/ / Cari ilin 9 ayında respublikamızın şəhər və rayonlarının sosial-iqtisadi həyatında bir sıra uğurlar qazanılıb
Cari ilin 9 ayında respublikamızın şəhər və rayonlarının sosial-iqtisadi həyatında bir sıra uğurlar qazanılıb
14.10.2017 [09:40]
Hesabat dövründə görülən işlərin müsbət nəticələri bu ilin də regionlarımız üçün yüksək inkişaf ili olacağını söyləməyə əsas verir
Regionun əsas iqtisadi güc mərkəzi olan Azərbaycanın inkişafını şərtləndirən əsas faktorlardan biri ölkəmizin regionlarının yüksək dinamik inkişafıdır. 2003-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yeri yaradılıb, əhalinin maddi gəlirləri əsaslı şəkildə artıb. Faktiki olaraq, Azərbaycanın regionları ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Bu isə birbaşa o reallığı ifadə edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin etməklə, respublikamızın iqtisadi potensialının da artmasını şərtləndirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı hesabat dövründə görülmüş işləri müsbət qiymətləndirib. Doqquz ayda iqtisadi göstəricilərimizin də çox müsbət olduğunu bildirən dövlətimizin başçısı deyib: “Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.
Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində, əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür”.
Lənkəranda ümumi məhsul buraxılışı 2,1 faiz artaraq 310,5 milyon manat təşkil edib
Sevindirici haldır ki, ötən 9 ayda respublikamızın regionlarında da görülən işlərin nəticəsi kifayət qədər yüksəkdir. Bunu şəhər və rayonlarımızda sözügedən dövrdə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müzakirələrdə səslənən fikirlər də təsdiq edir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda keçirilən müşavirədə deyib ki, hesabat dövründə ölkəmizin bütün bölgələri kimi, Lənkəranın da sosial-iqtisadi və mədəni həyatında bir sıra uğurlar qazanılıb. O, rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, irihəcmli layihələrin vaxtında icra edildiyini və yeni layihələrin icrasına başlanıldığını bildirib.
Hesabat dövrünün ən əlamətdar hadisəsi kimi sentyabrın 2-də Prezident İlham Əliyevin Lənkəran şəhərinə səfərinin əhəmiyyətini yüksək dəyərləndirən T.Qaraşov dövlətimizin başçısının yeni obyektlərin açılışında iştirakının və əməkçilərlə iş başında səmimi görüşünün hər bir rayon sakininə böyük sevinc bəxş etdiyini vurğulayıb. T.Qaraşov çıxışında həmçinin sentyabrın 3-də Prezident İlham Əliyevin Sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirildiyini diqqətə çatdıraraq ölkə başçısının müşavirədə söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqinin lənkəranlılar qarşısında mühüm vəzifələr qoyduğunu bildirib.
Qeyd olunub ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışı 2,1 faiz artaraq 310,5 milyon manat təşkil edib. Kənd təsərrüfatında işlərin daha da sürətlənməsi hesabına məhsul istehsalının həcmi artıb. Yeni çay və sitrus plantasiyaları salınıb, çəltik zəmiləri genişləndirilərək 526,5 hektara çatdırılıb, çəltik emalı zavodu tikilib istifadəyə verilib. Cari ildə rayonda 1443 ton çəltik məhsulu tədarük olunub və hazırda yığım davam etdirilir. Sahibkarlığa Kömək Milli Fondunun xəttilə sahibkarlara və iş adamlarına 352 min manat güzəştli kreditlər verilib.
Bu dövrdə rayonun Təngivan kəndində 36 yerlik yeni modul məktəb binası, Moloja kəndində 100 şagird yerlik əlavə tədris korpusu, evləri qəzalı vəziyyətdə olan ailələr üçün rayonun ayrı-ayrı yaşayış məntəqələrində Fövqəladə Hallar Nazirliyi tərəfindən 5 fərdi ev tikilib istifadəyə verilib. Göyşaban yol dairəsindən Heydər Əliyev prospektinə qədər məsafədə 10 min kvadratmetr sahəyə asfalt döşənib. Şəhərdaxili küçələrdə 14,7 min kvadratmetr sahə əsaslı təmir edilərək asfaltlanıb.
Hesabat dövründə şəhərdəki 21 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib, 5 çoxmənzilli yaşayış binasının pilləkən qəfəsləri təmir olunaraq rənglənib. Park və bağlarda 37 min ağac, dekorativ ağac və gül kolları əkilib. Magistral yollar boyunca və küçələrdə 15 min kvadratmetr hasar təmir edilərək rənglənib və 3 min paqonmetr bardür, 3,7 min kvadratmetr tamet döşənib. Ötən müddətdə rayonda ümumilikdə 2858 yeni iş yeri açılıb. Onlardan 2134-ü daimi iş yeridir.
Astarada ümumi əkin sahəsi 2300 hektara qədər artırılıb
Astara rayon İcra Hakimiyyətinin geniş Şura iclasında da bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Toplantıda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev oktyabrın 9-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdıraraq bildirib ki, Prezidentin ölkəmizin cənub bölgəsinə səfəri, yeni obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi ötən dövrdə ən yaddaqalan hadisələrdəndir.
Qeyd olunub ki, respublika müşavirəsində aqrar sektorun inkişafı ilə əlaqədar dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması ilə əlaqədar Astarada da mühüm tədbirlər həyata keçirilib. Belə ki, rayonda ümumi əkin sahəsi 2300 hektara qədər artırılıb. Əlavə olaraq daha 1370 hektarda da əkin aparılması nəzərdə tutulub. Yaşayış məntəqələrində çay və sitrus bitkilərinin əkini üçün yararlı olan 2235 hektar torpaq sahəsinin də gələcəkdə əkin dövriyyəsinə qaytarılması üçün tədbirlər müəyyənləşdirilib.
Yığıncaqda bildirilib ki, iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artaraq 148,2 milyon manata çatıb. Doqquz ayda rayonda sosial məsələlərin həllinə diqqət artırılıb, bir sıra yeni obyektlər tikilərək istifadəyə verilib.
Prezidentin 2017-ci il 8 iyun tarixli Sərəncamına uyğun olaraq, Astara şəhərində park-bulvar kompleksinin genişləndirilməsi işlərinə başlanılıb. Park-bulvar və çimərlik ərazisində “AAAF Park Astara” layihəsi çərçivəsində idman sağlamlıq kompleksləri tikilib istifadəyə verilib. Həmçinin şəhərin prospekt və küçələrində tikinti-quruculuq işləri, işıqlandırma sisteminin bərpası, 2017-ci ildə mənzil fonduna daxil olan ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Kənd İnvestisiya Layihəsi çərçivəsində Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində müasir xəstəxana binası tikilib istifadəyə verilib. Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə başlanılıb, yolun 13 kilometri asfaltlaşdırılıb.
Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə əsasən, Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb.
Bu dövrdə Astara Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 941 nəfər işaxtaranın 397-si müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 15 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilərək onların özünüməşğulluğu təmin edilib.
Bildirilib ki, hesabat dövründə rayonda aqrar sahənin inkişafına diqqət artırılıb: “Rayonda çəltik sahələri genişləndirilərək 447,5 hektara çatdırılıb. Bu, ötən illə müqayisədə 3 dəfə çoxdur. Rayon üzrə 446,55 hektar sahədən 1797,95 ton məhsul yığılaraq orta məhsuldarlıq 40,3 sentnerə çatdırılıb. Taxıl əkini aparılmış 180,3 hektar sahədən 362,4 ton taxıl məhsulları yığılıb, orta məhsuldarlıq 20,1 sentner olub. Çay plantasiyalarından 347,2 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilib. Hazırda yaşıl çay yarpağının yığılması davam etdirilir”.
İclasa yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verib, 2017-ci ilin doqquz ayında görülən işlərin nəticələrinə əsasən, bu ilin ölkəmizdə olduğu kimi, Astara rayonu üçün də yüksək inkişaf ili olacağına əminliyini bildirib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

