/ / Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlərə sahibkarlar da öz töhfələrini verirlər
Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlərə sahibkarlar da öz töhfələrini verirlər
05.10.2017 [10:03]
Dövlət tərəfindən ayrılan güzəştli kreditlər hesabına iş adamları bölgələrdə yeni təsərrüfatlar və müəssisələr yaradırlar
Bu gün öz inkişafına görə dünyada nümunə kimi göstərilən Azərbaycanda bütün sahələr uğurla inkişaf edir. Və düşünülmüş şəkildə həyata keçirilən siyasət nəticəsində əldə edilən uğurlardan ölkəmizin hər bir regionuna pay düşüb. Bu da səbəbsiz deyil. Çünki ölkəmizdə regionların sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib və bu məqsədlə 2004-cü ildən etibarən icra edilən müvafiq Dövlət proqramları çərçivəsində çoxşaxəli işlər görülüb.
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bu məqama toxunan dövlət başçısı “Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir” deyib.
Bəli, ötən müddətə nəzər saldıqda qarşıya qoyulan məqsədə nail olunduğunu görürük. Yəni, regionlarımız inkişaf edib, bölgələrdə infrastruktur layihələri icra edilib, sahibkarlıq üçün hərtərəfli şərait yaradılıb və bütün bunların nəticəsi olaraq ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf edir. Digər tərəfdən, vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına sahibkarlar da öz töhfələrini verirlər. Təbii ki, bu prosesdə dövlətin sahibkarlara dəstəyi də xüsusi rol oynayır. Yeri gəlmişkən, yuxarıda bəhs edilən müşavirədəki nitqində bu məqama da toxunan dövlət başçısı deyib ki, fermerlərin, sahibkarların işini yüngülləşdirmək üçün bir çox önəmli tədbirlər görülmüşdür: “İlk növbədə, onlara maddi resurs verilməli idi. Biz də bunu edirik. Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilmişdir və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulmuşdur”.
Belələliklə, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq ölkədə sahibkarlar üçün münbit şərait yaradılıb, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər verilir. Bu kreditlər hesabına iş adamlarımız bölgələrdə yeni təsərrüfatlar və müəssisələr yaradırlar və bu proses davamlı xarakter daşıyır. Buna misal olaraq bildirək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sentyabrın 21-də Şamaxı rayonunun Sabir qəsəbəsində keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 277 min manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,2 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində fond tərəfindən Şamaxı rayonunun iqtisadi potensialına uyğun olaraq, taxılçılıq (qarğıdalı), cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin təşkili və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit ayrılıb.
Tədbir çərçivəsində eyni zamanda Şamaxıda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq kompleksinə və üzümçülük təsərrüfatına baxış keçirilib. Məlumat üçün bildirək ki, ümumilikdə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə üzümçülüyün inkişafı ilə bağlı 260-dan çox sahibkara 33,6 milyon manat güzəştli kredit verilib. Heyvandarlığın inkişafı məqsədilə isə 23700-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 628 milyon manat güzəştli kredit ayrılıb. Maliyyələşdirilmiş heyvandarlıq komplekslərindən 20-si istifadəyə verilib, 4-də isə tikinti-quraşdırma işləri aparılır.
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara isə 226 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, bağçılıq, mineral su istehsalı və sairə sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 40-a yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Sahibkarlara güzəştli kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qusar rayonunun Aşağı İmamqulu kəndində keçirilən işgüzar forum çərçivəsində təqdim olunub. Forumda Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı, qablaşdırma materialı istehsalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bildirilib ki, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilir. Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2017-ci ilin ötən dövrü ərzində 1056 sahibkarlıq subyektinin ümumi dəyəri 267 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 72,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 186,5 milyon manat güzəştli kredit (bu tədbirdə verilən kreditlər də daxil olmaqla) verilib.
İşgüzar forum çərçivəsində Qusarda güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatına baxış keçirilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 1300-dən çox sahibkarın bağçılıq təsərrüfatlarının yaradılması ilə bağlı investisiya layihəsinin maliyyələşdirilməsinə 73 milyon manat güzəştli kredit verilib.
Dövlətin diqqət və qayğısından Lənkəran iqtisadi rayonu ərazisində fəaliyyət göstərən sahibkarlara da pay düşüb. Belə ki, verilən məlumatlara görə bu yaxınlarda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 460 min manat güzəştli kredit verilib. Qeyd olunub ki, bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, tekstil məmulatlarının istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək və 50-yə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. Kreditlərin verilməsi məqsədilə keçirilən işguzar forum çərçivəsində Lənkəranda güzəştli kredit ayrılmış çay və sitrus təsərrüfatlarına baxış da keçirilib.
Məlumat üçün bildirək ki, indiyədək ümumilikdə çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 milyon manat, sitrus bağlarının yaradılması üçün isə 40-dək sahibkara 1,7 milyon manat güzəştli kredit verilib.
Fondun təşkilatçılığı ilə Zaqatala rayonunda keçirilən işgüzar forum çərçivəsində isə Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib. Fonddan verilən məlumatda deyilir ki, kreditlər əsasən, aqroparkın yaradılması, heyvandarlıq, tütünçülük, bağçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Bəhs edilən işgüzar forum çərçivəsində əvvəlcə Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, çayçılıq və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, tütün, çay və fındıq emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Təqdimat zamanı dövlətin sahibkarlara dəstəyi istiqamətində atılan addımlardan ətraflı bəhs edilib.
O da bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu günədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2251 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,4 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə, indiyədək ölkədə tütünçülüyün, çayçılığın və fındıqçılığın inkişafı ilə bağlı 270 sahibkara 24 milyon manat güzəştli kredit verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

