Ortaq yaşıl gələcək naminə...
08.09.2023 [10:40]
Bu günlərdə dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında Beynəlxalq Enerji Keçidi Forumu keçirilib. Bütün dünya üçün son dərəcə həssas olan məsələ ətrafında aktual diskussiyaların aparıldığı tədbirə Azərbaycanın energetika naziri Pərviz Şahbazov onlayn formatda qatılıb. Forumun açılış mərasimində çıxış edən nazir enerji keçidinin həyata keçirilməsində siyasi qərarlar qədər iqtisadi və texnoloji reallıqların da mühüm amillərdən olduğunu vurğulayıb. Bildirilib ki, hazırkı keçidin məqsədi qısa müddət ərzində dünya iqtisadiyyatının enerji əsaslarını tamamilə dəyişdirməkdir: “Halbuki ilk enerji böhranı göstərdi ki, istənilən uğurlu enerji keçidi enerji trilemmasının təhlükəsizlik, əlçatanlıq və davamlılıqdan ibarət hər üç elementini nəzərə almalıdır. Enerji keçidini sürətləndirməklə yanaşı, mövcud enerji sisteminə investisiyalara, aydın baxış və möhkəm əməkdaşlığa ehtiyacımız var. Ətraf mühitin mühafizəsini və enerji təhlükəsizliyini təmin edə biləcək ədalətli və inklüziv enerji keçidini dəstəkləməliyik”, - deyə energetika naziri vurğulayıb.
Qlobal çağırışlar
Çində enerji keçidi ilə bağlı beynəlxalq tədbirin keçirilməsi son dövrlərdə yaranan qlobal çağırışların aktuallığının artması ilə bağlıdır. Verilən statistikaya görə, hər il dünyanın neft hasil olunan ərazilərində 150 mlrd. kubmetr səmt qazı yandırılır. Bu, atmosferə 300 mln. tondan çox CO2 qazının emissiyası deməkdir. Mütəxəssislər belə bir qənaəti bölüşürlər ki, əgər qlobal miqyasda yandırılan bütün qaz elektrik enerjisi istehsalına sərf olunsaydı, 750 mlrd. kilovat saat elektrik enerjisi yaranardı ki, bu da Afrika qitəsinin birillik tələbatına bərabərdir. 2100-cü ilə qədər edilən proqnozlar göstərir ki, orta temperatur yüksələcək, isti dalğaları geniş vüsət alacaq, meşə yanğını riskləri artacaq, yağıntılar azalacaq, balanssız yağıntılar səbəbindən daşqınlar artacaq - bir sözlə, qarşımızda bu günə qədər olmayan bir çox problemlərlə üzləşəcəyik. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Çox doğru olaraq bu tendensiya qlobal miqyasda sənaye inkişafının genişlənməsi ilə əlaqələndirilir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq
Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.
Beləliklə, antropogen fəaliyyət nəticəsində atmosferin çirklənməsi, iqlim dəyişikliklərinin sürətlənməsi artıq qlobal təhdidə çevrilib. Əlbəttə, mənfi tendensiyanın qarşısını tam şəkildə almaq çətin görünür, ancaq qlobal həmrəyliyi gücləndirməklə, dövlətlər arasında fəaliyyəti uzlaşdırmaqla prosesi zəiflətmək və ümumi gələcəyimiz naminə daha təsirli tədbirlər görmək mümkündür. BMT-nin əsas məqsədi bütün dünya dövlətlərinin diqqətini bu problemə cəlb etmək, planetin havasının keyfiyyətini yaxşılaşdırmaq üçün müəssisələrdən və nəqliyyatdan atmosferə atılan zərərli emissiyaların azaldılmasına nail olmaqdır. Yer atmosferinin keyfiyyətinin yaxşılaşdırılması uğrunda mübarizədə yalnız kompleks yanaşma və bütün ölkələrin hökumətlərinin birgə səyləri səmərəli nəticələr verə bilər. Çində baş tutan beynəlxalq forum da bu istiqamətdə atılan növbəti bir addımdır.
Dünyada “yaşıl enerji” dövrü
Qlobal miqyasda baş verən intensiv texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti, BMT tərəfindən bəyan olunan sıfır emissiyasız iqtisadiyyat quruculuğuna keçid hədəfi yeni qlobal çağırışlar yaradıb. Bu çağırışlardan biri də bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılması ilə bağlıdır. Deyə bilərik ki, qlobal iqtisadiyyatda yeni mərhələ - “yaşıl enerji” dövrü öz yerini möhkəmlətməkdədir. Ekspertlərin bildirdiklərinə görə, alternativ mənbələrdən enerji istehsalı növbəti beş ildə 50 faiz artaraq 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında gözlənilir - müvafiq olaraq 60 və 30 faiz səviyyəsində.
Təmiz enerjiyə sürətli keçid zərurəti Avropa İttifaqının hazırladığı “REPowerEU” planında da öz əksini tapıb. “Qoca qitə”nin xilas planı kimi səciyyələndirilən bu sənəddə bərpaolunan enerjiyə sürətli keçidin təmin olunması nəzərdə tutulub. Hesab olunur ki, enerji transformasiyası yanacaq idxalının azalmasına və qiymətlərin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bu məqsədlə hidrogen və biometan istehsalının artırılması, müəyyən kateqoriyalı binalarda Günəş enerjisi panellərinin quraşdırılması, külək enerjisi sektorunun rəqabət qabiliyyətinin artırılması, Günəş, külək və termal enerji texnologiyaları üzrə dəyər zəncirlərinin gücləndirilməsi, icazə sisteminin sadələşdirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Azərbaycanın gündəliyində dayanan vacib məsələ
Azərbaycan da qlobal çağırışlara qoşularaq neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə beynəlxalq tərəfdaşlığa öz töhfələrini verir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib.
Eyni zamanda, enerji transformasiyası da Azərbaycanın gündəliyinə dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir.
Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək olan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir. Potensial var və son illər də Azərbaycan bu sahədə istehsal gücünü genişləndirməyə çalışır.
Genişlənən beynəlxalq əməkdaşlıq
Quruda və dənizdə güclü bərpaolunan enerji potensialına malik olan Azərbaycan “yaşıl enerji” üzrə beynəlxalq əməkdaşlığını da getdikcə genişləndirir. Hazırda xarici investisiyaların cəlb olunması ilə Abşeronda və işğaldan azad edilmiş ərazilərdə bir neçə yeni külək və günəş elektrik stansiyası yaradılır. Yaxın perspektivdə ölkəmizin bu sahədədə böyük istehsalçıya və ixracatçıya çevriləcəyi gözlənilir. Azərbaycanda bərpaolunan enerji mənbələrindən alınan enerjinin Avropaya ötürülməsi ilə bağlı yeni dəhlizin yaradılması istiqamətində işlərə də start verilib. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan “yaşıl enerji”ni Avropaya çatdıracaq.
Çində baş tutan forumda çıxış edən energetika naziri region və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azərbaycanın emissiyaları azaltmaqla neft-qaz sektorunun inkişafı ilə bərabər, sürətli “yaşıl enerji” kursunu həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək siyasi iradəsi və aydın strateji baxışının nəticəsi olaraq “yaşıl enerji”nin 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafında, təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmasında həlledici status qazandığı qeyd edilib: “Hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bu “yaşıl enerji” güclərinin 2027-ci ilədək 3 QVt-dan çoxunun istismara verilməsi planlaşıdırılır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37%-dən çox olacaq. Həmçinin 2030-cu ilə daha 5 QVt-lıq layihələrin reallaşdırılması planlarımız var”, - deyə Pərviz Şahbazov vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37

Xəbər lenti
25 Sentyabr 12:35

Xəbər lenti
25 Sentyabr 12:23

Xəbər lenti
25 Sentyabr 11:56

Xəbər lenti
25 Sentyabr 11:36

Sosial
25 Sentyabr 11:34

Xəbər lenti
25 Sentyabr 11:24

Xəbər lenti
25 Sentyabr 11:13
