Qanunlara dəyişiklik edildi...
13.02.2025 [08:31]
Peşə təhsili sahəsində güzəştlər tətbiq olunacaq!
Ötən gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Sözügedən iclasda bir sıra mühüm məqamlara toxunulub.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, ilkin hesablamalara görə, işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan azı 3000 nəfər şəxsin peşə təhsili üzrə cəmi təhsil haqqı xərcləri təqribi 3,5 milyon manat təşkil edəcək.
A.Vəliyev qeyd edib ki, təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qüvvədə olduğu müddətdə həyata keçirilməsi nəzərdə tutulur.
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Azərbaycanda təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər təklif olunub.
İclasda müzakirəyə çıxarılan layihəyə əsasən, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilir.
Qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.
Qeyd olunub ki, layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.
STEAM tətbiqinin genişləndirilməsi nəzərdə tutulur
Bu günlərdə elm və təhsil sahəsi üçün mühüm olan başqa bir tədbir də baş tutub. Azad olunan ərazilərdə STEAM layihəsinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov fevralın 1-dən etibarən Şuşada 1 nömrəli məktəbin tərkibində STEAM layihəsinin tətbiqinə başlanıldığını da qeyd edib.
O, xatırladıb ki, 2024-2025-ci tədris ilində STEAM Azərbaycan layihəsi 398 məktəbi, 252 min 711 şagirdi əhatə edib: “STEAM təhsili alan şagirdlərin 47 faizi qız, 53-ü isə oğlandır. Bundan başqa, 21 STEAM mərkəzi, bir STEAM İnnovasiya mərkəzi fəaliyyət göstərir”.
Layihə rəhbəri STEAM çərçivəsində qadınların rolundan da söz açıb: “Məqsədimiz qadınların elmi innovativ təşviqi prosesinin gücləndirilməsidir. Beynəlxalq STEAM Azərbaycan festivalında 352 qadın iştirakçımız olmuşdu. Bu da qadınların elmdə rolunun nə qədər böyük olduğundan xəbər verir”.
Ən böyük hədəflərimizdən biri bu olmalıdır...
Elm və Təhsil Nazirliyinin əməkdaşı Ayla Həsənova bildirib ki, gələn ilə qədər ölkə üzrə bütün məktəbli qızların STEAM layihəsinə cəlb olunması əsas hədəflərdəndir. Onun sözlərinə görə, növbəti illərdə həmçinin cinsi ayrı-seçkiliyə yol verilməməsinə də xüsusi önəm veriləcək: “Məktəblilərin STEAM yanaşmalı bilik, bacarıqlarının artırılması əsas vəzifələrimizdəndir”.
“Azərbaycan Qadınları Elmdə” təşkilatının təsisçisi Günel Ağabəyli isə tədbirin əsas məqsədindən danışıb: “Qızları və gənc qadınları elmi sahələrə təşviq etmək bizim ən böyük hədəflərimizdən biri olmalıdır. Onların uğurlarını vurğulamaqdan çəkinməməliyik. Elm və Təhsil Nazirliyi üçün qadınların elmi sahələrinə cəlb olunması ümumi məlumatlılığın artırılması prioritet məsələlərdəndir. Hesab edirəm ki, ölkədə qadınların təhsildə irəliləməsi üçün hər cür şərait yaradılır”.
Tədbir çərçivəsində xüsusi hazırlanan videoçarx nümayiş etdirilib. Tədbirin növbəti hissəsi təlim sessiyasından ibarət olub.
Ekspert Kamran Qasımovun rəhbərlik etdiyi “Keçmişdən gələcəyə: qadınların innovasiyada rolu” adlı interaktiv qrup işində iştirakçılar qadınların elm və texnologiyada keçmiş və indiki dövrdəki töhfələrini təhlil edilib.
Sonda isə STEAM İnnovasiya Mərkəzinə təşkil edilən ekskursiya çərçivəsində gənclər müxtəlif elmi və innovativ layihələrlə tanış olublar.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

