevralından bu ilin martına qədər onlar Rusiyadakı aktivlərini 2,2 milyard dollardan 9,7 milyard dollara qədər artırıblar. Çin banklarının bu fəliyyəti Pekinin yuanı dollara alternativ qlobal valyuta kimi təşviq etmək səylərinin bir hissəsi kimi dəyərləndirilir. 2022-ci ilin sonunda Çin və Rusiya arasında yuanla ticarətin həcmi rekord həddə çatıb və 185 milyard dollar təşkil edib.
Eyni zamanda, Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2023-cü ilin birinci yarısında 2,9 dəfə artaraq 33,5 milyard dollar təşkil edib. Bəhs olunan dövrdə Hindistanın Rusiyadan idxalı 3 dəfə artaraq 31,5 milyard dollara, Rusiyanın Hindistandan idxalı isə 1,7 dəfə artaraq 1,9 milyard dollara çatıb. Göründüyü kimi, qonşu ölkə Qərbdən gələn sərt sanksiyaların mənfi təsirlərini azaltmaq üçün ticarət trayektoriyasında korrektələr edir, həmçinin pul siyasətini sərtləşdirir. Bütün bunların qonşu ölkədə inflyasiyanı cilovlayacağını və rublu xilas edəcəyini söyləmək isə hələ tezdir.
Manatı nə gözləyir?
Müşahidə edilən proseslər fonunda hazırda dünya bazarlarında ABŞ dollarının demək olar ki, əsas valyutalara nəzərən bahalaşması müşahidə olunur. Belə bir şəraitdə manatı hansı perspektivlər gözləyir? İqtisadçı-ekspert Samir Heydərov KİV-ə açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin 0,25 faiz bənd artırılaraq 8,75 faizdən 9 faizə çatdırılması barədə qərar qəbul edib. Onun sözlərinə görə, Azərbaycanda tənzimlənən üzən məzənnə sistemi qüvvədə olduğundan ABŞ dollarının məzənnəsi manata nəzərən Mərkəzi Bank tərəfindən nəzarətdədir. Manatın dollar qarşısında mövqeyi sabitdir. Makroiqtisadi göstəricilər də buna uyğundur.
Samir Heydərov qeyd edib ki, 2022-ci ildə dünya bazarında Azərbaycan neftinin orta qiymətinin 1 barel üçün 110 dolların üzərində olması və 2023-cü ilin ilk 6 ayında tədiyyə balansının 10 milyard ABŞ dollarına qədər profisit göstərməsi deməyə əsas verir ki, manat üçün heç bir təhlükə yoxdur.
Ölkədə pul bazasında azalma tendensiyası
“Azərbaycanda pul bazası son 2 ayda azalmaqda davam edib. Belə ki, bu il iyun ayının sonlarında ölkədə 18 milyard 401 milyon manat pul bazası qeydə alınsa da, bu göstərici 31 iyul tarixinə 18 milyard 262 milyon, avqustun son gününə isə 18 milyard 116 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda pul bazası 285 milyon manat kiçilib. Bununla belə, son azalmalara baxmayaraq, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3,8 faiz artıb”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov ifadə edib. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Vüqar Bayramov bildirib ki, pul bazasının kiçilməsinin inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə əlaqədar olduğu güman edilir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. Milli Məclisin deputatı o qənaətdədir ki, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. “Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu baxımdan, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir”, - deyə Vüqar Bayramov bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37

Xəbər lenti
25 Sentyabr 12:35
