Bölgələrdə abadlıq-quruculuq işləri davam etdirilir
29.03.2018 [10:20]
Həyata keçirilən təmir-bərpa və tikinti işləri nəticəsində regionların siması əhəmiyyətli dərəcədə dəyişib
Müasir dövrdə milli dövlətlərin gücünü müəyyən edən başlıca strateji faktorlardan biri uğurlu siyasət nəticəsində iqtisadi potensialın artırılmasıdır. İqtisadiyyatı güclü olan və ardıcıl islahatlar sayəsində ayrı-ayrı sahələrin tərəqqisini təmin edən dövlətlər dayanıqlı inkişaf hədəflərinə çata bilirlər. Azərbaycan da, öz növbəsində, ardıcıl və məqsədyönlü islahatlar vasitəsilə dayanıqlı inkişafı təmin edib, ölkəmizdə qarşıya qoyulan hədəflərə çatmağa imkan verən etibarlı zəmin formalaşdırılıb. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Bununla yanaşı, beynəlxalq müstəvidə maliyyə-iqtisadi böhran hökm sürdüyü halda, Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin edib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub. Digər tərəfdən, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.
Bunlarla yanaşı, uğurlu sosial siyasətin həyata keçirilməsi də milli inkişafa mühüm töhfələr verib, həmçinin vətəndaş məmnunluğunu təmin edib. Çünki əhalinin rifah halı, həyat şəraiti daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi insanların həyatında müsbət dəyişikliklərin meydana çıxmasına səbəb olub.
Ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycanın dayanıqlı inkişafını təmin edib
Ümumiyyətlə, yeni dövrün çağırışlarına müvafiq surətdə həyata keçirilən səmərəli tədbirlər ölkəmizin dayanıqlı inkişafını təmin edib. Təsadüfi deyil ki, son 15 ilin statistik göstəriciləri Azərbaycanın inkişafını əyani şəkildə əks etdirir. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft iqtisadiyyatının isə 2,8 dəfə artması, Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcminin 3,2, sənaye məhsulu istehsalının 2,6, kənd təsərrüfatı məhsulu istehsalının 1,7, büdcə gəlirlərinin 13,5 dəfə, qeyri-neft ixracının 4,1 dəfə artması bunun bariz nümunəsidir. Hazırda Azərbaycanın valyuta ehtiyatlarının 42 milyard dollara bərabər olması, işsizlik səviyyəsinin 5, yoxsulluğun isə 5,4 faizə enməsi həyata keçirilən iqtisadi və sosial siyasətin səmərəli nəticələridir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi kimi sosial-iqtisadi inkişaf siyasətinin mühüm istiqamətlərində səmərəli tədbirlər reallaşdırılır. Bütün bunlar isə ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirir.
Bunlarla yanaşı, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı da diqqət mərkəzindədir və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanın bütün bölgələrində dinamik inkişaf göstəriciləri qeydə alınıb, regionların siması əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Üçüncü proqram da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr icra edilir və artıqlaması ilə icra edilir.
Bərdə şəhərində quruculuq işləri aparılır, infrastruktur yaxşılaşdırılır
Qeyd etmək lazımdır ki, regionlarda tikinti-quruculuq və təmir-bərpa işləri də diqqət mərkəzindədir və ardıcıl şəkildə həyata keçirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev martın 26-da “Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Bərdə şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bərdə rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Qeyd edək ki, Bərdə rayonunun kəndlərində abadlıq-quruculuq işləri aparılır, infrastruktur yaxşılaşdırılır. 2017-ci ildə 15 min nəfərdən çox əhalinin yaşadığı 17 kəndi birləşdirən 25 kilometr uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolu yenidən qurulub. 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilib və 400 şagird yerlik əlavə korpus tikilib istifadəyə verilib. Qaratəpə kəndində 80 şagird yerlik modul tipli məktəb, Hacılar kəndində süd toplama məntəqəsi inşa edilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Kərimbəyli, Mollaəhmədli və Qasımbəyli kəndlərində 12,8 kilometr uzunluqda su xətləri çəkilib. 9 ədəd su qülləsi quraşdırılıb. 51 ədəd bulaq və 6 krant tikilərək 1750 nəfər əhalinin içməli su təchizatı yaxşılaşdırılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Dəymədağıldı kəndində 9,4 kilometr, Bəcirəvan kəndində 10,13 kilometr uzunluqda kanallar, Qaratəpə və Mustafaağalı kəndlərində 24 kilometr açıq dren kanallar lildən təmizlənib, Mollagüllər və Şərəfli kəndlərində abadlıq işləri aparılıb. Bərdədə istehlakçıların dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunması istiqamətində də tədbirlər davam etdirilir. Ötən il 32 kəndin elektrik şəbəkəsində yenidənqurma işləri aparılıb. 35/10 kv-luq Bəcirəvan yarımstansiyasında 4 MVA transformator 7,5 MVA transformatorla əvəz edilib. Şəbəkədə 338 ədəd beton və metal dirəklər basdırılıb, 649 ədəd yeni sayğac quraşdırılıb, 121,7 kilometr SİP kabel çəkilib. 172,3 kilometrdən çox qaz xətləri çəkilərək Otuzikilər, Bayramlı və Mollalı kəndləri qazlaşdırılıb, il ərzində 1315 ailəyə təbii qaz verilib. Hazırda Hacılı kəndində 80 şagird yerlik modul tipli məktəbin və Güloğlular kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərinin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün sutəmizləyici qurğular quraşdırılır.
Naxçıvan şəhərində yeni yaşayış binası inşa olunur
Naxçıvan şəhərində də abadlıq-quruculuq işləri davamlı xarakter daşıyır. Şəhərin Heydər Əliyev prospektində inşa olunan yeni yaşayış binası gələcəkdə sakinləri yüksəkkeyfiyyətli rahat mənzillərlə təmin edəcək. Ötən ilin oktyabr ayından tikintisinə başlanılan binanın təməli atılıb, zirzəmi hissəsinin beton-qəlib işləri görülür. 4 giriş və 6 mərtəbədən ibarət olacaq binanın tikintisini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. Layihəyə əsasən, yaşayış binasında lift quraşdırılacaq. Zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaq, birinci mərtəbədə 12 mağaza istifadəyə veriləcək. İnşası aparılan obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Tikintidə əsasən yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amilinə xüsusi önəm verilir. İnşaatçılar geyim formaları və lazım olan avadanlıqlarla təmin olunublar. Genişmiqyaslı quruculuq tədbirləri Naxçıvan şəhərinin “Azərbaycan” küçəsində də aparılır. Belə ki, burada mövcud olan inzibati bina Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi üçün yenidən qurulur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada son tamamlama işləri görülür. Hazırda binanın qapıları salınır, daxili hissədə dekorativ işlər aparılır. Binanın həyətində abadlıq işləri görülür, gülkarlıqlar yaradılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən tikinti işlərində texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur.
Şərur rayonunun yaşayış məntəqələrində geniş quruculuq tədbirləri həyata keçirilir
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun yaşayış məntəqələrində aparılan geniş quruculuq tədbirləri çərçivəsində Kosacan, İbadulla və Kərimbəyli kəndlərində də işlərə başlanılıb. Rayonun Kosacan kəndində məktəb binası yenidən qurularaq 3 mərtəbəyə çatdırılacaq. Yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri də inşa olunaraq sakinlərin istifadəsinə veriləcək. İki kilometrlik kənd yolu təmir olunacaq, yeni içməli su xətti çəkiləcək. Rayonun İbadulla kəndində də 522 yerlik üçmərtəbəli yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunacaq. Kərimbəyli kəndində isə üçmərtəbəli 270 yerlik məktəb binası, iki mərtəbədən ibarət kənd mərkəzi və xidmət mərkəzi inşa edilərək sakinlərin ixtiyarına veriləcək. Hər üç kənddə köhnə binalar sökülür, yeni binaların təməlində beton-qəlib işləri görülür, rabitə və qaz xətlərinin yerləri dəyişdirilir.
Nəticə etibarilə, regionlarda abadlıq, quruculuq və təmir-bərpa işləri davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

