“Heydər Əliyev İli”nin iqtisadi uğurları
27.12.2023 [10:50]
İqtisadiyyat hər bir ölkənin ayaqda durması və inkişafı üçün əsas şərtlərdən biridir. Güclü iqtisadiyyat quruculuğuna böyük önəm verən ümummilli lider Heydər Əliyev zamanında - həm keçmiş sovet dönəmində, həm də müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli iqtisadiyyatımızın fundamental əsaslarını yaradıb. Sonrakı mərhələdə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirib. Dövlət başçımızın qətiyyətli siyasi iradəsi ilə aparılan islahatlar sayəsində ölkəmizdə dinamik iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bəs Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunan 2023-cü ildə iqtisadiyyatımızda hansı uğurlara imza atılıb?
ÜDM istehsalında proqnozlar yenilənib
Dünyada müşahidə edilən kataklizmlər fonunda hazırda qlobal iqtisadiyyat bir sıra təhdidlərlə üz-üzə qalıb. Yaranan çətinliklər fonunda ayrı-ayrı ölkələr ciddi şəkildə borclanmaya məruz qalırlar, həmçinin milli iqtisadiyyatların həcmi daralır. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı özünün rəqabətqabiliyyətliliyini qoruyub saxlayır. Son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb.
Eyni zamanda, uğurlar seriyası artıq başa çatmaqda olan “Heydər Əliyev İli”ndə də davam etdirilib. Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatı dərc olunub. Hesabatda dünya iqtisadiyyatından gözləntilər, daha əvvəl təxmin edilən 3.0 faizlik artım ətrafında deyil, 1.7 faizlik yeni proqnoza əsasən qiymətləndirilir. Qeyd edilir ki, qlobal inkişaf tempindəki yavaşımalar ümumilikdə bütöv regionları əhatə edərək adambaşına düşən gəlir səviyyəsinə də öz təsirini göstərəcəkdir. Belə ki, 2023-cü ildə adambaşına düşən gəlir səviyyəsindəki artım tempinin, COVİD-19 pandemiyasından öncəki dekadan daha aşağı olacağı proqnozlaşdırılır. Həmçinin, inkişaf etməkdə olan iqtisadiyyatların ÜDM səviyyəsi, pandemiya ərəfəsində gözlənilən səviyyədən 6 faiz aşağı olacaq.
ÜDM-n artım göstəricisi 2023-cü ildə inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə sabit proqnozlaşdırılsa da, dünya üzrə və inkişaf etmiş iqtisadiyyatlar üzrə müvafiq olaraq 1.7 faiz və 0.5 faiz olacağı göstərilir. Regionlar üzrə nəzər yetirdikdə, Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artım tempi Rusiyada məhsul buraxılışındakı kəskin azalma, Avropa İttifaqının enerji təchizatındakı qırılmalar, yüksək inflyasiya şəraitindən irəli gələn monetar sərtləşmə siyasətinin izlənilməsi kimi səbəblərdən 0.1 faizolacağı gözlənilir. O cümlədən Cənubi Qafqaz üzrə artım 2022-ci ildə müşahidə edilən 6.5 faiz səviyyəsindən 2023-cü ildə 3.3 faizsəviyyəsinə düşəcəkdir. Buna səbəb kimi, 2020-2021-ci illər üzrə baş verən güclü sıçrayışın zəifləməsi, avro zonadakı geriləmə və Rusiyada məhsul buraxılışının azalması göstərilir.
Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-nin artım tempi müsbət olaraq qalır. 2023- cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1 faiz, ECA regionu ilə müqayisədə isə 2.7 faiz daha yüksək olacaq. 2022-ci ilin iyun ayı proqnozlarından faiz bəndi ilə müqayisədə Azərbaycan 2023-cü il üzrə bütövlükdə, Avropa və Mərkəzi Asiya regionunda real ÜDM-də müsbət artım göstərməsi proqnozlaşdırılan 4 ölkədən biridir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü il üzrə dövlət büdcəsinin layihəsi hazırlanarkən ÜDM 106 milyard manat dəyərində, qeyri-neft-qaz sahəsində ÜDM 73,3 milyard manat, real artım sürətləri isə müvafiq olaraq 2,7 və 4,5 faizlə müəyyən edilib. 2023-cü ilin arxada qalan dövrünün təhlili göstərir ki, əldə olunan real göstəricilər proqnozları üstələyib. Belə ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın ÜDM-nin 111,6 milyard manat (5,6 milyard manat çox) səviyyəsində olacağı, o cümlədən qeyri-neft-qaz sahəsində ÜDM-in real ifadədə 77,7 milyard manat (4,4 milyard manat çox) olacağı gözlənilir. Qeyri-neft-qaz sahəsində isə real ÜDM-in artım sürətinə dair proqnoz 4,5 faizdən 4,9 faizədək artırılıb. Real ÜDM 1,8 faiz olmaqla nominal ifadədə 111,6 milyard manatadək, qeyri-neft-qaz sektorunda ÜDM isə 77,7 milyard manatadək artacaq.
İxracda artımlar
Azərbaycan ixracı müxtəlif vasitələrlə təşviq edən ölkədir. Ölkəmizin ticarət tərəfdaşlarının sayı artaraq 185-ə çatıb. Respublikamızdan 100-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunur. Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və sair tədbirlər də ixracın artımını stimullaşdırır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata əsasən, hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının və mətbəxinin təqdim olunduğu 11 ticarət evi fəaliyyət göstərir. Ölkəmizin iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu sahədə maraqlarını qorumaq və təmsil etmək məqsədi daşıyan ticarət nümayəndəliklərinin fəaliyyəti genişlənir. O cümlədən hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85%, yəni təxminən 5 milyard ABŞ dolları səviyyəsində artırılması nəzərdə tutulur.
Həyata keçirilən bu və digər tədbirlərin nəticəsidir ki, ixracda artım dinamikası 2023-cü ilin yanvar-oktyabr aylarında da yüksək olub. Bəhs olunan dövrdə ölkəmizin ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% artaraq 2,7 milyard ABŞ dolları təşkil edib. O cümlədən 2023-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2 % artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 162,7 milyon ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında bildirlir ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (348,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (126,1 milyon ABŞ dolları) ikinci, qızıl (118,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. İlin ötən dövründə Rusiya Federasiyasına 881,4 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, Gürcüstana 266,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 129,8 milyon ABŞ dolları, Qazaxıstana isə 84,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Ölkədə sənaye miqyaslı ilk Günəş elektrik stansiyasının istifadəyə verilməsi
Ölkələrin sosial-iqtisadi inkişafı müxtəlif sahələrə sərmayə qoyuluşunun həcmindən bilavasitə asılıdır. Respublikamızda sərmayə mühiti kifayət qədər münbitdir. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər respublikamızda investisiya qoyuluşunun genişlənməsini şərtləndirir.
Respublikamızda “Heydər Əliyev İli”ndə xarici investisiyalarla inşa olunan ilk Günəş elektrik stansiyasının istifadəyə verilməsi son dərəcə əlamətdar hadisədir. Söhbət cari il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasından gedir.
“Heydər Əliyev İli”ndə istifadəyə verilən infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min Günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi BƏƏ-nin “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir.
Sənaye xəritəsinin zənginləşməsi
Ölkəmizin sənaye xəritəsinin zənginləşdirlməsi siyasəti 2023-cü ildə də davam etdilib. Belə ki, paytaxtda və regionlarda çoxlu sayda yeni müəssisələr istifadəyə verilib. Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. Prezident İlham
Əliyevin iştirakı ilə oktyabr ayında açılışı baş tutan “Azərbaycan Vanhong Ceramics Co.” MMC, “Novus Plastica” MMC və “UPI - Universal Packing Industry” QSC ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatıb.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 35 faizi ixracın payına düşür. Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 milyon manatlıq hissəsi ixrac olunub.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

