Bu ilin birinci yarısında ölkəmizin regionları uğurla inkişaf edib
24.07.2018 [09:19]
Bu uğurlardan Dağlıq Şirvan iqtisadi rayonuna da pay düşüb
Məlum olduğu kimi, Azərbaycanın inkişaf strategiyasında regionların sosial-iqtisadi inkişafı mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası çərçivəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur qurulub - rahat yollar çəkilib, yeni generasiya gücləri yaradılıb, genişmiqyaslı qazlaşdırma həyata keçirilib, yeni su layihələri icra edilib. Bu proses hazırda da uğurla davam etməkdədir. Bu ilin 6 ayının sosial-iqtisadi inkişaf göstəriciləri və əldə edilən uğurlar da deyilənləri təsdiq edir.
Qeyd edək ki, bəhs edilən müddətdə əldə edilən uğurlardan Şirvan bölgəsinə də pay düşüb. Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, Şirvan bölgəsi əsasən Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür.
Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütubətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Neft, təbii qaz, yanar şist iqtisadi rayonun əsas sərvətləridir. Dağlıq Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu rayon ərazisindən keçir.
Şamaxıda yarım ildə 23,7 milyon manatlıq məhsul istehsal edilib
Beləliklə, bu iqtisadi rayonun tərkibində olan Şamaxıda yarım ildə ilkin hesablamalara görə 109,5 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. Bu dövrdə əsas kapitala yönəldilən investisiyaların həcmi 38,2 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 37 milyon manat təşkil edib. 6 ayda 472 daimi iş yeri açılıb.
Bu barədə rayonda cari ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında bildirilib. Məruzə və çıxışlarda kənd təsərrüfatının rayon iqtisadiyyatında aparıcı sahə olduğu vurğulanaraq qeyd edilib ki, yarım ildə 23,7 milyon manatlıq məhsul istehsal edilib. Hazırda taxıl biçininin qızğın çağı olduğunu qeyd edən natiqlər 40 min 449,4 hektarda məhsul yetişdirildiyini, artıq zəmilərin 18 min 561 hektarının biçildiyini, hər hektardan orta hesabla 19,2 sentner məhsul götürüldüyünü diqqətə çatdırıblar. Bildirilib ki, “Kürdəmir Süd Emalı Zavodu” MMC 1832 hektarda taxıl, 464 hektarda şəkər çuğunduru əkib. “Aqro Dairy” MMC 13 min 800 hektarda buğda yetişdirib. Meysəri kəndi ərazisində fəaliyyət göstərən “Şirvan şərabları” müəssisəsi tərəfindən inzibati binanın, şərab emalı zavodunun, hazır məhsul üçün anbarın tikintisi davam etdirilir. Müəssisə 120 hektarda yeni üzüm bağı, 40 hektarda meyvə bağı salıb.
Hesabat yığıncağında tikinti-quruculuq və abadlıq işləri sahəsində görülən işlərdən, ümumtəhsil məktəblərinin, səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı sahələrində reallaşdırılan layihələrdən danışılıb, habelə qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.
Ağsuda yarım ildə ümumi məhsul buraxılışının həcmi 16,4 faiz artıb
Ağsu rayonunda isə cari ilin altı ayında ümumi məhsul buraxılışının həcmi 97 milyon 70,4 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 177,8 min manat və ya 16,4 faiz çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışı isə 1218,2 manat təşkil edib ki, bu, keçən ildəkindən 134 manat və ya 12,4 faiz artıqdır. Ümumi məhsul buraxılışında iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda məhsul buraxılışının həcmi 52,9 faiz olub. Bu məlumatlar Ağsuda 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında söylənilib. Məruzə və çıxışlarda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatındakı vəziyyət geniş təhlil edilib. Qeyd olunub ki, aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın və pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı rayonda bu sahələrin inkişafına güclü təkan verib. Cari mövsümdə 15 kənd inzibati ərazi dairəsi üzrə kümçülər tərəfindən 10935,75 kiloqram barama yetişdirilərək “Azəripək” MMC-yə təhvil verilib. Ötən illə müqayisədə barama tədarükü 5443,75 kiloqram çox olub. Hazırda rayonda 2600 hektarda pambıq yetişdirilir. İndi plantasiyalarda üçüncü kompleks becərmə tədbirləri aparılır.
Cari ilin məhsulu üçün rayonda 33382 hektar sahədə taxıl əkilib. Artıq zəmilərin 29794 hektarı biçilib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 32 sentner, arpa üzrə isə 31 sentner təşkil edir. Hazırda taxıl biçini davam edir.
Kənd təsərrüfatında aparıcı sahələrdən olan heyvandarlıqda da uğurlu nəticələr qazanılıb. Məhsul istehsalına görə bütün göstəricilər ötən ilin müvafiq dövrünə nisbətən artıb.
O da bildirilib ki, ötən ilin birinci yarısı ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi 7 faiz artıb. Şəhərin mərkəzindəki Mədəniyyət sarayında 2017-ci ildən başlanan yenidənqurma işləri artıq tamamlanmaq üzrədir. M.Ə.Rəsulzadə küçəsindəki Bayraq meydanında, Bayraq muzeyində, Uşaq-Gənclər yaradıcılıq mərkəzində inşaat işləri davam etdirilir. Bico kəndində 160 yerlik tam orta məktəb üçün yeni binanın tikintisi, 15 kilometrlik Dilman-Xatman avtomobil yolunun əsaslı təmiri davam etdirilir.
Hesabat yığıncağında, həmçinin əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı ilə bağlı görülən işlər, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə olunub.
İsmayıllıda əsas kapitala investisiya qoyuluşu 186 faiz artıb
İsmayıllı rayonunda da 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Bildirilib ki, yarım ildə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 98 milyon 8 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 542 min manat çoxdur. Əsas kapitala investisiya qoyuluşu 186 faiz artaraq 38 milyon 375 min manat təşkil edib. Yarım ildə 645 yeni iş yeri açılıb ki, bundan 529-u daimidir.
Məruzə və çıxışlarda tikinti-quruculuq və abadlıq işləri sahəsində xeyli layihələrin reallaşdırıldığı bildirilib. Vurğulanıb ki, hesabat dövründə ölkə başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına Dəmirçi-Lahıc yolunun, Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə başlanılıb, Lahıc qəsəbə tam orta məktəbinin inşası davam etdirilir, ictimai yaşayış binalarında təmir işləri aparılıb. Habelə, İsmayıllı şəhərinin H.Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu hotelin, M.F.Axundov küçəsində yeddimərtəbəli iki yaşayış binasının tikintisi davam etdirilir, Tircan kəndi yaxınlığındakı Bədo istirahət, müalicə və sanatoriya kompleksində yeni restoran və tibb korpusunun inşasına başlanılıb.
İclasda aqrar sektorda görülən işlər də geniş təhlil edilib. Vurğulanıb ki, bu il 161 hektar çovdar olmaqla, 21 min 650,5 hektarda buğda, 6930 hektarda arpa yetişdirilib. Biçin davam edir. Buğda zəmilərində orta məhsuldarlıq 34,9 sentnerdir. Ölkəmizdə həyata keçirilən aqrar islahatlar, o cümlədən ixracyönümlü məhsulların istehsalına maraq rayonda baramaçılığın, tütünçülüyün, habelə fındıqçılığın inkişafına güclü təkan verib. Cari mövsümdə 130 qutu baramaqurdu toxumundan tədarük məntəqəsinə 3899,9 kiloqram barama təhvil verilib. 9 inzibati ərazi dairəsi üzrə 22 hektarda tütün əkilib. Cari ilin yazında 500 hektarda yeni fındıq bağları salınıb.
İqtisadiyyatın aparıcı sahəsi olan heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülüb. Keyvənd kəndində “Azza-aqro” şirkəti tərəfindən may ayında “Aqrolizinq” ASC-nin xətti ilə 99 baş cins düyə gətirilib. Sentyabr-oktyabr aylarında isə daha 200 baş qaramalın gətirilməsi nəzərdə tutulub.
Məruzə və çıxışlarda təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, qazanılan nailiyyətlər, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, habelə əhalinin elektrik enerjisi, təbii qazla təminatı, yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı məsələlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən danışılıb.
Bu ilin 6 ayı ərzində əldə edilən uğurlar Qobustan rayonunda da özünü əyani şəkildə göstərir. Rayonda 2018-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda bildirilib ki, bu dövrdə Qobustan rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması diqqət mərkəzində olub.
Hazırda isə yun tədarükü və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi, Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi, 14,5 km uzunluqda Qobustan-Poladlı yolunun çəkilişi uğurla davam etdirilir. Şıxzahırlı kəndinin qazlaşdırılması və kənddə 96 yerlik modul tipli məktəbin tikintisinə isə yaxın günlərdə başlanılacaq.
Kənd təsərrüfatına gəlincə, rayonda əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2018-ci ildə Çuxanlı və Sündü kəndlərində 1 ədəd artezian quyusunun qazılması nəzərdə tutulur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

