Əhalinin sosial müdafiəsinə yönəldilən vəsaitlər artacaq
28.12.2023 [10:40]
Azərbaycan dərinməzmunlu sosial siyasəti gələn ildə də eyni ardıcıllıqla davam etdirləcək. Bunu Dövlət Sosial Müdafiə Fondunun bu günlərdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2024-cü il üçün büdcəsindən də görmək mümkündür. Sənədə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 000,0 manat, xərcləri 6 919 860 000,0 manat məbləğində təsdiq edilib.
Büdcə daxilolmalarında artım
Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.
Rəqəmlərdən də göründüyü kimi, gələn ilin büdcə daxilolmaları və xərcləri ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artacaq. Bu müsbət tendensiya isə ölkə iqtisadiyyatında müşahidə edilən inkişaf dinamikası ilə bağlıdır. Büdcənin formalaşmasında iqtisadiyyatımızdakı vəziyyət və reallıqlar nəzərə alınıb. Son illərdə müşahidə edilən mənfi xarici təsirlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılığını qoruyub saxlayır. Bu da ilk növbədə son 20 respublikamızda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında aparılan islahatların məntiqi nəticəsi olaraq mülli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin artması ilə bağlıdır. Ölkədə davamlı iqtisadi inkişaf üçün zəruri olan bütün şərtlər təmin edilib. Bəhs olunan dövrdə respublikamızda ümumi daxili məhsul 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox genişlənib. Bu gün Azərbaycan güclü maliyyə yastığına malik olan ölkələr sırasında yer alır. Ölkənin xarici borcu ilbəil azaldılır.
Milli iqtisadiyyatımızdakı uğurlar seriyası 2023-cü ildə də davam edib. Bu ilin 9 ayı ərzində Azərbaycanda 91 milyard manata yaxın ÜDM istehsal olunub, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faizə yaxın artım təşkil edir. Qeyri-neft sektorunda 9 ay ərzində artım 3 faizə yaxın olub. Proqnozlara əsasən, cari ildə ÜDM-də 1,9 faiz artım olacaq.
Öz növbəsində uğurlu iqtisadi inkişaf büdcə daxilolmalarının yüksəlməsini şərtləndirir. Milli Məclisdə aparılan müzakirələrdə də vurğulandığı kimi, iqtisadi artımın və şəffaflaşma prosesinin davam etməsi şəraitində cari ilin 9 ayında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 106 faiz icra edilməklə, proqnozdan əlavə dövlət büdcəsinə 723 milyon manat vəsait daxil olub. Neft-qaz sahəsindən vergi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 150 milyon manat, qeyri-neft-qaz sahəsində isə 1 milyard 200 milyon manat artıq icra edilib. Bununla yanaşı, sosial sığorta yığımları üzrə yüksək artım dinamikası müşahidə edilməkdədir. Cari ilin 9 ayında məcburi dövlət sosial sığortası üzrə daxilolmaların proqnozu 109 faizə yaxın icra edilərək, 3,8 milyard manat vəsait daxil olub.
Sosial sferanın prioritetliyi
Azərbaycanın ardıcıl səciyyə daşıyan məqsədyönlü siyasətində bir qayda olaraq sosial sferanın prioritetliyi təmin edilir və insanların gəlir imkanlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Belə ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə əməkhaqlarının, pensiya və müavinətlərin artırılmasına daha böyük həcmlərdə vəsaitlər yönəldilir. O cümlədən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən iqtisadiyyatda şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq büdcəyə cəlb olunan əlavə vəsaitlərin hamısı bir qayda olaraq sosial sferaya yönəldilir. Bütövlükdə 2018-2023-cü illərdə respublikamızda 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. Ötən 5 il ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşib və güclənib. 2018-2023-cü illər ərzində orta aylıq əmək haqqı 70 faiz, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2,1 dəfə, əmək haqqı fondu 2,6 dəfə artıb, ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb.
Azərbaycan dövləti yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyən dərinməzmunlu sosial siyasətini növbəti ildə də davam etdirmək niyyətindədir. 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 faizi, onun cari xərclərinin isə 70 faizi sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. Cari ilin göstəriciləri ilə müqayisədə bu, 7 faiz çoxdur. Xərclərin 24,5 faizi, sosialyonümlü xərclərin isə 57 faizi əməyin ödənişi xərclərinin payına düşür. O cümlədən əhaliyə ödənişlər üzrə xərclərə 6 681 580 000,0 , məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinə 181 580 000,0, əmək pensiyalarının ödənilməsi xərclərinə 6 500 000 000,0 manat yönəldilməsi nəzərdə tutulub. Bütövlükdə, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 000,0 manat, xərcləri isə 6 919 860 000,0 manat məbləğində təsdiq edilib.
Əhaliyə ödənişlərdə artım dinamikası
Bu ilin 11 ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 482 min nəfərə sosial müavinət, 377 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 915 mln. manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 592 milyon manat ödənilib. Yanvar-noyabr aylarında 125 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 554 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
2023-cü ilin 11 ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 mlrd. 224 m?l??n manat və ya 20,2 faiz çox olmaqla 7 mlrd 285 milyon manat ödənilib. Bu ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılaraq pensiya, müavinət və təqaüdlərin, habelə ehtiyac meyarı həddinin növbəti dəfə artırılması təmin edilib. Ötən il pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək, pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılıb.
Orta aylıq əməkhaqqı artacaq
Respublikamızda əməkhaqlarının artırılması ənənəsi 2023-cü ildə də davam edib. Prezident İlham Əliyevin cari ilin əvvəlində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılıb və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Ümumilikdə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunub. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 700 min vətəndaşımızı əhatə edən minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılıb.
Ölkə üzrə orta aylıq əməkhaqlarının artım dinamikası da yüksəkdir. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə 2023-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1729,4 min nəfər olub, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Həmçinin 2024-cü ildə də orta aylıq əməkhaqqının artacağı gözlənilir. Belə ki, gələn il Azərbaycanda orta aylıq əməkhaqqının 980 manat olacağı proqnozlaşdırılır . Bu barədə məlumat “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb. 2024-cü ildə minimum əməkhaqqında isə dəyişiklik gözlənilmir. Hesablama Palatasının müvafiq qanun layihəsinə verdiyi rəydə bu göstəricinin 345 manat olacağı bildirilib ki, bu da 2023-cü ildəki ilə eynidir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50

