Ən ali hisslərdən biri...
05.02.2025 [09:11]
Vətənpərvər gənclik parlaq gələcəyin təminatıdır!
Vətənpərvərlik - Vətəni sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hissidir. Tarixin bütün dönəmində Azərbaycan ərazisində dövlətlərin yaranmasından bu günə qədər bu zəngin ənənə yaşayır. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş dövlətçilik durur. Azərbaycan xalqının yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətləri, qəhramanlıq tarixi, dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir. Hər bir dövlətin varlığı və gələcəyi, həm də gənclərin tərbiyəsindən aslıdır. Gənclərin ideoloji baxımdan hazırlığı, düşünülmüş ardıcıl gənclər siyasətinin nəticəsidir.
Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar məktəblərimizdə tərbiyə alır və formalaşır. Danılmaz faktdır ki, məktəblərimizdə təbliğ edilən vətənpərvərlik ideyaları gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hissləri aşılayır. Məktəbdə müəllimin vəzifəsi təkcə bilik verməklə məhdudlaşmır, bu, eləcə də vətənə layiqli şəxsiyyət yetişdirməkdir.
Vətənpərvərlik də digər hisslər kimi tərbiyəyə möhtacdır
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, ölkəmizdə vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Çünki Azərbaycanı dünyaya tanıdan dövlət xadimlərinin, ziyalılarının nümunələri də gənc nəsl üçün bir tərbiyə məktəbidir.
Ekspertin sözlərinə görə, biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik: “Şah İsmayıl Xətai, Babək, Mehdi Hüseyinzadə, Həzi Aslanov və yüzlərlə belə igid sərkərdələrimizin şəxsi nümunəsi əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq minlərlə qəhrəman,vətənpərvər yetişdirib. İnsanın ən ali hissi olan vətənpərvərlik anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir. Yeniyetmə və gənclərimizin bu ruhda tərbiyəsi həmişə təlim-tərbiyə işinin, istər ailədə, istərsə də təhsil ocaqlarında ən mühüm istiqamətlərdən biri olmuş və olmalıdır”.
Vətənpərvərlik tərbiyəsi təkcə təhsil müəssisələrində aparılmır
N.İsrafilov bildirib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi təhsildə prioritet tələbdir və bu şəkildə də müəyyənləşdirilməlidir: “Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi çox əhəmiyyətli və xüsusi yer tutur. 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində xüsusi bir hadisədir. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu itirdiyimiz torpaqları özümüzə qaytardı. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə deyil,eyni zamanda, şəxsi şücaətləri ilə yadda qaldı. Qəlbi vətən eşqi ilə yanan mərd oğullarımız şanlı tariximizə öz qanları ilə yeni qələbə yazdılar. Gənclərimizdə vənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərdəndir. Şübhəsiz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Onu da qeyd etmək istəyirəm ki, vətənpərvərlik tərbiyəsi təkcə tərbiyə və təhsil müəssisələrində aparılmır”.
Ailənin də rolu böyükdür...
Ekspert qeyd edib ki, vətənpərvərlik tərbiyəsində hər bir gəncin doğulub, boya-başa çatdığı ailənin də böyük rolu vardır: “Gənclərin bir vətəndaş kimi yetişməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Gənclər bir insan, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına, kör-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlara vətən sevgisi aşılamaq üçün ilk növbədə valideynlər o ruhda olmalıdırlar. Son dövrlərdə gənclərimizin vətənpərvərlik tərbiyəsinə diqqət daha da artırılıb. Təhsil müəssisələrinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması üçün müəyyən vəzifələr qoyulub. Bu məqsədə çatmaq üçün məktəb və ailə uşaqlarda vətənə, xalqa məhəbbət hissi tərbiyə etməklə yanaşı, onlarda vətən qarşısında şərəf və borc hissini də qüvvətləndirilməlidir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25

