KOBİA beynəlxalq arenada
07.03.2024 [10:45]
163 ölkə arasında 50-ci yerdə
Son illərdə Azərbaycan sahibkarlarının uğurları, o cümlədən də özəl sahibkarlıq subyektlərinin beynəlxalq əlaqələrinin genişlənməsi ilə bağlı xoş xəbərlər alırıq. Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) BMT-nin Qlobal Sazişinə qoşulub. Agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə uyğunlaşdırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyketlərinin yaradılmasına dəstək olmaqla qlobal dayanıqlı inkişaf strategiyasına öz töhfəsini verməkdə davam edəcək.
Vurğulayaq ki, BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
Davamlı olaraq yaxşılaşdırılan optimal sahibkarlıq mühiti
KOBİA-nın BMT-nin Qlobal Sazişinə qoşulması ölkəmizdə özəl sektorun yüksək inkişaf səviyyəsinə çatmasının təzahürüdür. Uğurlu iqtisadi inkişaf modelinə malik olan Azərbaycan sahibkarlığın inkişafını, özəl bölmədə istehsal və ixrac imkanlarını genişləndirməyi hədəfləyib. Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən bu kursa uyğun olaraq respublikamızda liberal iqtisadiyyatın inkişafı güclü şəkildə təşviq olunur, sahibkarlara dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bütövlükdə, son illərdə respublikamızda liberal iqtisadiyyatın inkişafına hesablanan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Xüsusilə Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında həyata keçirilən iqtisadi məzmunlu islahatlar çərçivəsində biznes mühitinin ardıcıl olaraq optimallaşdırılması istiqamətində zəruri tədbirlər görülür. İndiyədək respublikamızda ixracın və investisiyaların səmərəli təşviq mexanizmləri işə salınıb. Sahibkarlara geniş vergi güzəştləri tətbiq olunur. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti davamlı olaraq uzadılır. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılması qadağan edilib. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna edilir. Dövlət tərəfindən verilən dəstək sayəsində milli sahibkarların beynəlxalq bazarlara və sərgilərə çıxışları təmin olunur. Paytaxtda və regionlarda büdcə vəsaitləri hesabına yaradılan müasir infrastruktur ölkə üzrə sahibkarlıq şəbəkəsinin genişlənməsinə güclü təkan verib.
Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə də sahibkarlığın stimullaşdırılması üçün bir sıra təşviq tədbirləri nəzərdə tutulub. O cümlədən bəhs olunan ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İşğaldan azad edilmiş ərazinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu azadolma müvafiq qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.
Aparılan belə məqsədyönlü siyasət respublikamızda sahibkarlığa marağı əhəmiyyətli dərəcədə artırıb. Bu gün dövlət qayğısından bəhrələnən çoxsaylı sahibkarlar milli iqtisadiyyatımızın inkişafına öz sanballı töhfələrini verirlər. Qürurverici haldır ki, hazırda azərbaycanlı sahibkarlar tərəfindən buraxılan məhsullar beynəlxalq sərgilərdə uğurla nümayiş olunaraq milli brendlərimizə inamı artırır.
Qlobal dayanıqlı inkişaf məqsədləri və Azərbaycanın milli öhdəliyi
Məlumat üçün bildirək ki, “dayanıqlı inkişaf” termini ötən əsrin 80-ci illərindən başlayaraq iqtisadi, sosial leksikona daxil olub. Dayanıqlı inkişafla bağlı BMT tərəfindən 1992-ci ildə Rio de-Janeyro şəhərində keçirilən konfransda bu konsepsiyanın əsas istiqamətləri müəyyənləşdirildi, XXI əsrdə dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən dayanıqlı inkişaf konsepsiyasının hazırlanması zərurəti dilə gətirildi. Sonrakı mərhələdə müxtəlif dövlətlər tərəfindən ayrılıqda, o cümlədən ayrı-ayrı beynəlxalq tədbirlərdə bu konsepsiyanın başlıca istiqamətləri diskussiya predmetinə çevrilməklə insanların qlobal kontekstdə öz gələcəklərini müəyyənləşdirməsi üçün yeni müzakirə platforması yaratmış oldu. Hazırda bunu zəruri edən çoxsaylı şərtlər mövcuddur. Çünki dünyada sosial, iqtisadi inkişaf qeyri-proporsional şəkildə mövcuddur və fərqli mədəni-siyasi coğrafiyalarda müxtəlif kəmiyyət və keyfiyyət göstəricilərinə sahibdir. Ancaq buna baxmayaraq, hər nə qədər siyasi-coğrafi fərqlilik olsa belə, problemin mövcudluğu qloballaşan dünyada ümumi mənzərə yaradır. Bu həm sosial, həm də iqtisadi müstəvidə müşahidə edilir və müəyyən inkişaf mərhələsindən sonra qlobal ekoloji və digər müstəvilərə transfer olunur. Bu səbəbdən bütün bəşəriyyət üçün aktual olan dayanıqlı inkişaf konsepsiyası ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşımalıdır.
Azərbaycan dayanıqlı inkişaf konsepsiyasını mənimsəyən və bu kontekstdə milli platformada xüsusi proqram qəbul edən ölkələrdəndir. Ölkəmizin dayanıqlı inkişafı zəruri edən əsas prinsiplərlə, o cümlədən də iqtisadi inkişafla bağlı özünəməxsus proqram və konsepsiyası var. Son illərdə Azərbaycan Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünyada ən dinamik iqtisadi inkişaf göstəriciləri ilə fərqlənib. Respublikamız dayanıqlı inkişaf üzrə qlobal çağırışların əsas qayəsini təşkil edən sosial proqramların yerinə yetirilməsinə özünün getdikcə artan iqtisadi potensialına əsaslanmaqla adekvat yanaşma nümayiş etdirir. Başqa sözlə desək, respublikanın iqtisadi imkanları genişləndikcə əhalinin həyat təminatı, rifah halının yaxşılaşması ilə bağlı layihələrin yerinə yetirilməsi də müvafiq surətdə intensivləşir. O cümlədən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkədə aparılan islahatların tərkib hissəsidir.
Cənubi Qafqazın lider dövləti
Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün gördüyü tədbirlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin müstəqil ekspertləri tərəfindən hazırlanan “Dayanıqlı İnkişaf 2022” hesabatı da təsdiqləyir. Qeyd edək ki, hesabat Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulmuş 17 ümumbəşəri inkişaf məqsədlərini əhatə etməklə hazırlanır. 2022-ci il üçün hazırlanmış hesabat sənədində ölkəmiz əvvəlki illə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb. Hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cu yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur.
Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dır ki, bu da Azərbaycanın göstəricisindən aşağıdır. Hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq kimi Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub. Hesabatda müəyyən edilmiş altməqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də irəliləyiş əldə edilib (qismən və ya nəzərəcarpacaq), 7-si üzrə isə DİM məqsədlərinə çatılıb.
KOBİA “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artıracaq
Yaranan yeni qlobal çağırışlara uyğun olaraq iqlim dəyişmələri və enerji transformasiyası BMT-nin “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”ndə xüsusi yer tutur. Ölkələr öz siyasətlərində bu kimi məsələlərin prioritetliyini təmin etməlidirlər. BMT-nin müvafiq sazişinə qoşulan KOBİA 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artıracaq.
Artıq bu istiqamətdə fəaliyyətlərə start verilib. Belə ki, bugünlərdə ayrı-ayrı sahibkarlıq subyektlərinə strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib. Strateji investisiya layihələri üzrə ilk təşviq sənədinin verildiyi bərpaolunan enerji istehsalı layihəsinin reallaşması nəticəsində ölkə iqtisadiyyatına 417 milyon manat investisiya yatırılacağı, 45 yeni iş yerinin açılacağı gözlənilir. Prezident
İlham Əliyevin 1 fevral 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” çərçivəsində ilk investisiya təşviqi sənədi məhz bərpolunan enerji istehsalı sahəsi üzrə “Acva Pover Azərbaycan Renevable Energy” MMC-yə verilib. İnvestisiya təşviqi sənədi “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyana “Bakı KOB evi”ndə təqdim olunub. Qeyd edək ki, investisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38

