/ / Bölgələrin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində mühüm addımlar atılır
Bölgələrin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində mühüm addımlar atılır
06.03.2018 [10:14]
Aran iqtisadi rayonunda da bu istiqamətlərdə işlər davamlı xarakter daşıyır
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrin tərəqqisinə təkan verən uğurlu siyasət həyata keçirilir. Daha dəqiq desək ölkəmizdə həyata keçirilən siyasi kurs istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir.
Bu məqamda xüsusi olaraq qeyd edək ki, 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün bölgələrinin inkişafına təkan verib. Məhz bu kontekstdə son 14 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin fasiləsiz elektrik enerjisi, qazlaşdırma və içməli su təminatı istiqamətində atılan addımları xüsusilə vurğulamaq lazımdır. Bu istiqamətdə həyata keçirilən işlər isə davamlı xarakter daşıyır. Elə 2017-ci il ərzində Aran iqtisadi rayonunun bəzi rayonlarında qeydə alınan göstəricilər də bunu deməyə əsas verir.
Məsələn, ötən il Aran iqtisadi rayonuna daxil olan Bərdə rayonunda 32 kəndin elektrik şəbəkəsinin yenidən qurulması üçün tədbirlər görülüb. 35/10 kv-luq Bəcirəvan yarımstansiyasında 4 MVA transformator 7,5 MVA transformatorla əvəz edilib. Şəbəkədə 85 ədəd 10 kv-luq və 253 ədəd 0,4 kv-luq beton və metal dirəklər basdırılıb. Bundan başqa, 121,7 km SİP kabel çəkilib. Rayonda il ərzində istehlak edilmiş elektrik enerjisinin dəyəri 92,1 faiz, keçən ilin müvafiq dövründəkindən 3,7 faiz çox ödənilib.
Rayonda ötən il ərzində həmçinin qazlaşdırma ilə bağlı da mühüm tədbirlər görülüb. Belə ki, podratçı təşkilatlar tərəfindən 172,3 km-dən çox qaz xətləri, o cümlədən 92,9 km magistral qaz kəmərləri çəkilərək, 1 ədəd Qaztənzimləyici, 107 ədəd siyirtmə və 1090 ədəd sayğac quraşdırılaraq Otuzikilər, Bayramlı və Mollalı kəndləri qazlaşdırılıb, 1090 ailəyə təbii qaz verilib. Hazırda rayonun 110 yaşayış məntəqəsindən 106-sı və ya 96,4 faizi, abonentlərin 99 faizindən çoxu təbii qazla təmin edilib. Xüsusi qeyd edilməlidir ki, bu ilin əvvəlində rayonun Lənbəran kəndinə təbii qaz verilib. Eləcə də Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülür. Bununla yanaşı, istehlak edilmiş qazın dəyərinin 86 faizi, o cümlədən əhali qrupu üzrə 90 faizi, qeyri-əhali qrupu üzrə 74 faizi ödənilib.
Rayonda içməli su təminatı istiqamətində də tədbirlər görülür. Belə ki, “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 fevral 2017-ci il tarixli 2693 saylı Sərəncam əsasında 1500 nəfər əhalinin yaşadığı Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərinin sakinlərinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğular quraşdırılıb. Həmçinin rayonun Kərimbəyli, Mollaəhmədli və Qasımbəyli kəndlərində 12,8 km su xətləri çəkilib, 9 ədəd su qülləsi quraşdırılıb, küçələrdə 51 ədəd bulaq və 6 krant tikilərək 1750 nəfər əhalinin içməli su təchizatı yaxşılaşdırılıb.
Aran iqtisadi rayonuna daxil olan Göyçay rayonunda da ötən il enerji istehsalı, qazlaşdırma və içməli su təminatı yönündə mühüm addımlar atılıb. Belə ki, “Azərsu” ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi üçün tədbirlər görülüb, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq bütövlükdə 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular, o cümlədən 101 ədəd bulaq quraşdırılıb. Qurğuların istifadəyə verilməsi həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatını yaxşılaşdırmağa imkan verir.
Ötən il Göyçayda əhalinin təbii qazla təminatının yaxşılaşdırılması üçün 9 ədəd yeni tipli qaz tənzimləyici şkaflar quraşdırılıb. Eləcə də 1243 p.m müxtəlif diametrli qaz boruları yeniləri ilə əvəz olunub.
Aran iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunda da ötən il atılan addımlar rayon əhalisinin elektrik enerjisi, qaz istehlakı və içməli su təminatı yönündə inkişafı şərtləndirib. Verilən məlumata görə, 2017-ci ildə əhaliyə göstərilən xidmətlər daim diqqət mərkəzində saxlanılıb. Rayon Elektrik Şəbəkəsi tərəfindən istehsal edilən və satışa ötürülən 124 milyon 985 min kvt.saat enerjinin dəyəri 10 milyon 312 min manat olub. Bunun qarşılığında isə ümumi ödəniş 8 milyon 949 min manat olmaqla 86,8% təşkil edib. İl ərzində əhaliyə verilmiş elektrik enerji 51 milyon 370 min kvt.saat, dəyəri 3 milyon 595 min manat, toplanan vəsait isə 2 milyon 445 min manat olub ki, bu da əhaliyə verilən enerjinin 62 %-ni təşkil edir.
Vurğulamaq lazımdır ki, 2017-ci il ərzində rayonun Udullu kəndində 1 ədəd yeni 35/10 kV-luq yarımstansiya tikilib. Bununla yanaşı, 34 ədəd yeni müasir tipli KTM quraşdırılıb. Ümumilikdə il ərzində rayonda 973 ədəd 10 kV-luq dəmir-beton aralıq dayaq basdırılıb, 35 km məsafədə yeni 10 kV-luq xətt çəkilib, 3762 ədəd 0,4 kV-luq SİP dayağı, 80,6 km məsafədə yeni SİP kabel xətti quraşdırılıb. Eləcə də rayonun Qarasu kəndi ərazisində 1 ədəd yeni 110/35/10 kV-luq yarımstansiya inşa edilib, yarımstansiyada 1 ədəd 110/35/10 kV-luq 25 mVA gücündə transformator quraşdırılıb. 10 kV-luq Qarasu h/x-də 11 ədəd metal dayaq basdırılıb və 2000 metr məsafədə naqil çəkilib. 6 kV-luq şəhər h/x-də istismara yararsız 1500 metr naqil yenisi ilə əvəz olunub, Meyniman h/x-də 14 ədəd dəmir-beton dayaq basdırılıb, 33 ədəd izolyator və 1500 metr naqil çəkilib.
Bununla yanaşı, 2017-ci il ərzində istehlakçılara dəyəri 5 milyon 360 min 254 manat olan 35,2 milyon kubmetr qaz satılıb, ödəniş 5 milyon 228 min 595 manat olmaqla 97,54% təşkil edib. Hesabat dövründə 195 ədəd fərdi yaşayış evlərində yeni qazlaşdırma işi görülüb, 709 ədəd “Smart” kart tipli sayğaclar yenisi ilə əvəz olunub.
Qeyd edilməlidir ki, ötən il rayon sukanal idarəsi tərəfindən qəsəbə və kəndlərdə 50-219 diametrlərdə 1300 metr borular yeniləri ilə əvəz olunub, 8 ədəd yeni siyirtmə qoyulub, 60 siyirtmədə təmir və yağlanma işləri aparılıb. Əhaliyə 32 ədəd “Smart” sayğac, 368 ədəd mexaniki sayğac, qeyri əhaliyə isə 36 ədəd sayğac quraşdırılıb. Navahı qəsəbəsində 7,4 km uzunluğunda polietilen boru ilə su xətləri çəkilib. Bundan başqa, 215 ədəd mexaniki sayğaclar quraşdırılıb. Qəsəbədə 2300 nəfərin su təchizatı tam yaxşılaşdırılıb. Hesabat dövründə satılan suyun dəyərinin əhali tərəfindən ödənilməsi 82%, qeyri-əhali tərəfindən ödənilməsi 78% təşkil edib.
Vurğulamaq lazımdır ki, “Azərsu” ASC tərəfindən Oğuz-Qəbələ magistral su xəttindən Birinci Udullu kəndində 5, İkinci Udullu kəndində 10, Birinci Paşalı kəndində 2, İkinci Paşalı kəndində 3, Şorbaçı kəndində 2, Qubalı kəndində 3, Tağlı kəndində 4, Kür-Bakı magistral su xəttindən Axtaçı Şirvan kəndində 14, Sabirabad-Saatlı su xəttindən götürməklə Abdulabad kəndində 14 və Padar qəsəbəsində 9 su bulağı quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ağacanlı kənində 1 sutəmizləyici qurğu quraşdırmaqla 11 bulaq inşa olunub.
Öz növbəsində İmişli rayonunda da ötən il əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatı ilə bağlı mühüm tədbirlər görülüb. Ötən il istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılıb, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilib. Bundan başqa, yeni güc mərkəzləri yaradılıb. Ötən il ərzində 420 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 115 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılıb. Belə ki, rayonun Mirili, Qaravəlli, Qızılkənd, Qulubəyli, Xəlfəli, Xubyarlı, Çaxırlı və Oruclu kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri ilə həyətyanı sahələrdən çıxarılaraq yol kənarı ilə kabel xətləri yenidən çəkilib. Rayonun Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli, Otuziki və Göbəktala kəndlərində 10 və 0,4 kv-luq şəbəkələrdə yenidənqurma işləri aparılır. İmişli Elektrik şəbəkəsində enerji təchizatında problemlərin olduğu ərazilərdə 4 ədəd yeni transformator quraşdırılıb.
Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2017-ci il ərzində 7726 yeni fərdi ev, 19 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilib. Beləliklə 2017-ci ildə təbii qaz istehlakçılarının ümumi sayı əhali sektoru üzrə 24739 abonent olub. 4456 abonentə yeni Smart tipli məişət qaz sayğacı quraşdırılıb. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 108 olub. Rayonun 37 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilib, Çahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlli kəndlərində isə qaz çəkilişi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə, İmişli şəhərinin bir neçə küçəsində fərdi qaztənzimləyici, siyirtmə və digər qurğular quraşdırılıb, qaz xətlərində təmir işləri aparılıb.
Qeyd olunmalıdır ki, rayonun Rəsullu, Məhəmmədli, Göbəktala və Şahverdili kəndləri ərazisində də su xətləri çəkilib. İmişli şəhərinin isə bütün küçə və məhəllələri içməli su ilə təmin olunub. Bundan əlavə, Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələri üçün inşa edilmiş 550 fərdi yaşayış evində mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

