Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Gələn il əməkhaqlarında artımlar olacaq

Gələn il əməkhaqlarında artımlar olacaq

31.12.2023 [10:34]

Təqvim ilinin dəyişməsinin astanasındayıq. Bu ərəfədə insanlar əsasən bayram ovqatı ilə yaşasalar da, növbəti ilin ailə büdcəsi barədə də qayğılanırlar. Bəs qarşılamağımıza bir gün qaldığı 2024-cü ildə bizləri hansı xəbərlər gözləyir? Öz-özümüzə verdiyimiz suallardan biri isə heç şübhəsiz ki, maaşlarımızla bağlıdır. 2024-cü ildə də əməkhaqlarımızın artmasının sevincini yaşayacağıqmı? Ölkəmizin reallıqları, artan iqtisadi-maliyyə imkanlarımız və əlbəttə ki, müvafiq qurumların proqnozları, dövlət büdcəsində yer alan rəqəmlər bu suala nikbin cavab verməyə əsaslar yaradır.

Nikbinlik üçün real əsaslar var

Azərbaycanın dərin məzmunlu sosial siyasətində insanların gəlir imkanlarının artırılması istiqaməti mühüm yer tutur. O cümlədən respublikamızda əmək bazasının ardıcıl şəkildə genişləndirilməsi ilə paralel şəkildə, əməkhaqları da müntəzəm qaydada artırılır. Əməkhaqqı artımlarında bir qayda olaraq ölkənin maliyyə imkanları, eləcə də mövcud və gözlənilən inflyasiya səviyyəsi əsas götürülür. Əməkhaqqı artımları həm dövlət sektorunda büdcədən maliyyələşən təşkilatlarda, həm də özəl sahibkarlıq subyektlərində muzdla çalışan işçiləri əhatə edir. Əməkhaqqı artımlarında insanların gəlirlərinin inflyasiyanı üstələməsi prinsipi əsas meyar kimi götürülür.  

Əməkhaqlarının 2024-cü ildə və sonrakı perspektivdə artım proqnozlarını müsbət dəyərləndirmək mümkündür. Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur. 2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də təsdiqlənib. Prezident İlham Əliyevin təsdiqlədiyi sənədə əsasən Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 000,0 manat, xərcləri 6 919 860 000,0 manat məbləğində müəyyənləşdirilib.

Rəqəmlərdən də göründüyü kimi, gələn ilin büdcə daxilolmaları və xərcləri ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artacaq. Bu müsbət tendensiya isə ölkə iqtisadiyyatında müşahidə edilən inkişaf dinamikası ilə bağlıdır. 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 faizi, onun cari xərclərinin isə 70 faizi sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. Cari ilin göstəriciləri ilə müqayisədə bu, 7 faiz çoxdur. Xərclərin 24,5 faizi, sosialyonümlü xərclərin isə 57 faizi məhz əməyin ödənişi xərclərinin payına düşür.

Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünə əsasən   növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur. Bu vəsait cari ilin müvafiq göstəricinə nisbətən 510 milyon manat və ya 6 faiz çoxdur. Əməyin ödənişi üzrə yönəldiləcək vəsaitin həcminin artırılmasının nəzərdə tutulmasını, həmçinin bu məqsədlə digər mənbələrdən əlavə vəsaitlərin cəlb edilməsi imkanlarını nəzərə aldıqda deyə bilərik ki, növbəti ildə də əməkhaqlarının artırılması ənənəsi davam etdiriləcək.

Orta aylıq əməkhaqqı ilə bağlı gözləntilər müsbətdir

Ölkə üzrə orta aylıq əməkhaqlarının artım dinamikası kifayət qədər yüksəkdir. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat olub. Həmçinin 2024-cü ildə də orta aylıq əməkhaqqının artacağı gözlənilir. Maliyyə Nazirliyinin saytında dərc olunan 2024-2027-ci illər üçün büdcə proqnozlarına əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək 1153 manata çatacaq. Bu ilin yekunları üzrə isə orta aylıq əməkhaqqının 930 manat səviyyəsində olması gözlənilir.

Beləliklə, 2027-ci ildə orta aylıq nominal əməkhaqqının artımı cari illə müqayisədə 24 faiz təşkil edəcək. Həmin dövrədək illər üzrə orta aylıq əməkhaqqının artım proqnozları aşağıdakı kimidir: 2024-cü il üçün orta aylıq əməkhaqqı 980 manat, 2025-ci ildə - 1038 manat, 2026-cı ildə - 1095,4 manat səviyyəsində proqnozlaşdırılır. 2024-cü ildə minimum əməkhaqqında isə dəyişiklik gözlənilmir. Hesablama Palatasının müvafiq qanun layihəsinə verdiyi rəydə bu göstəricinin 345 manat olacağı bildirilib ki, bu da 2023-cü ildəki ilə eynidir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30