Avropa üçün yeni və etibarlı mənbə
11.10.2023 [10:15]
Quruda və dənizdə zəngin resurslara malik olan Azərbaycanın Avropa İttifaqı (Aİ) məkanının enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Əgər enerji əməkdaşlığının birinci mərhələsində respublikamız “qoca qitəyə” yalnız neft və neft məhsulları tədarük edirdisə, indiki mərhələdə Avropaya enerji məhsullarının ixracına qaz seqmenti də əlavə olunub. Məlum geosiyasi gərginliklər fonunda Aİ məkanına daxil olan ayrı-ayrı ölkələr üçün yeni çağırışlar yarandı. Bu çağırışlar eyni zamanda Rusiyadan azalan və yaxud tamamilə kəsilən təchizatın yeni mənbələr hesabına qarşılanması zərurəti ilə bağlı idi. Belə bir taleyüklü məqamda ədalətli enerji siyasəti aparan Azərbaycan “qoca qitə”nin mavi yanacağa artan tələbatını əhəmiyyətli dərəcədə qarşılamağa hazır olan ölkə qismində çıxış etdi. Hazırda ölkəmiz Avropa üçün yeni və etibarlı mənbə sayılır.
“Şahdəniz” yeganə mənbə deyil
Azərbaycan Avropanın mavi yanacaq bazarına ilk olaraq “Şahdəniz”dən hasil edilən qazla daxil olub. Ancaq Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” də cəmləşməyib. 2023-cü ildə Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. Məlum olduğu kimi, bəzi məkrli, azərbaycanafob dairələr hansı yollarlasa Azərbaycanın enerji siyasətinə pəl vurmaq, ölkəmizə beynəlxalq inamı azaltmaq məqsədi ilə respublikamızın ehtiyatlarının azaldığı barədə dezinformasiyalar yayırdılar. Növbəti zəngin qaz yatağında - “Abşeron”da hasilata start verilməsi ilə belə iddialar tar-mar oldu.
“Abşeron” yatağının ehtiyatları 300 milyard kubmetr həcmində dəyərləndirilir. Yatağın işlənməsinin ilkin mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50% paya malikdir.
Xəzərin Azərbaycan sektorundakı digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku, “Şəfəq-Asiman” və başqa qaz yataqlarının işlənilməsi üzərində işlər davam etdirilir.
Avropaya qaz tədarükçüləri arasında ilk beşlikdə
Azərbaycanın Avropaya qaz ixracının tarixi qısa dövrü əhatə etsə də, ölkəmizin bu sahədə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu ilin birinci rübünün yekunlarına görə, respublikamız Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub. Bu barədə Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyəti ilə bağlı rüblük hesabatında bildirilib
Məlumata görə, 2023-cü ilin birinci rübündə ölkə Trans-Adriatik kəməri (TAP) ilə Aİ ölkələrinə qaz nəqlini ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıraraq 2,8 milyard kubmetrə çatdırıb. Bildirilir ki, yanvar-mart aylarında ilk beş ən böyük təchizatçı siyahısına Norveç, Şimali Afrika, Rusiya və Böyük Britaniya da daxildir. Azərbaycan bu siyahıda 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, ötən il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Xəzər sahillərindən “qoca qitə”yə qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub.
Bəhs olunan sazişə uyğun olaraq respublikamız Avropaya qaz ixracını artırır. Rəsmi statistikaya əsasən, bu ilin altı ayında ölkədə 18,2 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövründəkindən 3,2 faiz çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında ölkə qaz ixracını 7,5 faiz artıraraq 12 milyard kubmetrə çatdırıb. Bu dövrdə Avropaya 5,7 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 48 faizini təşkil edir. Türkiyəyə 5 milyard kubmetr (bütün ixracın 41 faizi), Gürcüstana isə 1,3 milyard kubmetr qaz (bütün ixracın 11 faizi) ixrac olunub.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. 2027-ci ilədək isə Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır.
Müasir nəql infrastrukturu
Dünyada mavi yanacaq ehtiyatları ilə zəngin olan ölkələrin sayı çoxdur. Ancaq onların heç də hamısı nəql infrstrukturuna malik deyillər və bu səbəbdən də öz resurslarını bazarlara çıxarmaqda böyük çətinliklərlə üzləşirlər. Avropa üçün yeni və zəngin mənbə sayılan Azərbaycanın isə üstünlüyü həm də ondadır ki, ölkəmiz zamanında ixrac boru kəmərinin yaradılması qayğısına qalıb və buna nail olub.
Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə - Cənub Qaz Dəhlizi bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın ayrı-ayrı dövlətinə də təbii qaz ixrac edən ölkəyə çevrilib. Bu unikal layihənin icrasının tamamlanması ilə Avropa Azərbaycanın timsalında müasir nəql infrastrukturuna malik yeni etibarlı mənbə qazanıb. Hazırda artan tələbat nəzərə alınmaqla Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının genişləndirilməsi gündəmə gəlib. Avropa Komissiyası genişləndirmə layihəsini dəstəkləyir. Layihənin icrası tamamlandıqdan sonra Cənub Qaz Dəhlizi ilə Avropaya daha böyük həcmlərdə mavi yanacaq nəqlini həyata keçirmək mümkün olacaq.
Siyahıya yeni istehlakçılar əlavə olunur
Avropa üçün yeni və etibarlı mavi yanacaq mənbəyi qismində çıxış edən Azərbaycanın qısa müddətdə nəql coğrafiyasını genişləndirməsi də böyük uğurdur. Necə deyərlər, siyahıya yeni istehlakçılar da əlavə olunur. Bu istiqamətdə vacib tədbirlərdən biri 2022-ci ilin oktyabrında Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı oldu. İnterkonnektorun açılş mərasimi dövlətimizin başçısının iştirakı ilə baş tutdu. Bunun nəticəsində artıq Azərbaycanın Bolqarıstana da qaz nəql etmək imkanı yaranıb. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Hazırda Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli perspektivlərı nəzərdən keçirilir. Rumıniya artıq yeni əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar bu ilin sonuna qədər inşa edilsə, Azərbaycan qazı Macarıstana və Serbiyaya da nəql ediləcək.
Marşrutların şaxələndirilməsi ilə bağlı digər bir mühüm tədbir Bolqarıstan Prezidentinin təşəbbüsü ilə bu ilin aprel ayında Sofiya şəhərində keçirilib. Söhbət “Həmrəylik Halqası” adlandırılan layihədən gedir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Təqdim olunan layihəyə uyğun olaraq əlavə interkonnektorlar inşa ediləcək. Qurulan optimal interkonnektor şəbəkəsi sayəsində yaxın illərdə Azərbaycan qazının avropalı müştərilərinin sayının 10 ölkəyə çatacağı gözlənilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

