Azərbaycana artan inam
07.09.2023 [10:37]
Bakıda “Black and Caspian Freight” beynəlxalq forumu keçiriləcək
Respublikamızın paytaxtı Bakı daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Sentyabrın 20-21-də Bakıda “Black and Caspian Freight” forumu keçiriləcək. “Azerbaijan Maritime, Engineering and Construction” (AMEC) şirkəti həmin forumun baş partnyorudur. AMEC MMC dəniz, gəmiçilik, neft-qaz və bərpa olunan enerji sektorlar sahəsində bütün növ gəmi yoxlamaları, icarəsi, su altının qazılaraq dərinləşdirilməsi, neft və qaz boru xətlərinin çəkilməsi, sərnişin, yük terminallarının dizaynının verilməsi və tikilməsi, gəmilər üçün körpülərin, dayanacaq yerlərinin tikilməsi və s. xidmətləri göstərən beynəlxalq standartlara uyğun şirkətdir. Qurum 2014-cü ildə təsis edilib və qısa müddətdə uğurlu fəaliyyəti ilə böyük inam qazanıb. Bunu AMEC-in xarici tərəfdaşlarla əlaqələrinin genişlənməsi və beynəlxalq səviyyədə tanınan bir şirkətə çevrilməsi də təsdiqləyir.
Beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan
Son illərdə respublikamızda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu tədbirlərdə Azərbaycan bir qayda olaraq özünün yüksək standartlarını müəyyənləşdirir. Sonradan isə bizim milli standartlarımız beynəlxalq səviyyədə də təqdir edilərək qəbul olunur. Belə tədbirlərin təşkil olunmasının və keçirilməsinin Azərbaycana həvalə olunması dünyada ölkəmizə artan inamın ifadəsidir.
Nəqliyyat-kommunikasiya seqmenti üzrə Bakıda “Black and Caspian Freight” beynəlxalq forumunun keçirilməsi də təsadüfi deyil. Respublikamız əlverişli coğrafi mövqeyindən istifadə etməklə Avrasiyada nəqliyyat habına çevrilməyi hədəfləyib və öz hədəfinə doğru inamlı addımlar atır. Hazırda Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi prosesi aşağıdakı mühüm istiqamətlər üzrə gedir:
- Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionlarının arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafı,
- Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin inkişafı,
- Şimal-Cənub nəqliyyat dəhlizinin funksionallığının genişləndirilməsi,
- Böyük İpək Yolu üzrə tranzit yüklərin cəlb edilməsi,
- Logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşağa çevrilməsi,
- Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılması,
- Müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi,
- Yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət,
- Çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması,
-Ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər boyunca regionlarda biznes fəaliyyətinin genişləndirilməsi,
-Beynəlxalq dəhlizlər üzərində azad iqtisadi zonaların yaradılması və s.
Azərbaycanın nəqliyyat-logistika sahəsində müəyyənləşdirdiyi hədəflərlə “Black and Caspian Freight” forumunda müzakirəyə çıxarılan məsələlər bir növ adekvatlıq təşkil edir. Respublikamızın milli səviyyədə reallaşdırdığı fəaliyyət eyni zamanda regional və qlobal önəm daşıyır. Buna görə də forumun təşkilatçıları onun Bakıda keçirilməsinə məmnuniyyətlə razılıq veriblər.
Qeyd edək ki, forum keçən il sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində baş tutub. “Azerbaijan Maritime Engineering and Construction” şirkətin direktoru Rəşad Şəkərovun da qatıldığı tədbirdə Xəzər və Qara dəniz ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərinin və marşrutlarının, logistika infrastrukturunun inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsinin və ticarətinin sadələşdirilməsi, rəqəmsallaşdırılması, “Bir Pəncərə” mexanizminin yaradılması və s. kimi mövzular müzakirə olunub. “Artıq forumun gedişatında qərara aldım ki, növbəti il bu forumu mütləq Azərbaycanda təşkil edək. Çünki tarixən İpək Yolunun keçdiyi Azərbaycan ərazisi Avropa və Asiyanın ən ucqar ölkələrini birləşdirən, strateji iqtisadi-ticari dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müstəqilliyimizi bərpa etdikdən sonra qısa zaman ərzində Azərbaycanda nəqliyyat infrastrukturu daha da inkişaf etdirilərək dəniz, quru və dəmir yolu nəqliyyatına böyük investisiyalar yatırıldı. Bütün bunları nəzərə alaraq, forumun təşkilatçılarına müraciət etdim və onlar böyük məmnuniyyətlə buna razı oldular. Ölkəyə qayıtdıqdan sonra forumun Bakıda keçirilməsi və səmərəli olması üçün bütün komandamla çalışdıq. Nəticə etibarilə, bu ay “Four Season” otelində həmin forum keçiriləcək”, - deyə Rəşad Şəkərov KİV-ə açıqlamasında bildirib.
Ölkəmizin müsbət reallıqları
Nəqliyyat-kommunikasiya sahəsində beynəlxalq tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsində ölkəmizin müsbət reallıqları həlledici amil qismində çıxış edir. Xoş qonşuluq siyasəti tranzit daşımalarının genişləndirilməsi üçün əsas şərtlərdən biridir. Prezident İlham Əliyev dəfələrlə əsaslandırıb ki, qonşularla yaxşı münasibətlər qurmadan bu sahədə uğur qazanmaq mümkün deyil. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız 30 illik müstəqillik tarixində Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bir sıra enerji və nəqliyyat layihələri ölkəmizin mənafeyinə xidmət etməklə yanaşı, həm də regional və qlobal əhəmiyyət daşıyır. Ölkəmiz bu layihələri əsasən qonşu dövlətlərlə sıx əməkdaşlıq şəraitində reallaşdırmağa nail olub. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz və xalqımız belə yüksəksəviyyəli qonşuluq münasibətlərindən məmnundur və bununla qürur duyur.
Digər bir mühüm amil Azərbaycanın qısa müddətdə ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə müasir infrastruktur qurmağa nail olmasıdır. Son illərdə respublikamız nəqliyyat-logistika infrastrukturu quruculuğuna böyük həcmlərdə investisiyalar yönəldir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bunlar ölkəmizin gələcəyinə yönəldilən investisiyalardır. Ölkə ərazisində avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması ilə paralel şəkildə, digər istiqamətlərdə də yeni layihələr reallaşdırılır. Son vaxtlaradək Azərbaycanda 6 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərirdi. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçın rayonunun ərazisində intensiv şəkildə davam etdirilir.
Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər. Hazırda BTQ-nin və Bakı Beynəlxalq Ticarət Limanının genişləndirilməsi layihələri uğurla davam etdirilir. Yaradılan yüksək səviyyəli infrastruktur yüklərin Azərbaycan ərazisindən təyinat yerinə tez və rahat çatdırılmasını təmin edir.
Şaxələnən beynəlxalq dəhlizlər
Müxtəlif istiqamətlərdə uzanan və bir-biri ilə inteqrasiya olunan dəhlizlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Qədim İpək yolu marşrutu üzrə uzanan Şərq-Qərb dəhlizi ənənəvi marşrutdur. Mərkəzi Asiyadan gələn yüklər bu marşrutla daşınır. Dünya nəhəngi Çin də bu marşrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub marşrutu isə son dövrlərdə formalaşıb. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb.
Azərbaycan həmçinin ölkə ərazisindən keçən və son vaxtlarda aktuallığı daha da artan Orta Dəhlizin inkişafına da böyük töhfələr verir. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Azərbaycandan keçəcək daha bir tranzit marşrutu isə Zəngəzur dəhlizi olacaq. Ölkəmizin Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində yaranan yeni reallıqlar Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizi” kimi adlandırdığı və bütün dünyanın belə qəbul etdiyi yeni nəqliyyat arteriyasının açılmasını zərurətə çevirib. Respublikamız postmüharibə mərhələsində bu dəhlizin yaradılması istiqamətində fəal çalışmalar həyata keçirir.
Azərbaycan artıq Qara dənizdə də var
Qısa müstəqillik tarixində Azərbaycanın Xəzərdə ən böyük gəmiçilik donanması yaratması qürurverici faktdır. Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 165 illik yubileyi, eləcə də qapalı səhmdar cəmiyyəti kimi fəaliyyətinin 10 illiyi tamam olur. Ötən 10 ildə müasir çağırışlara cavab vermək imkanına malik olan və səmərəli fəaliyyət göstərən rentabelli kommersiya qurumunun yaradılması istiqamətində böyük həcmli işlər görülüb. Bəhs olunan dövrdə donanmamız beynəlxalq tələblərə cavab verən müasir gəmilərlə davamlı yenilənib, Azərbaycan gəmiçiliyinin Xəzər dənizində mövqeyi daha da gücləndirilib. Paralel şəkildə gəmiçilik Xəzərdən kənar sularda da fəaliyyətini genişləndirir. Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bundan məmnunluğunu ifadə edərək vurğulayıb: “Onu da bildirməliyəm ki, bu yaxınlarda biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik, ilk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində, mənim göstərişimlə həll olunub. Tankerlərə də “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib.
Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Biz onsuz da var idik. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Lazım olarsa, onların sayını biz artıra bilərik”.
Forumdan gözləntilər
Bəs Bakıda təşkil olunacaq beynəlxalq forumdan gözləntilər hansılardır? Bu suala cavab verərkən ilk növbədə hazırda Avrasiya coğrafiyasında müşahidə edilən geosiyasi prosesləri nəzərə almaq lazımdır. Tədbirin baş partnyoru qismində çıxış edən “Azerbaijan Maritime Engineering and Construction” şirkətinin rəsmisinin bildirdiyi kimi, indiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra nəqliyyat marşrutları üçün ciddi təhdidlər yaranıb. Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və demək olar ki, onların fəaliyyəti dayandırılıb. Belə bir şəraitdə beynəlxalq “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından əhəmiyyəti daha da yüksəlib. Forumda da müxtəlif ölkələrdən nümayəndələr iştirak edəcək, yerli şirkətlərlə tanışlıq olacaq, əlaqələr genişlənəcək, bir sıra beynəlxalq layihələr müzakirə ediləcək ki, bütün bunlar da ölkəmizin imkanlarının təqdim edilməsi baxımından çox vacibdir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37

Xəbər lenti
25 Sentyabr 12:35

Xəbər lenti
25 Sentyabr 12:23

Xəbər lenti
25 Sentyabr 11:56

Xəbər lenti
25 Sentyabr 11:36
