Bakıda İOTA-nın "Vergi borclarının idarə edilməsi" üzrə İçi Qrupunun ilk iclası başlayıb
07.03.2012 [00:48]
Dünən Bakıda “Park İnn” mehmanxanasında Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) “Vergi borclarının idarə edilməsi” üzrə İşçi Qrupunun ilk iclası öz işinə başlayıb. Tədbirdə İOTA-ya daxil olan 20 ölkənin vergi borclarının idarə olunması üzrə ekspertləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov İşçi Qrupunun ilk iclasının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir müavini son illər ölkəmizdə bu sahədə bir sıra nailiyyətlərin əldə olunduğunu, vergi borclarının məcburi alınması ilə bağlı inzibatçılığın xeyli təkmilləşdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Vergilər Nazirliyi beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi önəm verir. Əminəm ki, İOTA-nın İşçi Qrupunun bu iclası iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, vergi borclarının idarə olunması sahəsində səmərəliliyin daha da artırılması istiqamətində mühüm addım olacaq”.
Onun sözlərinə görə, son illər Azərbaycan bu sahədə müəyyən uğurlar əldə edib.
İOTA-nın texniki eksperti, “Vergi borclarının idarə edilməsi” üzrə İşçi Qrupunun rəhbəri Yevgenius Soldatkovas səmimi qarşılanmaya görə Azərbaycanın Vergilər Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib, müzakirə olunacaq məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. İOTA-da ümumilikdə 46 ölkənin təmsil olunduğunu deyən Yevgenius Soldatkovas təşkilatın işində Azərbaycanın fəal iştirak etdiyini bildirib: “Azərbaycanda vergi borclarının idarə edilməsində müəyyən qədər uğurlar əldə olunub. Bu sahədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təcrübəsi nəzərəçarpandır” deyən qonaq əlavə edib ki, verginin toplanılmasında müxtəlif mənbələrdən, bank hesablarından, iri vergi ödəyicilərinin qeydiyyat kağızlarından və digər zəruri məlumatlardan istifadə olunması yüksək göstəricidir.
Sonra Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Vəliyev “Vergi borclarının idarə olunması sistemi”nin təqdimatı ilə çıxış edib, vergi borclarının strukturu və onun idarə olunmasının strategiyası, vergi borclarının yığılması prosesinin avtomatlaşdırılması, vergi ödəyicilərinin öhdəlikləri, vergi borclarının dinamikasının qiymətləndirilməsi, borcların azalma tendensiyası, vergi borclarının idarə olunmasının səmərəli modelinin yaradılması və s. haqqında danışıb.
Azərbaycanda vergi borclarının ödənilməsi məsələsinə toxunan İ.Vəliyev deyib ki, hansısa bir şirkət vergisini ödəyə bilmirsə, Vergi Məcəlləsinin 85 maddəsinə uyğun olaraq vergi ödəyicisinin iflasa uğrama təhlükəsi olduqda və ya hansısa təbii fəlakət nəticəsində ona zərər dəydikdə, o, hesabatı verməklə borcunu bəyan edir. Sahibkar həmin borcu müəyyən girov və ya zəmanətlə təmin etməklə həmin öhdəliyin icra müddətini 1 aydan 9 ayadək uzada bilər. Bu cür hallar dəfələrlə olub və bu, vergi ödəyicilərinin hüququdur.
İdarə rəhbəri bildirib ki, Azərbaycanda vergi borclarının idarə olunmasının səmərəli modelinin yaradılması istiqamətində bir sıra ölkələrin təcrübəsi də öyrənilir: “Vergilər Nazirliyinin ötən ilin avqustundan tətbiq etdiyi yeni qaydalara görə, vergiödəyicisi dəvət olunur, ona borcu barədə məlumat və izahlar verilir”.
İ.Vəliyevin sözlərinə görə, bu praktikanın tətbiqi sayəsində 25 min vergiödəyicisi dəvət olunub və onların 80 faizi öz borcunu qəbul edərək ödəyib.
İşçi qrup öz işini martın 8-dək davam etdirəcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24

