Kəngərliyə 4-cü köç...
28.05.2025 [08:33]
“Böyük Qayıdış”ın növbəti ünvanı
Tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün və xalqımızın milli ləyaqətinin bərpasını təmin edən şanlı Zəfər istər ölkəmizdə, istərsə də bütövlükdə, Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirdi. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda sürətlə davam edən genişmiqyaslı quruculuq işləri dövlətin siyasi iradəsini, xalqın birliyini, ruh yüksəkliyini ortaya qoyur. Vandal ermənilər tərəfindən məhv edilən tarixi abidələrimiz bərpa olunur. Yerlə-yeksan edilmiş, viran qoyulmuş şəhərlərimiz yenidən qurulur. Yeni evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli qoyulur.
Bütün bunlar bizi illərlə həsrətində olduğumuz Qarabağa qovuşdurur, Böyük Qayıdışı reallaşdırır. Çünki dövlət siyasətimiz həmin ərazilərin müasir tələblərə uyğun qurulmasına, əzəli Qarabağ torpaqlarında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Artıq keçmiş məcburi köçkünlərimizin doğma yurdlarından səsləri eşidilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın qayıtması nəzərdə tutulur.
“Qafqazın Xirosiması”
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi. İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var idi. Ağdamdakı memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Bu maddi-mənəvi abidələr müxtəlif bölgülər əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilmişdir.
Yeni dövrə qədəm qoyan Ağdam!
Qədim insanların yaşayış məskənlərindən olan Ağdam Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olub. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı və 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. 1993-cü il iyul ayının 23-də Ağdamın işğal tarixini 20 noyabr 2020-ci il qələbə tarixi ilə əvəzlədi. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Beləliklə, 27 ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız dalğalandı.
2544 nəfər üçün planlaşdırılıb
Ağdamın yeni həyat başladığı kəndlərindən biri Kəngərlidir. Bu il mayın 10-da Prezident İlham Əliyev Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib, sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Qeyd edək ki, Ağdamın mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə, kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Daha 48 ailə...
Ötən gün Kəngərliyə növbəti - dördüncü köç baş tutub. Bu mərhələdə Kəngərli kəndinə 48 ailə - 206 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xatırladaq ki, Kəngərliyə ikinci köç mayın 20-də baş tutub. Həmin gün kəndə 50 ailə - 207 nəfər köçürülüb. Üçüncü köç isə mayın 23-də reallaşıb. Bu zaman 232 nəfərdən ibarət 49 ailə doğma torpağına qovuşub.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

