Regionlarda tütünçülük uğurla inkişaf etdirilir
25.08.2018 [09:29]
Cari mövsümdə sahələrdən 20-23 min ton yaşıl tütün kütləsinin tədarük olunması və ya 3500 tona yaxın quru tütünün istehsal edilməsi proqnozlaşdırılır
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının bir sıra sahələrinin yenidən dirçəldilməsi yönündə mühüm işlər görülür. Vurğulanmalıdır ki, ötən dövrlərdə işə salınan ixracın səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Həyata keçirilən bu və ya digər tədbirlər sahibkarların ixracyönümlü məhsul istehsalına marağını da artırır. Bu isə idxalı azaltmaqla yanaşı, ixrac qabiliyyətinin də artmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, bunun nəticəsində ölkədən ixrac olunan məhsulların strukturunda aqrar sektorun çəkisi əhəmiyyətli dərəcədə artıb. Eləcə də regionlarda görülən işlər bir daha aqrar sahənin mühüm gəlirli bir sahəyə çevrildiyini, insanların kənd təsərrüfatına marağının artdığını deməyə əsas verir.
Vurğulayaq ki, ölkə Prezidentinin tapşırıq və tövsiyələri ilə yenidən dirçəldilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Ölkəmizin ayrı-ayrı bölgələrində tütünçülük sahəsində tarixən yaxşı ənənələr formalaşsa da, müəyyən bir dövr ərzində tütünçülük yaddan çıxmışdı. Bununla belə artıq bir neçə ildir ki, bu gəlirli sahənin şöhrətinin geri qaytarılması üçün əməli tədbirlər görülməkdədir.
Ötən il Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində ölkəyə 12 milyon ABŞ dolları vəsait daxil olub
Tütünçülük respublikamızın şimal-qərb bölgəsi rayonlarının iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ sovet dövründə Azərbaycanda istehsal olunan tütünün böyük hissəsi bu bölgənin payına düşürdü. Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin nəticəsi olaraq, son dövrlər bu rayonlarda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində böyük işlər görülüb.
Qeyd edək ki, respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “Azərtütün” MMC tərəfindən 2018-ci ildə respublikamızın şimal-qərb bölgəsi rayonlarında 2300 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Havaların tütünçülük üçün əlverişli keçməsi, həmçinin həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində bu il tütün sahələrində bol məhsul yetişib. Cari mövsümdə sahələrdən 20-23 min ton yaşıl tütün kütləsinin tədarük olunması və ya 3500 tona yaxın quru tütünün istehsal edilməsi proqnozlaşdırılır.
Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Cəmiyyətin Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə hər gün qurudulmaq üçün 150-200 tonadək yaşıl tütün kütləsi daxil olur.
Şimal-qərb bölgəsi rayonlarında tütünçülüyün inkişafından söz düşmüşkən, iyulun 27-də Kənd Təsərrüfatı Nazirliyinin və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tütünçülüyün mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusuna həsr olunan zona müşavirəsi də keçirilib. Müşavirədəki çıxışlarda da qeyd olunub ki, tütünçülük iqtisadi cəhətdən səmərəli, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin yüksəldilməsində əhəmiyyətli sahələrdən biri kimi, geniş perspektivlərə malikdir. Bu sahənin inkişaf etdirilməsi yaxın gələcəkdə həm kənd əhalisinin məşğulluğunun təmin edilməsi, həm ixracın artırılması, həm də ölkəyə valyuta gətirilməsində önəmli rol oynayacaq.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə çıxış edərək, rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə danışıb. Bildirilib ki, tütünçülükdə bir müddət tənəzzül yaransa da, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hazırda digər ənənəvi sahələr kimi, tütünçülük də yüksək sürətlə inkişaf etdirilir. Diqqətə çatdırılıb ki, 2016-cı ildə Zaqatala rayonunda 600 hektar sahədə tütün əkilmişdisə, cari ildə əkin sahələri artırılaraq 750 hektara çatdırılıb. Ötən il Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində ölkəyə 12 milyon ABŞ dolları vəsait daxil olub.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev çıxışında tütünçülüyün mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, ölkə üzrə 2017-ci ildə 3212 hektar sahədə tütün əkilib, 3594 ton quru tütün istehsal olunub. Tütün əkini sahələrinin 2980 hektarı və ya 92,7 faizi, məhsul istehsalının isə 95,5 faizi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb. Dövlət Statistika Komitəsinin 2018-ci ilin iyununa olan məlumatına görə, respublikada tütünün əkin sahəsi 3405 hektara çatdırılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2021-ci ilə qədər Azərbaycanda tütün əkini sahələrinin 6 min hektara çatdırılması qarşıya hədəf olaraq qoyulub.
Müşavirədə həmçinin “Zaqatala rayonunda tütünçülüyün mövcud vəziyyəti”, “Tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsi”, “Tütünçülüyün texniki təminatı”, “Tütünçü fermerlərin fəaliyyətində Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının rolu” və digər mövzularda məruzələr dinlənilib, çıxışlar olub.
Ümumiyyətlə, hazırda Zaqatalanın tütün qəbulu məntəqəsinə hər gün fermerlərdən 60 tonadək yaşıl tütün kütləsi daxil olur. Zaqatala tütün istehsalı və emalı məntəqəsinin müdiri Mohuma Hüşənov KİV-ə açıqlamasında deyib ki, bu il Zaqatala rayonunda 542,4 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. İndiyədək məntəqəyə zaqatalalı fermerlər tərəfindən 1112 ton, balakənli tütünçülər tərəfindən isə 615 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, bu günədək müəssisədə 143 ton quru tütün istehsal edilib. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.
Söhbət zamanı məlum olub ki, son günlərədək balakənli fermerlər də yetişdirdikləri yaşıl tütünü qurutmaq üçün bu məntəqəyə gətirirdilər. Balakən rayonunun Hənifə kəndində yeni emal məntəqəsi yaradıldıqdan sonra balakənli fermerlər yaşıl tütün kütləsini artıq həmin məntəqəyə təhvil verirlər.
Məntəqə müdiri bildirib ki, havaların əlverişli keçməsi tütün yığımını xeyli sürətləndirib. Hər gün məntəqəyə 50-60 tondan çox yaşıl tütün kütləsi daxil olur. Yaşıl tütünün bir kiloqramının satış qiyməti növündən asılı olaraq, 10-25 qəpik arasında dəyişir. Hazırda emal məntəqəsində 140 nəfərədək işçi çalışır. İşçilərin orta aylıq əməkhaqqı 300 manatdan başlayır.
Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar. Qımır kəndindən olan fermer Hamlet Mustafayev isə bildirib ki, ötən il 8,5 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib, sahələrdən 77 ton yaşıl tütün kütləsi toplayaraq məntəqəyə təhvil verib, yaxşı da qazanc əldə edib. Həmçinin ev şəraitində də 800 kiloqram quru tütün istehsal etməyə müvəffəq olub. Dövlətin bu sahəyə dəstəyindən, həmçinin ötən il əldə etdiyi gəlirdən ruhlanan fermer bu il əkin sahəsini daha da genişləndirərək 12 hektara çatdırıb. İstehsalçı bu il sahələrdən 150 tonadək yaşıl tütün kütləsi əldə etməyi qarşısına məqsəd qoyub. İndiyədək məntəqəyə 23 ton yaşıl tütün təhvil verən Hamlet Mustafayevin təsərrüfatında 12 nəfər mövsümi işlə təmin olunub.
Gözbarax kəndindən olan fermer Fazil Əhmədov da üç ildir tütünçülüklə məşğuldur. Fermerin sözlərinə görə, ötən il 4 hektarda tütün əkib, 47 ton yaşıl tütün əldə edib. Tütünçülüyün yüksək gəlirli sahə olduğunu nəzərə alaraq, o, bu il əkin sahəsini iki dəfədən çox genişləndirib. Fermer cari mövsümdə sahələrdən 150-200 ton yaşıl tütün tədarük etməyi planlaşdırır. Hazırda rayonda tütün yığımı davam edir.
Şəkili fermerlər qəbul məntəqəsinə 900 tona yaxın yaşıl tütün təhvil veriblər
Şəki rayonunun təsərrüfatlarında da tütün yığımının qızğın çağıdır. Şəkili fermerlər mövsümün əvvəlindən indiyədək “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 900 tona yaxın “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 65,7 ton quru tütün istehsal olunub. Bu barədə emal məntəqəsinin müdiri Kamran Şərifov məlumat verib. Müəssisə rəhbərinin sözlərinə görə, hər gün məntəqəyə orta hesabla 45-50 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Cumakənd sakini, fermer Əbülfət Səfərov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox - 104 ton yaşıl tütün təhvil verib. Şorsulu fermer Elxan Hacıəliyev isə emal məntəqəsinə qurutmaq üçün 43 ton yaşıl tütün kütləsi gətirib.
Builki mövsümdə şəkili fermerlər 877 hektar sahədə tütün yetişdirirlər. Əkin sahələrinin 649 hektarına “Virciniya” növlü ətirli tütün, qalan sahələrə isə yerli tütün sortları əkilib.
Balakənli fermerlər yetişdirdikləri yaşıl tütünü artıq öz məntəqələrində qurudurlar
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Sədrliyi ilə 2017-ci il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının tütünqurutma kameralarının sayının artırılması ilə bağlı verdiyi tapşırığın icrası çərçivəsində Balakən rayonunun Hənifə kəndində yeni yaradılan tütün istehsalı və emalı məntəqəsi artıq iyirmi günə yaxındır ki, fermerlərdən qurutmaq üçün yaşıl tütün qəbul edir. Bu müddət ərzində balakənli fermerlər məntəqəyə 439 ton “Virciniya” növlü yaşıl tütün kütləsi təhvil veriblər.
Emal məntəqəsinin müdiri Şadnus Məmmədov bildirib ki, ümumi istehsal gücü 540 ton olan məntəqədə 60 dəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulub. Bu kameralardan 45-i artıq quraşdırılaraq istifadəyə verilib. Hazırda həmin kameralara qurudulmaq üçün yaşıl tütün qoyulub. Artıq bu kameralarda 19 tondan çox quru tütün də istehsal edilib. Qalan 15 kamerada isə quraşdırma işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə onlar da istifadəyə veriləcək. Tütünqurutma kameralarının quraşdırılması balakənli fermerlərin işini xeyli asanlaşdırıb. Artıq onlar yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün uzun məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalmırlar. Bu isə, öz növbəsində, vaxt itkisinin və əlavə xərclərin qarşısını alır, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olmur. Şadnus Məmmədovun sözlərinə görə, rayonun Meşəşambul kəndindən olan fermer Heybullah Nəbiyev indiyədək məntəqəyə 25,3 ton, Talalar kəndindən İmran Cumayev 21,5 ton, Hənifə kəndindən fermer Rəsul Məmmədzadə 19,7 ton yaşıl tütün kütləsi təhvil veriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

