10233142 nəfər olduq!
16.05.2025 [09:54]
Dövlətin uğurlu demoqrafiya siyasəti davam edir
Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edib. Ölkəmiz iqtisadiyyatın dinamik inkişafı və iqtisadi artım tempinə görə regionun lider dövlətinə çevrilib. Sözsüz ki, respublikamızda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramları demoqrafiya və əhalinin inkişafına müsbət təsirini göstərməkdədir.
Demoqrafik siyasət-dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin say və struktur dinamikasını sabit saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasətdir. Əhalinin doğum sayı, nikah, boşanma, yaş strukturu və onun ölüm miqdarına təsir edən demoqrafik siyasət geniş mənada ya əhalinin artması ilə eyniləşdirilir, ya da onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir.
Məlumdur ki, hər bir ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlıdır. Bu mənada əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur. Demoqrafik siyasətin düzgün qurulması isə əhalinin siyahıyaalınması prosesinin nəticələrindən çox asılıdır. Ölkənin sosial-iqtisadi vəziyyəti əhali artımında mühüm rol oynayır.
Dünyada əhalinin sayı artacaq...
BMT-nin proqnozlarına görə, bir sıra Avropa ölkələrində əhalinin ümumi sayının azalmasına baxmayaraq, dünyada əhalinin ümumi sayı 2025-ci ildə artacaq və 8 milyard nəfərdən çox olacaq. Məlumdur ki, əhalinin nəzarət olmadan artımı ilə mübarizə aparan ölkələr üçün hələ bunun universal həlli mövcud deyil, lakin bir sıra regionların təcrübəsi göstərir ki, bu problem həll olunandır. Bunun üçün hər bir ölkənin spesifik xüsusiyyətlərini nəzərə alan uzunmüddətli kompleks proqramların həyata keçirilməsi vacibdir. Bir daha qeyd etmək lazımdır ki, demoqrafik problemlər iqtisadi, sosial, siyasi, ekoloji və başqa problemlərlə sıx bağlıdır.
Dövlət Statistika Komitəsi (DSK) ölkəmizdə doğum, ölüm, nikah və boşanma sayı ilə bağlı son rəqəmlərin hesabatını təqdim edib.
Azərbaycan əhalisinin sayı artıb
2025-ci ilin yanvar-mart aylarında əhalinin sayı 8253 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il aprel ayının 1-i vəziyyətinə 10233142 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
3 ay ərzində ölkədə doğum sayı
Dövlət Statistika Komitəsinin aylıq hesabatında həmçinin ölkədə doğum sayı barədə rəqəmlər qeyd olunub. Bildirilib ki, bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.
Azərbaycanda ölüm sayı məlum olub
DSK-dan verilən məlumata görə, ölkəmizdə ölüm sayı azalıb. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14172 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 5,6-ya düşüb.
Boşananların sayı azalıb...
Komitənin hesabatında qeyd olunub ki, Azərbaycanda nikahların sayı artıb, boşanmaların sayı isə azalıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11206 nikah və 4765 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
736 əkiz, 42 üçəm doğulub
Bundan başqa, DSK ötən dövr ərzində dünyaya gələn əkiz və üçəm uşaqların sayı barədə hesabatı təqdim edib. Məlumatda qeyd olunub: “Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olub.
Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olub”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

