Bölgələrdə taxıl biçini yekunlaşmaq üzrədir
14.08.2018 [08:38]
Bir sıra rayonlarda ötən ilin müvafiq dövrü ilə müqayisədə daha yüksək məhsuldarlıq qeydə alınıb
Müasir dünyanın əsas problemlərindən sayılan ərzaq təhlükəsizliyinin təminatı məsələsi bütün ölkələr üçün prioritet sayılır. Bu mənada müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinin təmini hər bir ölkə və xalq üçün ümummilli, strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq sahəsi strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Qeyd edək ki, son illərdə iri fermer təsərrüfatları daha yüksək məhsuldarlığa nail olur və ildən-ilə taxılçılıqda məhsuldarlığın səviyyəsi artır. Bu səbəbdəndir ki, respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasında həmçinin intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də mühüm rol oynayır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir.
Bu ayın ilk günlərinə olan məlumata əsasən, respublikanın rayonlarında 1007,8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 672,1 min hektarı buğda, 335,7 min hektarı arpa sahələridir. Buğdanın orta məhsuldarlığı 30,1 sentner/hektar, arpanınkı isə 27,6 sentner/hektar təşkil edir. Arpa biçininin 99,7 faizi, buğda biçininin isə 99,1 faizi yerinə yetirilib.
Eləcə də, Qobustan rayonunda taxıl biçini kampaniyası yekunlaşıb, zəmilərdən 70 min 239 ton məhsul götürülüb. Bu isə ötənilki göstəricidən 17 min ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 22,9 sentner təşkil edib. Bir sıra taxılçılıq təsərrüfatlarında, o cümlədən Qobustan Bölgə Təcrübə Stansiyasında məhsuldarlıq 28,6 sentner olub. Habelə Xilmilli, Sündü, Cəmcəmli və bəzi digər ərazi vahidlərində də məhsuldarlıq rayon səviyyəsindən yüksəkdir.
Qeyd edək ki, taxılçılıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Cari ilin məhsulu üçün 30 min 644 hektarda məhsul yetişdirilmişdir ki, bu, keçən ildəkindən 5 min 835 hektar çoxdur. Ümumiyyətlə, bölgədə son illər ərzaq təhlükəsizliyi üçün önəmli olan taxılçılığın inkişafı xüsusi diqqət mərkəzində saxlanılır.
Şəkili fermerlər isə builki mövsümdə 67 min 37 hektar taxıl sahəsindən 221 min 375 ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min 375 ton artıb. Tədarük olunan taxılın 147 min 392 tonu buğda, 73 min 454 tonu arpa, 529 tonu isə vələmirdir. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb. Rayonun Aşağı Küngüt, Bolludərə, Qayabaşı kəndlərinin təsərrüfatlarında məhsuldarlıq daha yüksək - 35-38 sentner olub. Hazırda biçilən sahələr küləşdən təmizlənir və payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına hazırlıq görülür.
Naxçıvan Muxtar Respublikasında isə bu ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılıb, bunun da 32 min 483 hektarını və ya 52,4 faizini taxıl zəmiləri təşkil edib. Taxıl sahələrinin 22 min 632 hektarında buğda, 9 min 851 hektarında isə arpa əkilib. Taxıl sahəsindən 97 min 689 ton məhsul tədarük olunub. Yığılan məhsulun 68 min 714 tonu buğda, 28 min 975 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektarda 30,1 sentner təşkil edib. Cari ilin taxıl biçinində 95 kombayn iştirak edib ki, onun da 80-i sahibkarlara, 15-i isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olub. Yığılan taxılın saxlanmasında mühüm əhəmiyyət kəsb edən taxıl anbarlarının yaradılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Belə ki, ötən dövrdə 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatının yaradılmasında əhəmiyyətli rol oynayıb. Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 245 ədədi 2018-ci ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə 2299 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı alınaraq muxtar respublikaya gətirilib. Cari ilin yanvar-iyul aylarında əvvəlki dövrdə gətirilənlərlə birlikdə müxtəlif adda 160 kənd təsərrüfatı texnikası və avadanlığı lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 45-i nağd yolla satılıb. Əkinçiliyin inkişafında başlıca şərtlərdən olan məhsuldar toxum sortlarının yetişdirilməsi, mütərəqqi metodlardan istifadə məqsədilə ötən dövrdə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunub. Əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub. Kompleks yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları ilə təmin olunub. Burada toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının yetişdirilməsi, toxumların genofonduna və seleksiyasına nəzarət istiqamətində işlər görülməkdədir. Bu istiqamətdə 2018-ci ilin məhsulu üçün təsərrüfatda 613 hektar sahədə taxıl əkini aparılıb və sahələrdən bol məhsul yığılıb. Həmçinin “Kəhrəba” fermer təsərrüfatında cari ilin məhsulu üçün əkilən 18,6 hektarı taxıl sahəsi olmaqla, ümumilikdə, 26,2 hektar sahədə yerli və rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə edilib. Yetişdirilən yerli toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçilərinə və fermer təsərrüfatlarına paylanacaq. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Bununla yanaşı, payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 2019-cu ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 32 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Muxtar respublikada şum aparılması, taxıl səpini işlərinin mütəşəkkil və optimal müddətdə təşkili üçün nazirliyin texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikaların sazlığı vəziyyəti öyrənilib, ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər həyata keçirilib. Hazırda muxtar respublikada 1957-si yeni olmaqla, ümumilikdə 3167 kənd təsərrüfatı texnikası mövcuddur ki, ondan 138-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarının, qalan 3029-u isə sahibkarların xüsusi mülkiyyətindədir. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 934 təkərli, 103 tırtıllı traktor, 105 taxılsəpən, 409 kotan, 55 çizel və şırımaçan, 38 toxumtəmizləyən, 306 lafet saz vəziyyətə gətirilib. Eləcə də payızlıq taxıl əkininin aparılması üçün muxtar respublika fermerlərinə 6000-6500 ton toxum lazımdır. Hazırda muxtar respublikada fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatında 422 tondan çox toxum təmizlənib və bu işlər davam etdirilir.
İsmayıllı rayonunun taxılçıları da biçin kampaniyasını başa çatdırıblar. Zəmilərdən 100 min 795 ton məhsul istehsal olunub. Rayonda bu ilin məhsulu üçün 28 min 604 hektarda taxıl yetişdirilib. Sahələrin 21 min 650 hektarı buğda, 6 min 954 hektarı isə arpa idi. Qeyd edək ki, iyunun 2-dən 18-dək rayon ərazisinə yağan leysan yağışları və dolu taxıl sahələrinin 4555 hektardan çox hissəsinə ziyan vurmuşdu. Bundan əlavə, 10 hektardan artıq sahə sel suları nəticəsində məhv olmuşdu. Bütün bunlara baxmayaraq, fermerlər və fiziki şəxslər ərzaq təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən taxılın tam biçilib yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Hər hektardan məhsuldarlıq 34,7 sentner olub. Əlverişsiz hava şəraitində əldə olunan bu göstərici taxılçıları qane edib. Rayonun bir sıra taxılçılıq bölgələrində, o cümlədən Qubaxəlilli, Kəlbənd, Gəraybəyli, Zərnava, Mollaisaqlı və Kürdmaşı ərazi vahidlərində zəmilərdən daha bol məhsul götürülüb.
Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri bu il 52 min 793 ton taxıl istehsal ediblər. Məhsulun 48 min 356 tonu buğda, 4437 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 35 sentner, arpa sahələrində isə 29,3 sentnerdir. 2017-ci illə müqayisədə istehsal olunan taxıl 3522 ton, hər hektarın məhsuldarlığı isə 0,6 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır. Qeyd edək ki, cari ilin məhsulu üçün Beyləqanda 15 min 346 hektarda taxıl becərilib. Bunun 13 min 816 hektarı buğda, 1530 hektarı arpa zəmiləridir.
Ağsu rayonunda taxıl biçini kampaniyası başa çatıb. Zəmilərdən 99,9 min ton məhsul götürülüb. Cari ilin məhsulu üçün bölgədə 33 min 382,3 hektarda taxıl yetişdirilmişdi. Sahələrin 17 min 385,5 hektarı buğda, 15 min 996,8 hektarı isə arpa idi. Bu il istehsal olunan taxıl ötən ildəki göstəricidən 20 min ton çoxdur. Hər hektardan məhsuldarlıq da 5,9 sentner artıb və 29,9 sentnerə çatıb. Rayonun əksər ərazilərində, o cümlədən Padar, Kəndoba, Rəhimli, Ərəbmehdibəy, Bico və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub. Hazırda rayonda gələcək yüksək məhsul üçün mühüm aqrotexniki tədbir olan yay şumu aparılır.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir. Rayonda indiyə qədər 30 min 984,4 ton buğda, 13 min 190,8 ton arpa, 5,5 ton darı istehsal olunub. Məhsul yığımı başa çatmış sahələrdə cari ilin məhsulu üçün 184,5 hektar sahədə təkrar əkin aparılıb, payızlıq əkinlər üçün 915 hektar sahə şumlanıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

