Avrasiyanın mühüm nəqliyyat habı
02.11.2023 [11:05]
Açıq dənizə çıxışı olmayan Azərbaycan geniş Avrasiya coğrafiyasının mühüm nəqliyyat hablarından birinə çevrilməkdədir. Regionda ölkəmizin rolu o qədər artıb ki, artıq qeyd olunan geniş coğrafiyanın ən aktual nəqliyyat məsələləri məhz Azərbaycanda müzakirə olunaraq mühüm qərarlar qəbul olunur. Oktyabrın son ongünlüyündə respublikamız daha bir mühüm tədbirə - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası Baş Assambleyasının 42-ci iclasına ev sahibliyi edib. İclas iştirakçıları Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediblər. Nümayəndə heyətinə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının prezidenti Həbib Həsənov və Ümumdünya Nəqliyyat Yolları Təşkilatının baş katibi Umberto De Pretto rəhbərlik ediblər. Əsas məqsəd Bakı Limanının avtomobil daşımalarındakı əhəmiyyətini və perspektivləri nəzərdən keçirmək olub. Səfər çərçivəsində qonaqlar Bakı Limanının əməliyyatlar üzrə baş inzibatçısı Yucin Seah ilə görüşüblər. O, Bakı Limanında əməliyyatların icrasında operativliyin artırılması üçün tətbiq edilən yeniliklər, yaşıl logistik habın icrası üçün atılan addımlar, infrastruktur layihələri haqqında qonaqlara məlumat verib. Nümayəndə heyətinin üzvləri Bakı Limanında yüklərin daşınmasını və terminallardakı iş prosesini birbaşa müşahidə ediblər.
Beynəlxalq dəhlizlərin inkişafına verilən töhfələr
Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya olunmuş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Həmçinin respublikamızda Orta Dəhlizin hər iki marşruta bağlantıları var. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçında intensiv şəkildə davam etdirilir.
Artan yük həcmləri ayrı-ayrı infrastruktur obyektlərinin ötürücülük imkanlarının genişləndirilməsini zərurətə çevirib. Ölkəmiz Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyib.
Xatırladaq ki, Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. BTQ-ın fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-ın ötürücülük imkanlarının genişləndirlməsinə start verilib.
Yaradılan güclü infrastruktur öz müsbət nəticələrini verir. Mərkəzi Asiyadan ölkəmiz üzərindən Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Növbəti il üçün hədəf bu müddəti iki dəfəyə qədər (11-15 günə) endirməkdir. Beynəlxalq dəhlizlərin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı Beynəlxalq Ticarət Limanının birinci fazasının illik yükdaşıma qabiliyyəti 15 milyon tondur. Hazırda limanda 13 yanalma körpüsü mövcuddur. Bundan əlavə, 8 portal kran vasitəsilə yükdaşıma işləri icra edilir. Həmçinin 2 Ro-Ro körpüsü, 2 bərə körpüsü, 6 ümumu işlər körpüsü fəaliyyət göstərir. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq. Eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də bu dəhlizlərin fəaliyyətinə töhfə verəcək. Həmçinin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində yeni liman infrastrukturunun yaradılması məsələsi durur və respublikamız bu istiqamətdə də işbirliyinə hazırdır.
Daşımalar davamlı şəkildə artır
Qurulan müasir infrastruktur ölkəmiz üzərindən daşımaların artmasını şərtləndirir. Bu ilin I yarısında Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 153 872 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz çoxdur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata əsasən, 6 ay ərzində daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11 960 olub, halbuki, 2021-ci ildə bu rəqəm 2 400 idi.
Son 1 ildə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8 faiz bəndi artıb. 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var. Belə ki, Azərbaycan daşıyıcılarının həyata keçirdiyi 3-cü ölkə daşımaları 2 dəfə artıb. 2023-cü ilin yanvar-iyun aylarında 25 318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 592 ədəd artıq olub. Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 498 ədəd və yaxud 85,8 faiz artaraq 113 675 ədədə çatıb. Bu ilin 6 ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı artım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2246-dır.
Yeni imkanlar araşdırılır
“Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Çin və Avropa ölkələri arasında trafikin artmasını nəzərə alaraq Orta Dəhlizdən maksimum yararlanmaq imkanlarını araşdırır”. Bunu təşkilatın baş katibi Umberto de Pretto deyib.
O qeyd edib ki, Azərbaycandan keçən bu dəhliz Çin və Avropa arasında ən qısa olmaqla yanaşı, eyni zamanda, ən çətin marşrutdur: “Çünki Orta Dəhliz multimodal nəqliyyatdan istifadəni tələb edir, iki dənizdən və bir çox ölkələrdən keçir. Bundan əlavə, bizim Şimal və Cənub dəhlizləri kimi seçimimiz var”.
Qurum rəsmisi Azərbaycanın xeyrinə olacaq Orta Dəhlizdən daha səmərəli istifadə olunacağına əminliyini bildirib. Onun fikrincə, dəhlizin inkişafı üçün mövcud vasitələrdən istifadə etmək lazımdır.
Baş katib, həmçinin vurğulayıb ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə bütün iştirakçılar arasında zəmanət və elektron məlumat mübadiləsi ilə Orta Dəhlizin faydalarından maksimum istifadəni təmin etmək üçün TIR sistemindən istifadənin təkmilləşdirilməsi məsələsi müzakirə olunub.
Azərbaycanla sıx əməkdaşlıq
“Gürcüstan Orta Dəhliz layihəsi ilə bağlı problemləri aradan qaldırmaq üçün Azərbaycanla yaxından əməkdaşlıq edir”. Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimindəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Orta Dəhliz ənənəvi nəqliyyat dəhlizlərinə sabit və təhlükəsiz alternativ kimi ortaya çıxıb, artıq ən qısa və ən etibarlı Şərq-Qərb nəqliyyat dəhlizlərindən birinə çevrilib.
“Hazırda biz azərbaycanlı və qazaxıstanlı həmkarlarımızla birlikdə infrastrukturu və imkanları inkişaf etdirərək, prosedurları sadələşdirərək və vahid tarif tətbiq edərək çətinliklərin aradan qaldırılması üçün sıx işləyirik”, - deyə, İ.Qaribaşvili vurğulayıb.
Xatırladaq ki, oktyabrın 26-da Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumu keçirilib. Tədbirdə 60-a yaxın ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, xarici özəl sektor təmsilçisi də daxil olmaqla, 2000-ə yaxın nümayəndə iştirak edib.
Forumun əvvəlində nümayiş etdirilən sənədli filmdə Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin, eləcə də Qara dənizin dibindən keçəcək kabelin dünya ölkələri üçün də əhəmiyyətindən bəhs olunub.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin himayəsi ilə keçirilən Forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platforma yaratmaqdır. Beynəlxalq tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edib
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

