Yeni təsərrüfatlar regionlarda iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir
29.12.2017 [09:55]
Bölgələrdə yaradılan aqroparklarda 10 min yeni iş yerinin açılması, il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı nəzərdə tutulur
Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə boyu müasir infrastruktur obyektləri istifadəyə verilib və bölgələrin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Regionlarda yeni generasiya güclərinin yaradılması, qaz, su təminatının möhkəmlənməsi, yol-nəqliyyat şəbəkəsinin əsaslı şəkildə yenidən qurulması özünün dərin sosial əhəmiyyəti ilə yanaşı, həm də bölgələrdə iqtisadi aktivliyə müsbət təsir göstərməsi baxımından ciddi önəm kəsb edir. Yüksək səviyyəli infrastruktur təminatından bəhrələnən investorlar regionlarda müxtəlif təyinatlı emal müəssisələrinin, yeni təsərrüfatların yaradılmasına böyük maraq göstərirlər. Tam əminliklə demək olar ki, son illərdə investorların Azərbaycanın müxtəlif bölgələrinə geniş axını başlayıb. Bölgələrdə özəl sahibkarlıq subyektlərinin sərmayələri və hərtərəfli dövlət dəstəyi hesabına yaradılan müəssisələr uğurla fəaliyyət göstərir, eyni zamanda, yeni təsərrüfatların yaradılması istiqamətində intensiv iş aparılır.
“Balxurma”nın məhsulları həm daxili, həm də xarici bazarlara çıxarılacaq
“Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin Balakən rayonunun Katex kəndində yeni fəaliyyətə başlayan meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsi cari mövsümdən etibarən daxili və xarici bazarlara qablaşdırılmış formada yüksəkkeyfiyyətli məhsullar çıxaracaq. Dekabrın 22-də MMC-nin yeni emal müəssisəsinin açılış mərasimi olub.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev xurmanın Balakəndə ən çox istehsal edilən və bol məhsul verən meyvəçilik sahələrindən biri olduğunu bildirib. Balakən xurmasının dadına, növlərinə, keyfiyyətinə görə digər rayonlarda yetişən xurmadan fərqləndiyini vurğulayan İcra Hakimiyyətinin başçısı hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsinin 843 hektar təşkil etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə rayonda 15 min tondan çox xurma istehsal olunub.
Tədbir iştirakçıları müəssisənin emal prosesi ilə yaxından tanış olublar. Bildirilib ki, emal müəssisəsi müasir standartlara cavab verən avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunub. Müəssisədə emal olunan xurma və digər meyvələr Balakən rayonunun sakinlərinin şəxsi bağlarından yığılan tam gigiyenik və ekoloji cəhətdən təmiz məhsullardır. Burada istehsal olunan məhsullar daxili bazarla yanaşı, MDB, həmçinin bir sıra Avropa və ərəb ölkələrinə ixrac ediləcək. Bununla da təsərrüfat sahibləri öz məhsullarını yerli bazarlarda satmaqla yanaşı, xarici bazarlara da çıxarmaq imkanı qazanacaqlar.
Hazırda müəssisədə 70 nəfər rayon sakini işlə təmin olunub. Gələcəkdə işçilərin sayının 150 nəfərə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, cari ilin sentyabrında Moskva şəhərində keçirilən “WorldFood Moscow” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və sərgi təşkilatçılarının diqqətini cəlb edən “Balxurma” 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüb.
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində istifadəyə verilən yeni müəssisədə keyfiyyətli süd məhsulları istehsal edilir
Bir qədər bundan əvvəl Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yeni süd məhsulları istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Yeni istehsal müəssisəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondu tərəfindən 251 min manat vəsait ayrılıb. Ümumilikdə isə müəssisənin işə salınmasına sahibkarın şəxsi vəsaiti də daxil olmaqla, 564 min manat vəsait sərf olunub.
Müəssisədə Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. Həmin avadanlıqların istehsal gücü 1 tona yaxındır. Burada istehsalda xammal kimi istifadə olunan süd muxtar respublikanın rayon və kəndlərində fəaliyyət göstərən fermer və fərdi heyvandarlıq təsərrüfatlarından alınır. İnsan orqanizmi üçün vacib elementlərlə zəngin olan 100 faiz təbii süddən xama, pendir, ayran, dovğa istehsal olunur və “Epi” əmtəə nişanı ilə daxili bazara çıxarılır.
Müəssisənin rəhbəri Elşad Məmmədov bildirib ki, süd məhsulları istehsalı müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluq probleminin həllinə də öz töhfəsini verib. Belə ki, ilkin mərhələdə burada 10 nəfər işlə təmin olunub. Gələcəkdə işçilərin sayının daha da artırılması nəzərdə tutulur.
“Füzuli Aqroparkı”nın yaradılmasında əsas məqsəd strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin aqrar sahənin intensiv metodlarla inkişaf etdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq bölgələrdə aqroparkların yaradılmasına başlanılıb. İndiyədək ölkənin regionlarında 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqroparkı” və Qərb bölgəsində “Şəmkir Aqroparkı”dır.
Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində 40-dək aqroparkın yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.
Daha bir aqropark Füzuli rayonunun Haramı ərazisində yaradılır. “Füzuli Aqroparkı”nın yaradılmasında əsas məqsəd ölkəmizdə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir.
2700 hektar ərazini əhatə edən aqroparkda lazımi infrastruktur yaradılıb. Yeraltı su boruları, 11 ədəd müasir pivot suvarma sistemi, nasosxana və hidratlar qurulub. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək.
Aqropark ərazisinin 1500 hektarında yüksək reproduksiyalı, məhsuldar payızlıq buğda səpilib. Hazırda ziyanvericilərə, gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır. Yazda isə min hektarda soya və qarğıdalı əkilməsi nəzərdə tutulur. Layihə üzrə bütün işlər 2018-ci ildə tam başa çatdırılacaq.
Xaçmazda yaradılan emal fabrikində ildə 3 min ton toxum istehsal ediləcək
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, Xaçmaz rayonunda toxum emalı fabrikinin tikintisinə başlanılıb. İllik istehsal gücü 3 min ton toxum olan fabrik rayonun Qaraçay-cek kəndində inşa olunur.
Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarət olacaq.
Fabrikin fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı həyata keçiriləcək.
Tikinti işlərinə dekabr ayının əvvəllərindən başlanılıb. 2018-ci ildə istifadəyə veriləcək toxumçuluq müəssisəsində istehsal edilən, eyni zamanda, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçiriləcək. Toxumçuluq müəssisəsində quraşdırılacaq avadanlıqlar Türkiyədən gətirilib.
Yeni yaradılan fabrikdə şimal bölgəsində məhsuldarlığı ilə seçilən “Qobustan”, “Qarabağ-22”, “Fatimə” kimi sortların istehsalına üstünlük veriləcək.
Cocuq Mərcanlıda emal müəssisəsinin yaradılması böyük rəmzi məna daşıyır
Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində yem emalı müəssisəsinin təməli qoyulub. Bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilib. Təməlqoyma mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsindən, iqtisadiyyatın şaxələndirilməsindən danışıb. Həmçinin regionların tarazlı və davamlı inkişafı sahəsində reallaşdırılan tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasının və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və Böyük Qayıdışın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində icma əsaslı biznesyönümlü layihələrin reallaşdırılması, o cümlədən yem emalı müəssisəsinin inşası kənddə məşğulluğun təmin olunmasına, regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda yeni yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin inkişafına şərait yaradacağını deyib. “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsinin nümayəndəsi Timoti Madigan bildirib ki, yem emalı müəssisəsinin fəaliyyəti nəticəsində gələcəkdə Cocuq Mərcanlıda təsərrüfatlar yemlə təmin olunacaq. Layihə çərçivəsində yem emalı avadanlığı üçün otaq və anbar inşa olunması nəzərdə tutulur. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıq quraşdırılacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

