İki Astaranı birləşdirən körpü
28.10.2023 [11:29]
M.ABDULLAYEV
Azərbaycanla qonşu İran arasında çoxtərəfli iqtisadi əlaqələrin mühüm bir seqmentini nəqliyyat sektoru təşkil edir. Hər iki ölkə Şimal-Cənub Dəhlizində yer alır. Həm Azərbaycan, həm də İran dəhlizin funksionallığının artmasına böyük maraq göstərirlər və buna nail olmaq üçün fəaliyyətlərini əlaqələndirərək müxtəlif layihələr reallaşdırırlar. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Söhbət Astaraçay üzərində tikilən və İran ilə Azərbaycanı birləşdirəcək yeni körpünün inşasının son mərhələyə daxil olmasından gedir. Yaxın iki ay ərzində yeni körpünün açılışı mərasimi baş tutacaq. Bu barədə İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş məlumat verib. O bildirib ki, yeni körpü yük avtomobillərinin və insanların qarşılıqlı keçidini asanlaşdırmaqla yanaşı, iki dövlət arasında ticarət dövriyyəsinin də artmasına imkan yaradacaq.
Şimal-Cənub Dəhlizinə artan maraq
Nazirin sözlərinə görə, yeni körpü İran ilə Azərbaycan arasındakı nəqliyyat əlaqəsinin inkişafı ilə bərabər, tranzit yükdaşımaların da həyata keçirilməsinə şərait yaradacaq ki, bu da hər iki ölkənin iqtisadiyyatına çox böyük fayda verəcək. İranlı nazirin Şimal-Cənub Dəhlizi üzrə tranzit daşımalarına diqqət çəkməsi təsadüfi deyil. Məlum geosiyasi gərginliklər fonunda Şimal-Cənub marşrutuna böyük maraq yaranıb. Son vaxtlarda bu marşrutla ötürülən yüklərin həcminin əhəmiyyətli dərəcədə artdığı müşahidə edilir. Mütəxəssislərin qənaətinə görə Şimal-Cənub marşrutu üzrə yükdaşıma 2022-ci ildəki 16 milyon tondan bu il 19,5 milyon tona, 2030-cu ilədək isə 32 milyon tona yüksələcək. Bildirilir ki, bəhs olunan dəhliz Rusiya, Azərbaycan və İrandan keçməklə böyük coğrafiyada ən mühüm nəqliyyat-logistika marşrutlarından birinə çevrilməkdədir. Perspektivdə dəhlizin inkişafı çərçivəsində ümumi dəyəri 38 milyard dollar olan 100-dən çox layihənin reallaşdırılması nəzərdə tutulur. Bura əlavə dəmir yolu hissələrinin, alternativ avtomobil yollarının çəkilməsi, körpülərin inşası və s. daxildir.
Bəhs olunan marşruta artan marağı şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Şimal-Cənub Dəhlizi təhlükəsizlik, məsafənin qısalığı, zaman itkisinin az olması, marşrutda yer alan ölkələrin koordinasiyalı fəaliyyəti, bütün dəhliz boyunca eyni optimal tariflər kimi çoxsaylı aktual məsələlərin bir məkanda həlli deməkdir. Bu dəhliz yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, Şimal-Cənub Dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometirdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar.
Azərbaycanın yüksək fəallığı
Xatırladaq ki, Şimal-Cənub Dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər.
Məsuliyyətli dövlət olan Azərbaycan ölkə ərazisindən keçən digər marşrutlar üzrə olduğu kimi, Şimal-Cənub Dəhlizində də yüksək fəallıq nümayiş etdirir. Qeyd edək ki, hazırda Şərq-Qərb və Şimal-Cənub marşrutlarına 10 ölkə cəlb olunub. Azərbaycan yeganə ölkədir ki, hər iki marşrutda yer alır və onların inkişaf etdirilməsinə davamlı töhfələr verir. Azərbaycan bu layihəyə qoşulduqdan sonra Prezident İlham Əliyevin irəli sürdüyü təklif daha səmərəli və cəlbedici oldu. Bu səmərəlilik ondan ibarətdir ki, yüklərin daşınması xərci azalır və çatdırılması vaxtı qısalır. Yəni, yüklər gəmi ilə Hindistandan - Mumbai limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatara yüklənir və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülür və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Avropa ölkələrinə çatdırılır Göründüyü kimi, yüklər Xəzər sahilində İran və Rusiyanın limanlarında təkrar boşaldılıb-yüklənmir. Bu variantda yüklər təkrar gömrük rəsmiləşdirilməsindən də azad olur. Bildiyimiz kimi, Azərbaycan ilə Rusiyanın dəmir yolları arasında hələ keçmiş SSRİ dövründən əlaqə mövcuddur ki, bu da əlavə xərc çəkib dəmir yolu inşa etmək ehtiyacını yaratmır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyev “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən yeni avtomobil yolları salınmağa başlanıb və dəmir yollarında əsaslı təmir işləri həyata keçirilib. Respublikamız üzərinə düşən öhdəliyi tam yerinə yetirib. Azərbaycanın və İranın dəmir yollarını birləşdirəcək Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsü inşa edilib. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən 511 kilometr dəmir yolu tam hazır vəziyyətdədir.
Şimal-Cənub Bey¬nəlxalq Nəqliyyat Dəhlizinin Azərbay¬can seqmenti olan və yeni inşa edilən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun İranla dövlət sərhədinədək olan hissəsinin ti¬kintisi də yekunlaşmaq üzrədir. Layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-cü kilometrlik hissəsindən başlayaraq 3,05 kilometrlik hissəsini əhatə edir. I texniki dərəcəyə uyğun olaraq inşa edilən yol 4 hərəkət zolaqlı olmaqla eni 26,5 metrdir. Yolun tikintisi Şimal–Cənub Nəqliy¬yat Dəhlizi üzrə qonşu ölkəyə, o cüm¬lədən əks istiqamətdə gedən avtonəq¬liyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini reallaşdıracaq ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından mühüm önəm daşıyır.
Astaraçay üzərində tikilən avtomobil yolu körpüsünün təməli 2022-ci il yanvarın 25-də qoyulub. Hazırda istifadə olunan avtomobil yolu körpüsü ötən əsrin 50-ci illərində inşa edilmişdi. Ötürücülük imkanları aşağı olduğuna görə burada uzun tıxaclar yaranır. Yeni körpü artan tələbatı qarşılamağa imkan verəcək. Uzunluğu 89, eni 30 metr olan yeni Astaraçay körpüsü iki ölkənin beynəlxalq tranzit magistrallarını (Bakı-Rəşt-Qəzvin avtomobil yolu) birləşdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

