Regionlarda kənd yaşayış məntəqələrinin su təchizatı yaxşılaşdırılır
21.12.2017 [09:54]
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılır
Azərbaycanda reallaşdırılan yüksək səviyyəli infrastruktur quruculuğu siyasətinə uyğun olaraq ayrı-ayrı bölgələrin su və kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində böyükhəcmli işlər yerinə yetirilib. Artıq ölkə üzrə su və kanalizasiya layihələrinin icra olunduğu şəhər və rayon mərkəzlərinin sayı 47-yə çatıb. İndiyədək 47 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, əlavə olaraq 9-da isə su şəbəkəsinin inşası yekunlaşıb. Bundan başqa, 300-dən çox kənddə də içməli su layihələri icra olunur. Görülən işlər nəticəsində ölkə üzrə fasiləsiz içməli su alan əhalinin xüsusi çəkisi 66 faizə yüksəlib.
“Azərsu” ASC-dən verilən məlumatda bildirilir ki, hazırda respublikanın ayrı-ayrı bölgələrində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq yeni su və kanalizasiya layihələrinin icrası da uğurla davam etdirilir. 2017-ci ilin əvvəlindən bəri respublika üzrə yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib. Dövlət başçısının 2017-ci il 17 mart tarixdə imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncamın icrası yüksək səviyyədə təmin edilir. Sərəncama uyğun olaraq, 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılır. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 milyon manat vəsait ayrılıb.
Sabirabad rayonunun 18 kəndinin 40 minədək sakini keyfiyyətli içməli su ilə təmin edilib
Bu məqamda qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Sabirabad rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Sabirabad rayonunun Qaralar kəndində açılış mərasimi keçirilib. Açılış mərasimində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Sabirabad rayonunda içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli suyun verilməsi təmin edilib.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov bildirib ki, Sabirabad rayonunda həyata keçirilən layihə qısa müddətdə icra olunub. “2014-cü ildə Kür sutəmizləyici qurğularından Sabirabad şəhərinə yeni magistral su kəmərinin çəkilməsi kəmərin marşrutu boyu yerləşən kəndlərin su təchizatı üçün əlverişli imkan yaratmışdır. Layihənin icrası nəticəsində kənd sakinləri yüksəkkeyfiyyətli içməli su ilə təmin olunurlar”, - deyə K.Həsənov vurğulayıb.
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Sabirabad rayonunda icra olunan layihələr Əsədli, Məmişlər, Qaralar, Qəfərli, Qaraqaşlı, Balakənd, Qalağayın, Axısxa, Kovlar, Yenikənd, Qəzəli, Balvar, Həsənli, Cavad, Qaralı, Kürkənd, Suqovuşan və Surra kəndlərini əhatə edib. Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib.
Tərtər rayonunun 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
“Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, dövlət başçısının yuxarıda bəhs edilən Sərəncamına uyğun olaraq Tərtər rayonunda həyata keçirilən layihə çərçivəsində rayonun 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində açılış mərasimi keçirilib.
Açılış mərasimində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, rayonun sudan əziyyət çəkən kəndlərində icra olunan layihələrin sakinlərin sosial-məişət şəraitinin yaxşılaşmasına səbəb olduğunu diqqətə çatdırıb.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub. Artıq şəhər sakinləri fasiləsiz və keyfiyyətli içməli su və mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təmin olunurlar. Tərtər şəhərində yeni yaradılmış su təchizatı sistemləri bəzi ətraf kəndlərin də su təminatının yaxşılaşmasına imkan yaradıb. “Rayonun Seyidimli, Hacıqərvənd, Buruc, Səhləbad, Əskipara, Düyərli, Yenikənd, Sarıcalı, Qarağacı kəndlərinə içməli su Tərtər şəhərinə çəkilmiş yeni magistral kəmərdən və şəhərin su şəbəkəsindən verilib. Rayonun Cəmilli kəndinin su təchizatı isə subartezian quyusu hesabına təmin ediləcək. Açılış mərasimi keçirilən İsmayılbəyli kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,1 kilometr su xətti çəkilib, 10 ədəd bulaq quraşdırılıb. Bununla da kəndin 1600-dək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb”, - deyə S.Seyidov bildirib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatında bildirilir ki, ümumilikdə yeni layihələr çərçivəsində kəndlərdə 37,4 km su xətləri çəkilib və ümumi istifadə üçün 92 ədəd bulaq quraşdırılıb. Bütövlükdə isə yeni su təchizatı layihələrindən Tərtər rayonunun 11 kəndinin 17 min 300 nəfər sakini faydalanıb.
Goranboy rayonunda kəndlərin su təchizatı yaxşılaşıb
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Goranboy rayonunda həyata keçirilən layihə də uğurla yekunlaşıb. “Azərsu” ASC-dən verilən məlumatda bildirilir ki, layihə çərçivəsində rayonun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Goranboy rayonunun Veyisli kəndində açılış mərasimi keçirilib. Mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər Goranboyda aparılan abadlıq və quruculuq işlərindən danışıb. Bildirib ki, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin böyük bir hissəsinin Goranboy rayonunda məskunlaşdığını xatırladaraq yeni salınmış Veyisli köçkün qəsəbəsinə içməli suyun verilməsini mühüm hadisə adlandırıb.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov ölkədə reallaşdırılan layihələr hesabına insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu diqqətə çatdıraraq vurğulayıb: “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 170 kənddə yeni su təchizatı infrastrukturlarının yaradılması nəzərdə tutulub. Artıq kəndlərdə tikinti-quraşdırma işləri yekunlaşıb və kəndlərin böyük bir hissəsinə suyun verilməsi təmin edilib. 2018-ci ildə respublikanın digər kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün araşdırmalar davam etdirilir”.
Kənd sakinləri bildiriblər ki, uzun illər ərzində subartezian quyularının suyundan istifadə ediblər. Son illər subartezian quyularının məhsuldarlığının azalması su təminatında çətinliklər yaradıb. Buna görə əhali içməli suya olan tələbatını uzaq məsafədə yerləşən artezianlardan və bulaqlardan ödəmək məcburiyyətində qalıb. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Goranboy rayonunda icra olunan layihə Veyisli və Abbasqulular kəndlərini, həmçinin Veyisli məcburi köçkün qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Murovdağ-Goranboy magistral su xətti seçilib. Magistral kəmərdən Abbasqulular və Veyisli kəndlərinə, həmçinin Veyisli məcburi köçkün şəhərciyinə su xətləri çəkilib. Rayonun Veyisli və Abbasqulular kəndlərində 8,6 kilometr uzunluğunda kənddaxili su xətləri çəkilib və ümumi istifadə üçün 13 bulaq quraşdırılıb.
Veyisli məcburi köçkün qəsəbəsində isə hər bir fərdi yaşayış evi içməli su ilə təmin olunub. Belə ki, qəsəbədə yaradılmış paylayıcı şəbəkə vasitəsilə 600 ünvana birləşmə verilərək abonentlər sayğacla təmin olunublar. Bununla yanaşı, kəndin yaxınlığında heyvandarlıqla məşğul olan əhali üçün əlavə layihə işlənib, 7 bulaq qoyularaq suyun verilməsi təmin edilib.
Qeyd edək ki, “Azərsu” ASC cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 2013-cü ildə təmas xəttinin yaxınlığında yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində içməli su layihəsi icra edilib. Layihə çərçivəsində Ballıqaya-Goranboy magistral su xəttindən Tapqaraqoyunlu kəndinə 14 kilometr magistral su xətti çəkilib, hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Eyni zamanda, müxtəlif diametrli borularla 35,6 kilometr uzunluğunda paylayıcı şəbəkə yaradılaraq 800 ünvana birləşmə verilib. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

