Azərbaycanın regionlarında baramaçılığa maraq artır
05.05.2018 [16:14]
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən Dövlət Proqramına əsasən ölkədə 2025-ci ilə qədər barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub
Yeni iqtisadi şəraitdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu strategiyaya uyğun olaraq neftdənkənar iqtisadiyyat üzrə istehsal və ixrac imkanlarının artırılmasına hesablanan zəruri islahatlar həyata keçirilir, təşviq və digər dəstək tədbirləri gücləndirilir. Respublikanın regionlarında aqrar sektorda ayrı-ayrı istiqamətlər üzrə ənənələrin dirçəldilməsi, o cümlədən texniki bitkilərin becərilməsinə diqqətin artırılması buna misaldır. Artıq Azərbaycanın bölgələrində ənənələrə və iqlim şəraitinə uyğun olaraq pambıqçılıq, tütünçülük, çəltikçilik, üzümçülük, fındıqçılıq kimi gəlirli sahələr intensiv surətdə inkişaf etdirilir və məhsul istehsalında yaxşı nəticələr əldə olunur.
Davamlı dövlət qayğısı regionlarda baramaçılığın inkişafına təkan verib
Son illərdə dünya miqyasında xam ipək istehsalında davamlı artım müşahidə olunur. Bu da ilk növbədə onunla bağlıdır ki, dünya bazarında ipək məhsullarına tələbatın artması nəticəsində onun qiymətində yüksəlmə meyli müşahidə olunur. Hazırda birjalarda 1 ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq mahlıcının qiymətinə bərabərdir. Qeyd edək ki, ipəkçilik dünyanın 30-dan çox ölkəsində yayılıb.
Azərbaycanda da ipəkçiliyin inkişafı üçün imkanlar kifayət qədər genişdir. Uzun illər ərzində ölkənin ayrı-ayrı bölgələrində ipəkçiliyin xammal bazası olan baramaçılıq sahəsində zəngin ənənələr formalaşıb. Yeni iqtisadi şəraitdə davamlı dövlət dəstəyi sayəsində bu ənənələr dirçəldilir. Deyə bilərik ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində respublikamızda baramaçılığın və ipəkçiliyin inkişafı yeni keyfiyyət mərhələsinə yüksəlib. Ölkədə ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu nəzərə alınaraq, 2016-cı ildən ipək istehsalının müasir infrastrukturunun yaradılmasına başlanılıb. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli 2337 saylı və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli 2442 saylı sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli 2893 saylı və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli 3286 saylı sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb.
Eyni zamanda, barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi bu sahəyə marağı artırıb. Davamlı dövlət qayğısının nəticəsi olaraq regionlarda barama istehsalı artıb. Belə ki, 2016-cı ildə respublika üzrə 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edilib.
Perspektivdə ölkədə barama istehsalının daha da artırılması nəzərdə tutulub. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Sərəncamda vurğulandığı kimi, bəhs olunan Dövlət Proqramı bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Mütəxəssislərin qənaətinə görə, Dövlət Proqramının həyata keçirilməsi ümumilikdə ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək. Yeri gəlmişkən, qeyd edək ki, 2018-ci ildə ölkə üzrə təqribən 400 ton barama tədarük edilməsi proqnozlaşdırılıb. Bütövlükdə, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində ölkədə 2025-ci ilə qədər barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub.
Aran bölgəsinin kümçülərinə hibrid ipəkqurdu toxumu paylanılıb
Ölkədə baramaçılığın intensiv inkişafını təmin etmək məqsədilə regionlarda güclü yem bazasının yaradılması diqqət mərkəzində saxlanılır. Dövlət başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Pespublikasından 1,5 milyon ədəd, 2017-ci il 29 noyabr tarixində isə 1 milyon ədəd tut tingləri tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb. Bununla da barama bəslənilən rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib. Regionlarda yeni tut bağlarının salınması hazırda da davam etdirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) iki mərhələdə - aprelin 17-si və 24-də Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsinin bu günlərdə bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılması həyata keçirilib.
Tut ipəkqurdu toxumlarının kümçülərə paylanılması münasibətilə Damazlıq İpəkçilik Stansiyasında keçirilən tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov rayonların baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə barama qurdlarının bəslənilməsi ilə bağlı lazımi məsləhət və tövsiyələrini verib.
Kümçülərlə söhbət zamanı İmran Cümşüdov baramaçılığın çox sərfəli və gəlirli bir fəaliyyət sahəsi olduğunu vurğulayıb. Qeyd edib ki, baramaçılıqla məşğul olan ailələr digər təsərrüfat sahələrindən ayrılmadan 30-40 gün müddətində əlavə gəlir əldə edə, qazanclarını artıra bilərlər. Diqqətə çatdırılıb ki, 2017-ci ildə baramaçılıq sahəsindən 3 mindən çox kümçü ailəsi yararlanıb.
Nazirliyin rəsmisi vurğulayıb ki, Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.
Tədbirin sonunda ipəkqurdlarını təhvil alan rayonların nümayəndələrinə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və məlumat kitabçaları verilib.
Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının qalan hissəsi dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılacaq.
Cari mövsümdə İmişlidə 15 ton barama istehsalı nəzərdə tutulub
Respublikanın bütün bölgələrində kümçülər yeni mövsümə ciddi hazırlaşıblar. Cari mövsümdə İmişlidə 15 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında rayona 390 qutu (7 min 410 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış 134 kümçüyə paylanılıb.
Rayon Kənd Təsərrüfatı İdarəsinin məlumatına əsasən, ötən il rayonda 3 ton 700 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı 3,5 dəfə artıraraq 15 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb. İpəkqurdunun yem bazasını möhkəmləndirmək məqsədilə ötən il 37 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud çəkilliklərə qulluq göstərilib.
Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Onlardan biri də Göbəktala kənd sakini Səxavət İsmayılovdur. O, ötən il 300 kiloqram barama istehsal edərək 2700 manat gəlir əldə edib. İpəkçi bu mövsüm 500 kiloqram məhsul istehsal etmək üçün kifayət qədər inkubasiya olunan ipəkqurdu toxumu götürərək bəsləyir.
Ağcabədili kümçülər bu il daha çox barama istehsal etməyi qarşıya məqsəd qoyublar
Ötən il Ağcabədi rayonunda 16 min 748 kiloqram barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi nəzərdə tutublar.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu gətirilərək, baramaçılıqla məşğul olacaq 502 ailəyə paylanılıb. Cari mövsümdə rayon üzrə 30 tondan artıq barama istehsalı nəzərdə tutulub.
Rayonda bir neçə ildir ki, ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə Ağcabədi rayonunda 48 kümçü tərəfindən 3675 kiloqram, 2017-ci ildə isə 228 kümçü tərəfindən 16 min 748 kiloqram yaş barama istehsal olunub. Barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 2016-cı ildə 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd, 2017-ci ildə isə, ümumilikdə, 135 min çəkil (tut) tingi əkilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

