Regionlarda yaz əkini işləri uğurla davam edir
25.03.2018 [10:26]
Bölgələrdə kənd təsərrüfatının inkişafına diqqətin artması bu sahədə daha yüksək nəticələrin əldə olunacağını deməyə əsas verir
Məlum olduğu kimi, Azərbaycanın son 15 il ərzində əldə etdiyi uğurların təməlində dayanan əsas amil bütün sahələrin inkişafına hədəflənmiş siyasətin reallaşdırılmasıdır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə inkişaf və tərəqqi əldə edilib. Heç şübhəsiz ki, bu inkişafdan aqrar sahəyə də pay düşüb. Daha doğrusu, son 15 il ərzində reallaşdırılan layihələr və müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verib.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da bəyan edildiyi kimi, ötən müddət ərzində ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün bir sıra mühüm addımlar atılıb, o cümlədən böyük meliorativ tədbirlər görülüb. Bu müddətdə Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib. Onların arasında, əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi yer tutur. Bunlar nəhəng tarixi infrastruktur layihələridir. Məlumat üçün bildirək ki, bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu su anbarlarının kənd təsərrüfatının inkişafına çox müsbət təsiri olacaq.
Beləliklə, bütün bu tədbirlər aqrar sahənin inkişafına daha da təkan verir. Artıq bir müddətdir ki, regionlarda yazlıq əkin işləri başlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ilin yanvar-fevral aylarında 47,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 4,1 min hektar sahədə dənli və dənli paxlalılar, 10,1 min hektar sahədə kartof, 9,6 min hektar sahədə tərəvəz, 23,6 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə digər bitkilər əkilib. Bu dövrdə diri çəkidə 78,2 min ton ət, 299,8 min ton süd, 281,9 milyon ədəd yumurta, 16,3 min ton tərəvəz istehsal olunub. 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 1,1 faiz, tərəvəz istehsalı 1,9 dəfə artıb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 43,8 faiz artıb.
Yazlıq əkin işləri hazırda hansı səviyyədədir? Bununla bağlı bəzi faktlara istinad edək. Aran rayonu olan Kürdəmirdə yazlıq bitkilərin əkininə mütəşəkkil hazırlıqlar başlanılıb və qısa vaxtda 1408 hektarda əkin aparılıb. Rayon Statistika İdarəsindən bildirilib ki, son günlər havaların əlverişli keçməsi fermerlərin və fərdi torpaq sahiblərinin yazlıq əkinə marağını artırıb. Az vaxtda 555 hektarda çoxillik otlar, 519 hektarda kartof, 331 hektarda tərəvəz bitkiləri əkilib. Əkin sahələri ötən ilin müvafiq dövründəkindən 1,4 faiz çoxdur. Yazlıq əkinlər rayonun daha çox Karrar, Atakişili, Köhünlü, Mehdili, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində aparılıb. Rayonda bu mühüm kampaniya sürətlə davam etdirilir.
Ölkəmizin şimalında yerləşən Balakən rayonunun təsərrüfatlarında da yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 594 hektar sahədə yazlıqların əkini aparılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 hektar çoxdur. Məhsul istehsalçıları indiyədək 263 hektar kartof, 186 hektar tərəvəz, 13 hektar lobya əkib, 132 hektar sahəyə yonca səpiblər. Qeyd edək ki, ötən il rayonda 13 min 728 hektar sahədə yazlıq bitkilər əkilib. Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.
Qeyd edək ki, cari ildə Balakən rayonunun təsərrüfatlarında 2 min hektara yaxın sahədə tərəvəz əkini proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, balakənli fermerlər bu il də faraş tərəvəz əkininə, əsasən də istixana şəraitində faraş xiyar yetişdirilməsinə böyük maraq göstərirlər. Artıq tərəvəz şitillərinin istixanalarda torpağa köçürülməsinə başlanılıb. İstehsalçılar aprelin ortalarından başlayaraq bazara ilk məhsullarını çıxaracaqlar.
Tərəvəzçilik Balakən rayonunda kənd əhalisinin əsas gəlir mənbələrindən biri hesab olunur. Ötən il balakənli fermerlər 1888 hektar tərəvəz sahəsindən 24 min 115 ton məhsul götürüblər. Tərəvəz istehsalı əvvəlki illə müqayisədə 363 ton artıb. Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2017-ci ildə məhsul istehsalçıları istixana şəraitində 349 hektar sahədə tərəvəz yetişdiriblər. Mövsüm ərzində istixanalardan 5 min 17 ton xiyar, 2 min 692 ton pomidor tədarük olunub. Hazırda təsərrüfatlarda yaz-tarla işləri davam edir.
Zaqatala rayonunun təsərrüfatlarında da yaz-tarla işlərinə başlanılıb. Cari ildə rayonda 14 min hektara yaxın sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır. Qısa müddətdə ailə-fermer təsərrüfatlarında 2 min hektardan çox sahədə yazlıq bitkilərin əkini aparılıb və bu iş davam etdirilir. Bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Qurumdan bildiriblər ki, məhsul istehsalçıları bu günədək 650 hektar sahədə kartof, 826 hektarda tərəvəz əkib, 692 hektarda yonca səpiblər.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. Tütün şitillərinin yetişdirilməsi məqsədilə fermerlər tərəfindən ümumi sahəsi 4445 kvadratmetr olan sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillər aprelin axırlarında sahələrə köçürüləcək.
Bununla yanaşı bölgələrdə üzüm bağlarının artırılması işləri də davam etməkdədir. Bu proses Samux rayonunda böyük vüsət alıb. Üzümçülük Samux əhalisi üçün kənd təsərrüfatının gəlirli sahələrindən olduğuna görə bu il də yeni bağların salınması davam edəcək. Samux rayon Statistika İdarəsindən bildirilib ki, ötən il 4 hektar sahədə yeni üzüm bağı salınıb. Beləliklə, rayon üzrə üzümlüklərin ümumi sahəsi 10 min 586 hektara çatdırılıb. Məhsuldarlıq dövründə sahələrdən hər hektara görə 9,1 ton üzüm yığılıb. Rayon üzrə isə bağlardan mövsüm ərzində 8 min 867,9 ton üzüm tədarük edilib.
Qeyd edək ki, rayon üzrə becərilən texniki üzüm sortları əsasən “Gəncə şərab - 2” istehsal müəssisəsinə təhvil verilir. Süfrə sortları olan “Təbriz” və “Kardinal” isə əsasən daxili bazarda, eyni zamanda, Rusiya bazarlarında satılır.
Ağstafada da üzümçülüklə məşğul olan fermerlər yaza hazırlaşırlar. Hazırda üzüm bağlarında quru budama işləri aparılır. Üzümçülük kənd təsərrüfatının gəlirli sahələrindən biri olduğu üçün fermerlərin bu sahəyə marağı ilbəil artmaqdadır. Fermer Asif Allahverdiyev bildirib ki, havaların əlverişli keçməsi üzüm bağlarında mövsümi işləri görməyə şərait yaradır. Hazırda plantasiyalarda quru budama işləri aparılır. Tənəklərin yararsız hissələri kəsilib atılır, dirəklər yenilənir və təmir işləri görülür.
Fermerlər ötən il sahələrdən bol məhsul topladıqlarına görə üzüm bağlarının sahələrini genişləndirməyi də planlaşdırırlar. Üzümçülük briqadiri Elman İbrahimov qeyd edib ki, üzüm becərən fermerlər məhsullarını həm yayda məhsul vaxtı, həm də anbarlarda saxlayıb qış aylarında satışa çıxarmaqla xeyli qazanc əldə edə bilirlər. Bunun üçün rayon ərazisində kifayət qədər soyuducu anbar da fəaliyyət göstərir. Üzüm sahələrinin çoxalması həm də şərabçılığın inkişafına səbəb olur.
Onu da qeyd edək ki, kənd təsərrüfatında xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də pambıqçılığın inkişafıdır. Bu sahənin inkişafı ilə əlaqədar son illər hökumət tərəfindən vacib tədbirlər görülüb. Hazırda pambıq əkininin başlanması dövrü olduğunu nəzərə alsaq, bu istiqamətdə də müvafiq qurumların, eləcə də fermerlərin səfərbər olunduğunu deyə bilərik. Martın 13-də Kənd Təsərrüfatı Nazirliyində “2018-ci ildə pambıq əkininə hazırlıq işlərinin təşkili və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən nazir Heydər Əsədov cari ildə pambıq əkilən rayonlar üzrə nazirliyin məsul işçilərindən ibarət təhkimçilərin müəyyən edilməsindən və onların qarşısında duran vəzifələrdən söz açıb. Təhkimçilərə rayonlar üzrə pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, pay torpaqlarına üstünlük verməklə əkinəyararlı, su təminatı olan sahələrin müəyyənləşdirilməsi, toxum, gübrə, pestisid və texnikaya olan tələbatın və təminatın dəqiqləşdirilməsi, sahələrdə şumun və aratın aparılmasının yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması və digər məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.
Eyni zamanda, yerlərdə pambıq əkinləri ilə bağlı yarana biləcək problemlərin (texnika, toxum, gübrə, pestisid və s.) operativ həll olunması məqsədilə “Aqrolizinq” ASC, o cümlədən nazirliyin müvafiq şöbələri və qurumları qarşısında da konkret vəzifələr qoyulub.
Tədbirdə həmçinin Aqrar Elm, İnformasiya, Məsləhət Mərkəzinin, elmi-tədqiqat institutlarının və nazirliyin yerli qurumlarının nümayəndələrinin birgə iştirakı ilə davamlı olaraq bölgələrdə pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi, gübrələrdən, pestisitlərdən düzgün istifadə olunması qaydaları barədə seminarların keçirilməsinin təşkili və digər məsələlər müzakirə olunub.
Sonda rayonlar üzrə təhkim olunmuş məsul işçilərin məlumatları dinlənilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

