“Əsrin müqaviləsi” ilə başlayan uğurlu yol...
20.09.2023 [10:32]
Dünyada enerji resursları ilə zəngin olan ölkələrin sayı çoxdur. Ancaq bu resurslar heç də onların hamısına xoşbəxtlik və firəvanlıq gətirməyib. Bunun da əsas səbəbi enerji siyasətində yol verilən boşluqlarla əlaqədardır. Azərbaycan isə ortaya tamam fərqli nümunə qoyur. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının əsasında ölkəmizin və xalqımızın milli maraqları dayanır. Eyni zamanda, ölkəmizin reallaşdırdığı enerji siyasəti ədalət prinsipinə əsaslanır. Məhz bu iki məqam respublikamızın enerji siyasətində böyük uğurlar qazanmasını şərtləndirir. Bir tərəfdən neft gəlirləri ölkədə strateji önəm daşıyan layihələrin reallaşdırılmasına, insan kapitalının formalaşmasına, sosial rifahın yaxşılaşdırılmasına yönəldilir, digər tərəfdən də etibarlı tərəfdaş, məsuliyyətli və ləyaqətli dövlət kimi Azərbaycanın müsbət beynəlxalq imici möhkəmlənir.
Ulu Öndərin səyləri ilə imzalanan “Əsrin müqaviləsi”
Bu gün Xəzər hövzəsində ölkəmizə böyük iqtisadi-siyasi dividendlər gətirən və təhlükəsizlik qarantı rolunda çıxış edən uğurlu enerji layihələrindən söhbət açarkən mütləq tarixə nəzər salmaq gərəkdir. Ölkəmizin şaxələndirilmiş uğurlu enerji siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük səyləri hesabına imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan ulu öndər
Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli Liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər ölkəmizin hərtərəfli inkişafını şərtləndirən xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi.
“Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. Kontraktın texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə daha 30-dan çox sazişin imzalanması üçün yol açdı.
Hazırda Azərbaycan neft bumunun ikinci fazasını yaşayır. Belə ki, bir çox şirkətlər ölkəmizdə yeni layihələrə qoşulurlar. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Yeni sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Bəhs olunan yeni Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faiz qaldırılıb, razılaşmaya əsasən, tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəməyi öz öhdələrinə götürüblər.
Şaxələndirilmiş nəql marşrutları
Azərbaycanın müasir çağırışlar və reallıqlar nəzərə alınmaqla hazırlanan yeni neft strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir.
İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. Belə ki, Xəzərin şərq sahilində yerləşən digər ölkələr tərəfindən hasil edilən neft də artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Beləliklə, Azərbaycan bu gün etibarlı tranzit ölkə kimi qonşu dövlətlərə öz imkanlarını təqdim edir. Prezident İlham Əliyev qürur hissi ilə bildirib ki, Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Beləliklə, Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi.
Azərbaycanın enerji resurslarını istehlakçılara çatdıran daha bir mükəmməl nəql marşrutu Cənub Qaz Dəhlizidir. Təxminən 3500 kilometr məsafədə Xəzər sahillərindən Avropayadək uzanan bu nəql marşrutu 4 mühüm seqmentdən ibarətdir. Ölkəmizin təşəbbüsü və moderatorluğu ilə inşa edilən bu müasir nəql marşrutunun son seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin son günlərində tamamlandı. Beləliklə də Azərbaycan “Şahdəniz - 2” mərhələsində, eləcə də digər yataqlarda hasil olunan mavi yanacağı Avropaya çatdırmaq üçün mükəmməl infrastruktura sahibləndi. Belə bir nəql marşrutuna malik olması ölkəmizin böyük üstünlüyüdür.
Müstəqil enerji siyasətində yeni mərhələ
Azərbaycanın “Əsrin müqaviləsi” ilə uğurlu təməli qoyulan yeni neft strategiyasının növbəti mərhələsi Xəzərdəki zəngin qaz yataqlarının işlənməsini əhatə edir. “Əsrin müqaviləsi”ndə olduğu kimi, bu sahədə də xarici şirkətlərlə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq hazırda Azərbaycan Avropanın mavi yanacağa tələbatının müəyyən hissəsini qarşılayan etibarlı mənbə ölkəsinə çevrilib.
Ötən il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Xəzər sahillərindən qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub.
Yuxarıda bəhs olunan sazişə uyğun olaraq respublikamız Avropaya qaz ixracını artırır. Rəsmi statistikaya əsasən, 2023-cü ilin altı ayında ölkədə 18,2 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövründəkindən 3,2 faiz çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında ölkə qaz ixracını 7,5 faiz artıraraq 12 milyard kubmetrə çatdırıb. Bu dövrdə Avropaya 5,7 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 48 faizini təşkil edir. Türkiyəyə 5 milyard kubmetr (bütün ixracın 41 faizi), Gürcüstana isə 1,3 milyard kubmetr qaz (bütün ixracın 11 faizi) ixrac olunub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. 2027-ci ilədək isə Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

