Motivasiya və hədəf!
03.10.2025 [08:26]
III MDB Oyunları ilə gənclərin inkişafı...
Respublikamız özünü dünya səviyyəli və genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi təsdiq edib. Azərbaycan dəfələrlə dünyanın hər yerindən minlərlə tamaşaçı toplayan əhəmiyyətli idman hadisələri üçün arenaya çevrilib. Ölkəmiz sentyabrın 28-dən etibarən mühüm bir tədbirə ev sahibliyi edir. Məlumdur ki, oktyabrın 8-nə qədər Azərbaycanda III MDB Oyunları keçiriləcək. Yarışlar yeddi şəhərimizdə - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Qeyd edək ki, III MDB Oyunlarının uşaqlar və gənclərimizin fiziki inkişafına təsiri çoxşaxəlidir. Bu tip tədbirlər yalnız idmançıların hazırlığını və bacarıqlarını inkişaf etdirməklə kifayətlənmir, həm də onların sosial, psixoloji və əxlaqi inkişafına müsbət təsir edir. Gənclər arasında sağlam həyat tərzinin təbliği və fiziki aktivliyin artırılması, uzunmüddətli olaraq cəmiyyətin sağlamlıq səviyyəsini yüksəltməkdə mühüm rol oynayır.
Azərbaycana böyük etimadın göstəricisi
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Anar Məmmədov bildirib ki, ölkəmizdə beynəlxalq yarışların təşkil olunması həm də yerli idman infrastrukturunun inkişafına təkan verir. Deputat qeyd edib ki, bu, gənclər üçün daha yaxşı idman obyektlərinin və imkanlarının yaranmasına səbəb olacaq: “İdman müəssisələrinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə gənclərin fiziki inkişafı üçün daha əlverişli şərait yaradılır. Mühüm siyasi, iqtisadi və humanitar forumlara, konfranslara, idman və musiqi yarışmalarına ev sahibliyi etməklə beynəlxalq tədbirlər məkanına çevrilən, idman ölkəsi kimi özünü təsdiq edən Azərbaycan bu günlərdə “Hər qəlbdə bir qələbə” şüarı altında III MDB Oyunlarına evsahibliyi edir. Ölkəmizin idman həyatı üçün əlamətdar olan III MDB Oyunlarının bölgələrimizdə keçirilməsi bu təşkilata üzv ölkələrin Azərbaycana böyük etimadının açıq göstəricisidir”.
Səmimiyyət və liderliyin gücü!
A.Məmmədovun sözlərinə görə, sentyabrın 28-də qədim Gəncə şəhərində 12 ölkədən 1619 idmançının və 2313 nümayəndə heyətinin iştirak etdiyi III MDB Oyunlarının təntənəli açılış mərasimində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirak etməsi idmansevərlər üçün əsl bayrama çevrildi: “Açılış mərasimindən əvvəl dövlət başçısının və Birinci xanımın 44 günlük Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşü, təntənəli açılış mərasimini uşaqlarla birlikdə izləmələri xüsusi rəmzi məna daşıyırdı. Bu addım Prezident və Birinci xanımın gənc nəsil üzərindəki diqqətini göstərən bir simvol idi. Məlumdur ki, uşaqlar müharibənin ən həssas qrupunu təşkil edir və onların psixoloji, fiziki və sosial rifahı gələcəyin sağlam cəmiyyətini qurmaq üçün son dərəcə önəmlidir. Bu görüşün həyata keçirilməsi, müharibə sonrası dövlətin bir tərəfdən müharibə qurbanlarına, digər tərəfdən isə gələcək nəsillərə olan münasibətini göstərir. Gənc nəslin bu qədər böyük faciələrdən sonra belə dövlətin qayğısını və diqqətini hiss etməsi onların gələcəkdə daha sağlam bir şəraitdə böyümələrinə səbəbdir”.
Gənclərə ilham mənbəyi olacaq...
Deputat sonda qeyd edib ki, III MDB Oyunları Azərbaycanda keçirilən bir idman tədbiri olmaqla yanaşı, gənclərin sosial, emosional və intellektual inkişafına mühüm təsirlər göstərəcək: “Bu oyunlar, yalnız idmançılara deyil, həm də ölkənin gənc əhalisinə çoxşaxəli faydalar təmin edəcək. Gənclərin həyatı üçün böyük bir motivasiya mənbəyi olan bu cür tədbirlər, həm idman sahəsində, həm də şəxsi inkişaf baxımından önəmli dəyişikliklərə səbəb olacaq. Bir çox gənc məşhur idmançılara baxaraq, onların həyatına və təcrübələrinə diqqət edir. İdmançıların məşqləri, dözümlülük və mübarizə ruhu gənclərə öz həyatlarında da uğur qazanmaq üçün ilham mənbəyi olur. Bu oyunlar, həmçinin gəncləri yalnız fiziki deyil, həm də zehni cəhətdən sağlam qalmağa təşviq edir”.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45

