Strateji əhəmiyyətə malik Sərəncam
22.05.2025 [08:34]
Mətbuatımız dövlətin diqqətindədir...
2025-ci il Azərbaycan mətbuatı tarixində ən əlamətdar illərdən biridir. Bu il milli mətbuatımızın 150 ili tamam olur. Məlumdur ki, 150 il öncə görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb.
Dövlətimiz tərəfindən Azərbaycan mətbuatının inkişafı üçün hər zaman çoxsaylı addımlar atılıb. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına fundamental töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 25-də “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda “Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşdüyü qeyd olunub. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə 150 illik yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək.
Mediamız hər zaman dövlətin himayəsindədir
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə bağlı Prezidentin sərəncamı həm də strateji əhəmiyyətə malik olan dövlət sənədidir. Bu bir daha ölkədə medianin inkişafına, dövlətin dəstəyinin artıq fasiləsiz bir instituta çevrildiyini göstərir: “Fərmanda geniş miqyaslı tədbirlər nəzərdə tutulur. Bu tədbirlərin miqyası elə tərtib olunub ki, bütün cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, medianın özünün və müxtəlif dövlət strukturlarının bu prosesin içində aktiv subyektlər kimi iştirakı planlaşdırılıb. Prezidentin sərəncamı medianın dövlət himayəsində olduğu kimi əhəmiyyətli bir strateji əhəmiyyətli sosial təzahürü göstərir. Eyni zamanda, hər kəsdə bir inam yaradır ki, Azərbaycan mediası əbədi şəkildə dövlətin himayəsində olacaq. Çünki təcrübə göstərir ki, dövlət himayəsindən məhrum olan media uzun müddət yaşaya bilməz. Hətta yaşadığı müddətdə də güclü ola bilməz”.
Hər zaman milli mətbuatımızın inkişafını görəcəyik
A.Quliyevin sözlərinə görə, təkcə yubiley illərində Azərbaycan mətbuatına qayğı göstərilmir: “Ölkə başçısı tərəfindən Azərbaycan mətbuatına daim qayğı var. Prezidentin birbaşa rəhbərliyi, diqqəti ilə bugün Azərbaycan mətbuatı 150 il bundan qabaq yaranmış ənənəsini nəinki davam etdirir, hətta bu mətbuatın inkişafında əhəmiyyətli rol oynayır. Hesab edirəm ki, Prezidentin bu sərəncamdan irəli gələn tapşırıqların hamısı yerinə yetiriləcək. Azərbaycan mətbuatının 150-160-170 - 200 illik tarixində də milli mətbuatımızın yaşamasını, inkişafını görəcəyik”.
Yubileylərin qeyd olunması mühüm rola malikdir
Baş redaktor qeyd edib ki, milli kimliyimizin, düşüncə azadlığımızın formalaşmasında mətbuatın yeri danılmazdır: “Məbuat Azərbaycanda söz və fikir azadlığı, ictimai dialoq və maarifçilik ənənələrini yaşadır. Bu gün Azərbaycan mətbuatı ölkə başçısının diqqət və qayğısı ilə tam əhatə olunub. Təsadüfi deyil ki, Prezidentin milli mətbuatımızın inkişafına dair imzaladığı Sərəncamlar da bu diqqət və qayğının təzahürüdür. Azərbaycan milli mətbuatının yubileylərinin qeyd olunması ölkə həyatında ictimai-siyasi və mədəni hadisə kimi xüsusi yer tutur. Milli mətbuat tarixinin öyrənilməsi və yeni nəsillərə ötürülməsi baxımından belə yubileylərin qeyd olunması mühüm rola malikdir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamlar istər mətbuat tariximizin dərin köklərini, istərsə də müasir medianın inkişafına verilən dövlət dəstəyini əks etdirir. Ölkə başçısının son sərəncamı da milli mətbuatımızın keçdiyi yolu, eləcə də ictimai formalaşmadakı rolunu yüksək qiymətləndirir”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

