Ölkəmizdə sosial infrastruktur layihələri uğurla icra edilir
14.06.2017 [09:56]
Regionlarda yenidənqurma və quruculuq-abadlıq işlərinin görülməsi davamlı xarakter daşıyır
Ölkəmizdə 2004-cü ildən həyata keçirilən regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin sürətli inkişafını təmin etməklə yanaşı infrastrukturun yenilənməsində də əsaslı rol oynayır. Son 13 ildə respublikamızın inkişafında regionlarda aparılan yenidənqurma, quruculuq-abadlıq işləri, yeni məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin qurulması, yenilənməsi mühüm əhəmiyyət daşıyır. Artıq illərdir ki, dünyada maliyyə böhranı hökm sürsə də, ölkəmizdə sosial sferada bu və ya digər layihələrin həyata keçirilməsinə böyük həcmli sərmayələr yönəldilir. Bir sözlə bölgələrdə yeni məktəb, xəstəxana, tibb müəssisəsi tikilməsi, yolların qurulmsı, körpülərin salınması prosesi uğurla davam etdirilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da bildirildiyi kimi, son bir ildə ölkədə bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça tikilib və ya əsaslı təmir olunub.
Bundan başqa, küçə və xiyabanların yenidən qurulması, yeni parkların salınması, iaşə obyektlərinin tikintisi regionlarımızın yeni, müasir sima almasında əsaslı rola malikdir. Onu da qeyd edək ki, bu istiqamətdə işlər hazırda da davam etməkdədir. Məsələn, verilən məlumata görə, Sabirabad rayonunun Qaralar kəndində yeni tibb məntəqəsi istifadəyə verilib. ABŞ və Azərbaycan hökumətlərinin birgə dəstəyi nəticəsində tikilən və kənd sakinlərinin ixtiyarına verilən bu məntəqə 3 min nəfərə yaxın kənd sakininə xidmət göstərəcək.
Qazax rayonunda isə çoxmənzilli binalar təmir olunur. Təmir-bərpa işlərinə artıq bir neçə aydır ki, başlanılıb. Qeyd etmək yerinə düşər ki, hazırda şəhərdəki 77 çoxmənzilli binada yenidənqurma-təmir işləri aparılır. Binaların dam örtüyündə, fasad hissəsində, dəhliz və bloklarda da təmir işləri görülür. Eyni zamanda, binaların giriş hissəsinə yeni dəmir qapılar qoyulur. Artıq binaların əksəriyyətində təmir-bərpa işləri nəzərdə tutulan vaxtdan tez başa çatdırılıb. Digər binalarda isə işlər sürətlə davam etdirilir.
Rayonun mərkəzində - Qazax şəhərində tikinti-quruculuq işləri də geniş vüsət alıb. Belə ki, şəhərin küçə və meydanları, xiyabanları əsaslı şəkildə yenidən qurulur, Qazax şəhəri gündən-günə daha da gözəlləşir. Şəhərin giriş hissəsində olan hasarlar müasir ornamentlə bəzədilib. Səkilərin kənarlarına qazon otu və həmişəyaşıl gül kolları əkilib. Aparılan bu yenidənqurma işləri şəhərin giriş hissəsinin görkəmini baxımlı və gözəl edib.
Qərb bölgəsinə daxil olan Şəmkir rayonunda da əsaslı təmir-bərpa işləri aparılır, küçə və xiyabanlar yenidən qurulur. Rayon mərkəzində aparılan abadlıq-quruculuq, sosial infrastruktur layihələri davam etməkdədir. Görülən işlər çərçivəsində Şəmkir şəhər küçələrinin bir çoxu yenidən qurulur, bəzilərində təmir-tikinti işləri aparılır. Məsələn, hazırda yenidən qurulan Şəmkir şəhər Əhməd Cavad küçəsində işlər tamamlanmaq üzrədir. Küçənin hər iki istiqaməti boyu yaradılmış piyada səkilərinə dekorativ daşlar düzülür və sakinlərin rahat hərəkət etmələri tam nəzərə alınır. Küçə boyu müasir işıq dirəklərinin quraşdırılması nəzərdə tutulub. Digər telekommunikasiya və rabitə xətləri də qaydaya salınmaq üçün tədbirlər həyata keçirilir. Yaxın günlərdə küçəyə asfalt-beton örtüyünün qoyulması üçün son tamamlama işləri görülür.
Ölkənin şimal bölgəsində yerləşən Balakənin iki kəndində isə modul tipli yeni məktəblər quraşdırılır. Bu barədə verilən məlumatda deyilir ki, Rayonun ucqar yaşayış məntəqələrindən olan Sarıbulaq və Salban kəndlərində ibtidai məktəblər üçün 40 və 20 şagird yerlik modul tipli yeni məktəb binaları qurulur. Yeri gəlmişkən, hər iki məktəb indiyədək qəzalı vəziyyətdə olan köhnə binalarda fəaliyyət göstərib. Bu məqamda qeyd olunmalıdır ki, modul tipli məktəblər azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması ilə fərqlənir. Hər iki məktəb binasının 15 sentyabr - Bilik günündə şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da digər quruculuq işləri ilə yanaşı ali təhsil ocaqları üçün yeni tədris obyektlərinin istifadəyə verilməsi artıq ənənə halı alıb. KİV-in yaydığı məlumata görə, ötən ilin mart ayından başlayaraq Naxçıvan Dövlət Universiteti şəhərciyi ərazisində iqtisad fakültəsi üçün yeni tədris korpusunun inşasına başlanılıb. Obyektdə genişmiqyaslı quruculuq işləri həyata keçirilib, ərazi abadlaşdırılıb. Hazırda binada son tamamlama işləri gedir. Artıq binada istilik sistemi quraşdırılıb, kommunikasiya və elektrik xətləri çəkilib. Yeni korpusun ərazisində abadlıq işlərinə başlanılıb. İki mərtəbədən ibarət olan yeni binada 102 yerlik akt zalı, toplantı zalı, kompüter otağı, 21 auditoriya yaradılıb. Bu korpusda 792 tələbə təhsil ala biləcək.
Naxçıvan şəhərində inşaat işlərinin geniş vüsət aldığı daha bir obyekt isə Naxçıvançayın kənarında əhalinin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcək istirahət mərkəzidir. Mərkəzin binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq. Bundan başqa, binanın zirzəmisində avtomobillər üçün dayanacaq, bərbər, qadın gözəllik salonu, qazanxana və xidməti otaqlar fəaliyyət göstərəcək. Qalan mərtəbələr istirahət otaqları, kafelər və digər əyləncə obyektləri üçün nəzərdə tutulub. Burada idman zalı, üzgüçülük hovuzu, tədbirlər zalı qonaqların ixtiyarına veriləcək. İstirahət mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq, yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Yeni tikilidə dövrün və şəhərin xarakterik xüsusiyyətləri əks olunacaq, burada Şərq memarlığı elementlərinə, xüsusilə Naxçıvan memarlıq məktəbinə aid üsluba geniş yer veriləcək. Memar Cəmil Quliyevin layihəsi əsasında inşa olunan bina tamamlandıqdan sonra şəhərin ən görməli yerlərindən birinə çevriləcək.
Obyektə yaxın ərazidə isə dəmir konstruksiyalar əsasında qurulan istirahət və əyləncə mərkəzində işlər “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə həvalə edilib. Üç mərtəbədən ibarət olacaq binada boulinq salonu və atış zalları yaradılacaq. Digər mərtəbələrdə isə kafe, uşaq və böyüklər üçün əyləncə yerləri və mağazalar fəaliyyət göstərəcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə də xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Yol-nəqliyyat infrastrukturunun gücləndirilməsi sahəsində reallaşdırılan layihələrin əsas məqsədi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bu, həm də dövlətin vətəndaşlara göstərdiyi qayğının təzahürüdür.
Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Naxçıvan Yol Təmir-Tikinti İdarəsinin iş icraçısı Sabir Rəfiyevdən aldığımız məlumata görə, hazırda Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yolda yenidənqurma işləri aparılır. 7 kilometrə yaxın olan yolun hərəkət hissəsi genişləndirilib, 3 kilometr hissəyə asfalt örtüyü salınıb. Yeni çəkilən yolun eni 7,2 metr olacaq.
Qeyd edək ki, adıçəkilən kəndlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün də müvafiq tədbirlər görülüb. Əhalinin rahatlığına xidmət edən bu tədbirlərin davamı olaraq cari ildə Uzunoba Su Anbarından çəkilən kanal əsaslı təmir olunur.
Ölkəmizin cənubunda yerləşən Astaranın Pəlikəş kəndində isə yeni xəstəxana binası istifadəyə verilib. Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən, Azərbaycan Kənd İnvestisiya Layihəsi (“AzKİL-2”) çərçivəsində tikilmiş birmərtəbəli, 15 çarpayılıq kənd sahə xəstəxanasında xəstələrin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb. 1972-ci ildə inşa edilmiş uyğunlaşdırılmış binada yerləşən kənd sahə xəstəxanasının yerində inşa edilmiş yeni səhiyyə müəssisəsinin xidmətindən ərazidə yaşayan 7000 nəfər əhali yararlanacaq. Qeyd edək ki, yüksək dağlıq ərazidə yerləşən Pəlikəş kəndinin yolları da abadlaşdırılıb. Bu kəndə Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli avtomobil yolu salınıb. On iki min nəfərə xidmət edən 21 kilometr uzunluğunda olan Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması və yolun açılışında dövlətimizin başçısının iştirak etməsi əhali tərəfindən böyük razılıqla qarşılanıb. Eləcə də ərazidə yeni məktəb binaları tikilib istifadəyə verilib, körpülər salınıb, elektrik təsərrüfatı yenilənib. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin iyunun 8-də imzaladığı “Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da dövlətimizin başçısının Astaraya və astaralılara göstərdiyi diqqət və qayğının təzahürüdür. Park-bulvarın ərazisi genişləndiriləndən sonra ətrafında yaradılacaq müasir turizm infrastrukturu - mehmanxana, hotellər, idman-əyləncə və iaşə obyektləri şəhərə xüsusi yaraşıq verəcək.
Nəhayət, Ağcabədi rayonunun Aran kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib. Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində inşa edilən 40 yerlik uşaq bağçasında iki qrup fəaliyyət göstərəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

